SƏMƏD ŞIXI - PREZİDENT OLMAQ İSTƏYİRƏM

Ata oğlundan uşaqkən soruşur?

-Böyüyəndə nə olmaq istəyirsən?

Oğlu deyir:

-Prezident.

-Prezident olub, nə edəcəksən?

-Ölkəni idarə edəcəm, pis adamlarla mübarizə aparacam

Oğlu böyüyür, məktəbdə ixtisas seçməli olduğu dövrə gəlir.

Ata yenə oğlundan soruşur:

-Oğul, sən nə olmaq istəyirsən?

-Mən prezident olacam.

-Niyə?

-Çünki daha gözəl şərait qurmaq lazımdır. Daha yaxşı həyatımız olsun deyə.

Oğlan imtahan verir və universitetə qəbul olur. Onunla bərabər 20 kişi də prezident olmaq istəyir.

İkinci kurs gəlir, bu 20 nəfərin yarısının prezidentlikdən həvəsi ölüb, prezident köməkçisi olmaqla kifayətlənir. 

Üçüncü kurs gəlir, 10 nəfərin də yarısı burada bir icrada vəzifə tutmaq eşqinə qapılır

Dördüncü kurs gəlir, tək qaldığını görüb, sevinir. Geriyə qalır prezidenti göndərmək.

Bunun üçün mübarizə aparmalı, lazım gəlsə mitinqə çıxmalı, həbsə girməlisən. 

İlk həbsində ata oğluna deyir:

-Prezident olmaq istəyirsən?

-Niyə?

-Başqa heç kim qalmayıb.