SƏMƏD ŞIXI-AYNA
1
Nihad hamamlarındakı sınan aynanın əvəzinə təzəsinin alıb gətirmişdi. Ayna əvvəlkindən iriliyinə və bəzəkliliyinə görə fərqlənirdi. Evin tək oğlu olan Şəhriyar da aynanı bəyənmişdi. Şəhriyar məktəbi bitirmiş, universitetdə təhsil alırdı. Bu il universiteti bitirəcəkdi. Evin son sakini isə evin xanımı Flora idi. Ayna onunda xoşuna gəlmişdi, hamama aynı bir gözəllik qatmışdı deyə sevinmişdi.
2
Şəhriyarın sabah dərsi var idi deyə axşam hamama girib çimir. Qurulanıb aynanın qarşısında dayanaraq saçı ilə oynamağa başladı.
-Necəsə yol tapıb iş qurmalıyam, varlanmaq üçün gözləyə bilmərəm. –dedi.
-Bankdan kredit götürüb dostun Həsənin ideasına pul yatırın, o işdən yaxşı gəlir əldə edəcəksiniz. –Şəhriyar eşidir amma kimin dediyini görmürdü.
-Kim idi?- Şəhriyar qorxaraaq ətrafına baxdı.
-Mənəm, bağışla, sənəm.
Şəhriyar aynaya baxanda aynadakı əksinin hərəkət elədiyini gördü. Özü idi amma onun kimi davranmırdı.
-Sən necə...? – Şəhriyar əsərək dedi və ya demək istədi.
-Qorxma, mən sənəm. Məndən zərər gəlməz. –Aynadakı əksi dedi.
-Bəs... Bəs, sən necə mənimlə danışa bilirsən?
-Mən sənin qəlbinin aynasıyam, sənin gözünün gördüyü kimi görürən qəlbinəm. Səninlə danışa bilir, sənə gələcəyinlə, bağışna gələcəklərlə bağlı köməklik edə bilərəm.
-Necə? –Şəhriyarın qoruxusu hələ keçməmişdi.
- Varlanmağ istəyirsən, deyəsən.
-Hə.
-Həsənin ideası var, bankdan kredit götürüb işə yatırın. Qorxmayın, qazanacaqsınız.
-Sən Həsəni haradan tanıyırsan?
-Unutma, mən sənəm.
-Dəqiq tutacaq?
-Özünə güvən, yoxla və gör.
Şəhriyar qurulanıb otağdan çıxır. Aynadan çəkildiyi zaman aynadakı əksinin yox olduğunu gördü, səslənəndə belə ona hay vermədi.
3
Hamama ikinci girin ata olur, o da Şəhriyar kimi yuyunduqdan sonra aynanın qarşısında dayanaraq saçını qurulayıb ah çəkdi.
-Nə olub, Nihad?
Nihad qapıya baxıb, -heç desə də hamamda heç kimin olmadığını görüb başını silkələdi. Qaibdən səslər eşitdiyini düşündü.
-Buradayam, hara baxırsan?
-Kim idi?
-Düz bax, insan özünü də görmür e.
Nihad aynaya baxıb öz əksinin tərpıəndiyini görüb dəlirdiyini düşünüb gözünü ovuşdurdu. Suyu açaraq üzünə su vurdu. Əksi gülümsədi:
-Qorxma, dəli olmamısan, mən gerçəyəm.
-Sən.. Sən necə olurda danışa bilirsən?
-Mən sənin əksinəm, mən sənəm. Bu mənim bacarığımdı, insanlara görünürəm, onlarla danışa bilirəm. Onların içlərindən doğru yolu göstərirəm.
-Hər kəslə danışa bilirsən?
-Mən sənəm, səndən başqası ilə də danışa bilmərəm. –Ayna dedi.
-Nə istəsəm verə bilərsən?
-Mən qapalı bir yerdən heçnə edə bilmərəm, amma nə etməli olduğunu deyə bilərəm.
Nihad düşünməyə başladı.
-Əlli yaşıma yaxınlaşmışam, amma nə yalan deyim xoşbəxt ola bilməmişəm. Xoşbəxt olmaq istəyirəm.
-Xoşbəxtliyi nədə görürsən?-Ayna dedi.
-İstədiyim qadınla evlə bilmədim,özü eşitməsin (gülümsəyərək)gözəl deyil, yaşlandığca daha da çirkinləşir.
Ayna gülümsəyərək – qorxma, arvadına demərəm. –dedi.
Davam edərək – binadakı bir qadın sənə qarşı boş deyil, o sənin istədiyin həyatı sənə təqdim edə biləcək.
Nihadın gözünə işıq gəldi.
-Kimdi ki? Hansı mənzildə qalır?
-Sizin evin altındakı mənzilə get və ona gəldiyini de. Gerisini özü həll edəcək.
-Dəqiq?
-Yoxla və gör.
Nihad paltarını geyinərək hamamdan çıxır.
4
Ən sonda hamama evin xanımı Flora girir. Yuyunduğdan sonra fenlə saçını qurulayıb aynaya baxdı. Üzündə yaranmış qırışları əli ilə yoxlayıb –ehh, yaşaya bilmədiyim gözəllik-dedi.
-Sən nədən şikayətçisən?
-Heçnə- özündən asılı olmadan cavablasa da sonra otağdan ondan başqa heç kimin olmadığının fərqinə vardı.
-Kimdi o, Şəhriyar, oğlum, sənsən?
-Özün- Ayna dedi.
Flora Aynadakı əksini görürb –sən hərəkət edirsən? –dedi.
-Bu günə qədər ən diqqətli adam sən çıxdın, təbrik edirəm.
-Sehrin ancaq nağıllarda olduğuna inanırdım.
-Nağıllar aləmindən çıxıb gəlmişəm.
-Dəqiq dəli olmuşam.
-Ağıllısı məni tapmaz onsuz da.
-Sən mənə hər istədiyimi verə bilərsən? Neçə haqqım var? –Flora dedi.
Beynində artıq nə istəyəcəyini düşünüb tapmışdı.
-Mən sənə yalnız istədiyinə nail olmaq üçün yol göstərə bilərəm.
-Nihadla yəni ərimlə istəmərək evləndim.
-İstəməməyinə səbəb başqa sevdiyinin olması idi? –Ayna dedi.
-Yox, Nihad mənə istədiyim həyatı verə bilməyəcəyini bilirdim. Mən gəzmək, hər şeyə sahib olmaq, almaq istəyirdim amma o bunların heç birini mənə verə bilməyəcəkdi və verə bilmədi.
-Sən, sənə baxa biləcək birisini istəyirsən.
-Mənim hər istədiyimi verə biləcək, mənimlə dünyanı gəzə biləcək birisinin olmasını istəyirəm.
-Ya ərin, oğlun nə olacaq? – Onları atacaqsan?
-Bu günə qədər onlar üçün yaşamışam, bundan sonraki həyatımı özüm üçün yaşamaq istəyirəm. –Flora dedi.
-Yaxşı, məndən deməsi. –Ayna dedi və davam elədi. –Sabah qəşəng paltar geyinib şəhərdə qarşına çıxan bir restorana gir və əyləş. Ora da yanına bir nəfər yaxınlaşacaq həmən adamla tanış ol. O, sənin həyatını dəyişəcək şəxsdir.
-Məni aldatmırsan ki?! Yəni doğrudan bu mümkündü?
- Get və gör.
Flora heçnə demədən otağdan çıxır.
5
Şəhriyar hamama daxil olub aynanın qarşısına keçib- hey, ordasan? –dedi.
Əksi tərpənərək –sən burada olanda məndə oluram, mən sənəm, unutma.
-Yaxşı, söz deyəcəkdim sənə. Dediklərini elədim, pulu aldıq və işimizi qurduq. İndi nə etməliyik? –Şəhriyar dedi.
-Gözləyin. Bu yaxınlarda özü gələcək sizə. – Ayna dedi.
-Birdə bir məsələ var.
- Gözlərindən gördüyüm qədəri ilə eşq məsələsidi.
-Hə, Həsənin sevgilisi. Çox xoşum gəlir o qızdan. Amma dostuma xəyanətdə edə bilmərəm.
-Qızın da səndən xoşu gəlir, o da Həsənə görə sənə yaxınlaşa bilmir.
-Yaxşı nə olacaq indi?
- Sabah dərsdən çıxanda onlarla get və qızın evinə dönən yolda Həsənin yolu tək keçməsinə çalış.
-Necə yəni? Nə olacaq ki? –Şəhriyar dedi.
- Dediyimi elə sadəcə.
Şəhriyar yenə heçnə demədən hamamdan çıxır.
6
Hamama iki gün heç kəs girmir. İki gün sonra hamama ilk girən Nihad olur. Aynanın qarşısına keçib çağırdı:
-Ayna!
-Özünü çağırırsan? – Gülümsəməyə başladı.
-Dediyini elədim, getdim.
-Üzün güldüyünə görə istədiyini alana oxşayırsan.
-Hə.
-Üzündən hiss olunur, gözünə işıq gəlib.
-Hə, həyatda bu qədər xoşbəxt olduğumu xatırlamıram.
-Mənə xoşbəxt olduğunu demək üçün gəlmisən? –Ayna dedi.
-Yox, sənə başqa bir şey deməyə gəlmişəm.
- De...
-Biz getmək qərarına gəldik. Bir yerdə çox xoşbəxtik. Buralardan çıxıb gedib ayrı bir şəhərdə öz həyatımızı qurmaq istəyirik.
-Oğlun və həyat yoldaşın nə olacaq?
- Oğlum böyüyüb öz həyatını qura biləcək yaşdadı. Florarayada istəsə pul göndərərəm. Onsuz onun istədiyi mən deyiləm, pullarımdı. Çoxda fərq eləməyəcək ona.
-Uğurlar, o zaman. –Ayna dedi.
Nihad öz əksinə gülümsəyərək hamamdan çıxdı.
7
Flora hamama daxil olur. Üzündəki təbəssümdən onun da istədiyinə nail olduğu anlaşılırdı.
Aynanın qarşısında dayanıb gülümsəyərək Aynanı çağırdı.
-Deyəsən, istəyinə çatmısan?
-Sənə necə təşəkkür edəcəyimi bilmirəm. Hə, hazırlaşıb gedirəm. Parisə ordan da bütün dünyanı gəzməyə.
-Uğurlar, sənə də... İstədiyinə çatdığına sevindim.
-Sağol- deyərək Flora otağdan arxasına baxmadan çıxdı.
8
Axşam Şəhriyar hamama daxil oldu. Əsəbi idi. Aynanın qarşısına keçərək dedi:
-Sən neylədin?
-Nə eləmişəm? – Ayna gülümsədi.
-Sənin dediyini elədim və öz dostumu öldürdüm.
-Onu sən öldürməmisən. Sən sadəcə istədiyin həyata getmək üçün addım atmısan.
- Amma qatil oldum.
- Bunu sən istədin. Sevgilisini əlindən almaq istəyirdin.
- Başqa yolu ola bilərdi. – Şəhriyar dedi.
- Başqa yol yoxdu. Yol bir dənə olur.
- Sonra nə olacaq?
- Get və gözlə. Sabah qızla bərabər istədiyin həyata sahib olacaqsan.
- Necə?
-Get və gör.
9
Sabahısı gün axşamı Şəhriyar yenə hamama daxil olur.
-Nə oldu?
- Sən atamla və anamla da danışmısan?
- Niyə ki?
- Onlara nə dedin?
-İstədikləri həyatı necə əldə edə biləcəklərini dedim, sadəcə. Sənə dediyim kimi. – Ayna kinayə ilə dedi.
-Sən ailəmi də dağıtdın, atam başqa qadınla qaçıb, anamda bir adama qoşulub gedib. Həm də heç tanımadığları adama.
-Sən də mənə inandın, unutma.
-Axı, sən mənsən. –Şəhriyar dedi.
-Onlar üçün də özləriyəm.
-Amma...
-Ammasının olmadığını səndə bilirsən. Siz mənə deyil özünüzü dinləyib hərəkət elədiniz. İstədiyinizi məni dinləyərək deyil öz iç səsinizi dinləyərək elədiyinizi başa düşün. Uğur qazandınız, xoşbəxtsiniz, istədiyiniz həyata sahib oldunuz və bunu bir-birinizi düşünmədən elədiniz. İndi gəlib məndən hesab soruşa bilməzsiniz. Günah varsa da, bu sizdədi, mən də deyil.
-Bundan sonra nə olacaq?
- Qızı da götür sənə təklif elədikləri işə get.
-Ailəm?
- Burax öz xoşbəxtliklərini yaşasınlar. Sənin kimi.
Şəhriyar otağdan çıxmaq istəyəndə geri dönüb aynanın qarşısında dayanıb dedi:
-Mənə yaxşılıqlar elədin, kömək elədin amma başqa heç kimə heçnə edə bilməyəcəksən.
- Mən sənin içindəyəm, məndən qaça bilməzsən.
Şəhriyar aynanı yerindən çıxartaraq yerə çırpdı. Aynanın çilikləri yerə dağıldı.
Dağılmış şüşə parçalarına baxıb onun hərəkət etmədiyini görüb otağdan bir dəfəlik çıxdı. Ayna bir daha heç kəsə içindəki səsi deyə, onlara nə etməli olduğlarını deyə bilmədi.