Səməd Şıxı-Şeir Qadın

Şeir gerçək, olanlar isə hekayədir.

Səməd Şıxı

 

 

 

Çox şeir etmişəm ona yadigar

Çünki bu sevgiyə sadiq olmuşam

Şair olmağıma bircə səbəb var

Bir  “Şeir Qadına” aşiq olmuşam

 

Nicat Əlizadə

 

 

 

Elnur şeiri qabağına qoyaraq şeiri təkrar – təkrar oxumağa davam elədi. Illər əvvəl yazılmış bu anonim şeir əvvəl oxuduğu çox şeirdən fərqli idi. yaşanaraq yazılmışdı bu şeir. Hər misrasında, hər cümləsində gizlənən bir sevgi, bir məhəbbət gizlənirdi. Bunu yazmaq üçün sevgidən artığı gərək idi. Kim bilir, ithaf olunan qadın necə gözəl idi ki, şeirə belə təsir eləmişdi.

Elnur ixtisasca jurnalist işləyirdi. Sonuncu hazırlamalı olduğu məqalə üzrə köhnə şeirləri tapmalı, onlar haqqında araşdırma aparmalı idi. Özündə də şeirlərə olan marağı bu işə möhkəm kökləmişdi. Bu şeir isə onu işindən ayırmış başqa aləmə aparmışdı. “şeir qadın”. Axı adını niyə anonim saxlasın? Belə gözəl şeiri niyə gizlin yazsın ki?

Qərar vermişdi əsas məqaləsi bu şeir üzrə olacaqdı. Yazarnı tapıb bu şeirin tarixçəsi haqqında məqalə hazırlayacaqdı. Təbii ki,  bu qərara gəlməkdə şeirə olan düşkünlüyüdə səbəb göstərmək olardı. Həmin qəzetdə əlaqə saxlayaraq həmən buraxlışı edən şəxsin kimliyini öyrənmək istədi. Amma nəşr illər əvvəl nəşr olunduğundan həmin işçilərdən heç biri ilə əlaqələrinin olmadığın dedilər. Qəzetdə işləyən dostları ilə danışaraq şeirin müəllifinin kimliyi barəsində arxivdən onun üçün məlumat almasını istədi. Üç gün sonra cavab gəldiki həmən buraxılış haqqında heçnə tapılmadı. Işin uzanması Elnuru daha çox üzürdü. Axı necə ola bilər ki, buraxlışın elədikləri şeirin müəllifi haqqında məlumatları olmaya.

Işi buraxmayacağına özünə söz vermişdi. Şeirin olduğu qəzeti götürərək Yazarlar Birliyinə müraciət elədi. Əmin idi ki, həmən şair hal – hazırda həmən birliyin üzvüdür və məni qarşısında görən kimi gülümsəyəcəkdi. içəri girərək mövzunu onlara anladıb, yazacağı  məqalə üçün həmən şairi tapmalı idi. Şeirə sıra ilə hər kəs nəzər yetirib fikrə daldıqdan sonra bir – birinə ötürdülər. Şeiri oxuyan hər şəxs şeiri ilk dəfə gördüklərini deyərək təssüf hissi ilə Elnura baxırdılar. Necə yəni? Buradadamı yoxdu? – deyə əsəblərini gərərək oradan çıxdı.

Yazıçılardan biri ona köhnə kitabları satan mağazalara baxmasını dedi. Böyük ehtimal bir kitab çıxartıb, ya da əsərləri hansısa kitabda nəşr olunmurdur. Bu şeirində oradan tapa bilərsən dedi. Yazıçının sözləri ağlına batdı. Çölə çıxaraq maşını iş yerinə sürdü. Masasında əyləşərək cibindən qəzetin əskimiş vərəqini çıxartıb masasının üzərinə atdı. Havada həzn külək əsirdi. Belə havanı çox sevirdi. Nə isti idi, nə də çox soyuq. Tam istədiyi kimi, həzn – həzn külək əsirdi. Şeir oxumağı sevdiyi qədər yazmağıda sevirdi. Özünü böyük şair kimi görməsə də yazdığı şeirlərin gözəl olduğun düşünürdü. “Şeir Qadın” isə fərqli şeir idi. Bəlkə bir gündə yazılmışdı. Şairi tapanda yadına da düşməyəcəkdi. Fikrindən dönərək, yox – yox, belə deyil. Bu şeir yaşanaraq yazılıb. Çətinki unuda. Işi uzatmaya  da bilər, seçdiyi digər məşhur şairlərin şeirlərindən seçərək məqaləsin tamamlaya bilərdi. Lakin içindən bir səs “Şeir Qadın”ın arxasında böyük tarixin yatdığın düşünürdü.

  • Elikə nə olub belə? Hansı dənizdə gəmiləri batıb? – bu Elnurun iş yoldaşı Fidan idi. Fidan Elnurdan iki il sonra işə girmişdi. Gördüyü işlərlə adını yaddaşlara həkk eləmişdi. Ofisdə hər kəs onu inadçı, istədiyini qoparan biri kimi tanıyırdı. Yaşı elə də çox deyildi. Elnurla arası yaxşı olduğundan onunla zarafatlaşar, Elik deyə səslənərdi. Gülərüz, mehriban idi. Onu hələ üzgün görən olmamışdı. Hər dəfəsində gülümsəməyi bacarardı. Yanındakınıda üzgün olmağa qoymazdı. Gülməsi üçün əlindən gələni edər, dərdləri dərd eləmə, dərd edilməli olsa idi dərd olmazdı deyə cümlələr qurar sonra özüylə qürur duyarmış kimi məndən yaman filosof çıxartdı da qədrimi bilən olmadı deyərək üzlərdə təbəssüm yaradardı.
  • Heçnə olmayıb. Fikirliyəm biraz.
  • Hmm, nə imiş səni belə fikirə aparan? – üzünü büzərək yaxınlaşdı.

Elnur qəzeti ona uzatdı. Fidan əlindən alaraq qəzetə nəzər yetirərək:

  • Nə var ki burda?
  • Elə məsələdə odu. Heçnə yoxdu.
  • Necə yəni? Nə deyirsən? Açıq de görüm.
  • Şeiri oxu...
  • “Şeir qadın”ı?
  • ... – oxuyaraq – gözəl şeirdi. Məsələ bunun gözəl olmasıdı?
  • Yox. Müəllifinin olmaması.

Fidan aşağıya baxanda həqiqətən müəllifinin yerinə anonim yazıldığın gördü. – aaa, doğurdan. Müəllifi yoxdu.

  • Mən keçmişdə yazılan şeirlər haqqında məqalə yazmaq üçün köhnə qəzetləri, kitabları vərəqləyirdim ki, bu şeirlə rastlaşdım. Şeirin adı və şeir mənə marağlı gəldi. Dedim məqaləmdə bunuda yazacam. Amma təbii ki, yazarını tapıb şeirin tarixçəsin, “Şeir Qadın”ın kimliyi, şeirin tarixçəsin öyrənmək istəyirdim ki, tapa bilməyirəm. Və bu məni üzür. Və əsəbləşdirir.
  • Maraqlıdı. Nəşriyyatla danışmısan?
  • Hə. Nəşriyyatla danışdım, getdim yazarlar birliyinə ki, kimdi axı bu şeirin sahibi deyə.
  • Nə oldu?
  • Şeirin müəllifi bir tərəfə, şeiri ilk dəfə eşitdiklərin dedilər.
  • Getdikcə marağın daha çox artırır. Mənədə maraqlıdı indi. Görəsən bu kimdi?
  • Yazarın biri bəlkə köhnə kitabların satıldığı mağazalarda onun haqqında bildiklərini, şeirlərinin olduğu bir kitabın olduğun dedi.
  • Hə, ola bilər. Düzdü şairin adın bilmədən tapmaq çətin olacaq. Amma yenə də bir ümid.
  • Sabah günorta gedib bir – neçəsin gəzəcəm. Bəlkə nəsə çıxdı.
  • Məndə gələcəm.
  • Sən? – Elnur gözləmədiyi bu hərəkətdən təəccübünü gizlətmədi.
  • Nədi? – yoxsa istəmirsən gəlməyimi?
  • Yox, ona görə demədim. Sadəcə təəccübləndim.
  • Tamamdır. Işə gələrsən burdan bir gedərik.
  • Yaxşı.

Fidan göz vuraraq ayağa qalxıb öz masasına doğru irəlləyərək gözdən itdi. Elnur yenə başını stolun üstündəki vərəqlərə tikərək xəyala daldı. Arada yerindən durar, ətrafda gəzinib özü üçün kofe süzdükdən sonra gəlib masasında əyləşərək şeirə baxmağa davam edirdi.

Sabahsı gün tezdən işə gələrək yarımçıq qalan işini tamamlayaraq ktiab mağazaların gəzmək üçün çıxmağa hazırlaşarkən Fidan qarşısını kəsərək hara getdiyini soruşdu. Elnurun birdən yadına dünən sənidə çağıracam sözü düşərək, özün yandırmayıb – heç səni çağırmağa gələcəkdim indi – dedi.

  • Ürəyimə danmışdı. Dedim özüm gəlim. Səni yormayım.

Elnur gülümsəyərək – yaxşı elədin. gedək?

  • Gedək. – deyərək önə düşüb qapıdan çıxdı.

Bərabər çölə çıxaraq Elnurun maşınına mindilər. Mərkəzi küçələrin aralarında köhnə kitabların satışı ilə məşğul olan bir neçə məntəqə var idi. Belə yerləri adətən əvvəllər kitablara olan marağından alıb, indi isə məcburiyyətdən onları satmağa məcbur qalan şəxslər işlədirdi. Yada ki, kitabxanaların yenilənməsi ilə köhnə kitabları kitabxanadan yığıb dəyər – dəyməzə satmağa çalışan şəxslər idi. Evlərinin altında, ya icarəyə götürdükləri balaca – heç on kvadrat sahəsi olmayan yerdə, ya da küçələrdə satardılar.

Maşını parkedərək piyada gəzməyə başladıar. Havada hökm sürən sərin külək əsl gəzəsi havanın olduğuna işarət idi. Əksər insanlar bu havada gəzməyi sevirdi. Nə çox isti idi, nədə ki, həddindən artıq soyuq idi.

Ara küçələrlə irəliləyərək yol kənarlarında kitab mağazaları axtarırdılar. Iki küçə sonra birinə rastlaşaraq yaxınlaşdılar. Elnur ixtisası dariəsində söz bazası güclü idi. Birini razı salmağı, mövzunu aydınlatmağı asanlıqla bacarırdı. Yenə satıcıya diqqətə mövzunun nə olduğun izah eləməyə çalışdı. Satıcı əllidən çox yaşı olan üzü tüklü, başının ortası keçəl bir kişi idi. Qarnı çıxsada elə də çox gözə dəyməyirdi. Elnuru dinləyərək fikrə dalıb əlində olan şeir kitablarını ortaya çıxartaraq onun dediyi şeirin olsa bəlkə bunlarda olacağın dedi. Elnur birini, Fidanda başqa birini götürərək vərəqləməyə başladılar. Kitab kril əlifbası ilə olduğundan oxunuşu biraz yorurdu. Elnur birinci kitabı vərəqləyib yerinə qoyaraq əlinə keçən digər kitabı götürüb ilk vərəqini açaraq adlarına nəzər yetirməyə başladı. Bəzilərində mündəricəti olduğundan elə ora baxır, yerinə qoymaq istəyərkən ürəyi rahat olmayaraq bəlkə başqa adla yazıb deyərək yenidən vərəqləməyə başlayırdı. Bütün kitabları bitirdikdən sonra məyuscasına satıcının üzünə baxdılar. Qoca kişi özündən razı halda – bularda olsa bilərdim. Hamısını ən azı on dəfə oxumuşam – dedi.

Sağollaşaraq küçə boyu təzdən irəlləməyə başladılar. Təxminən belə iki – üç mağaza daha gəzdilər. Bəzilərində heç şeirə aid kitab olmadığından, bəzilərində isə yenə ümidləri qırıq halda ayrıldılar. Işə dönmək vaxtı çatmışdı. Son bir mağazaya girmək qərarna gəldilər. Bu digərlərindən nisbətən həm böyük, həmdə rəsmi yerə oxşayırdı. Içəri keçərək salam verib satıcı tərəfə irəllədilər. satıcı kişi hündür boy, alicənab birisinə oxşayırdı. Gülərüzlə salamlayıb nə istədiklərin soruşdu. Gözündə ki eynəyi çıxartaraq gözünü ovuşdurub Elnurla, Fidanı gözucu süzdü. Elnur əlindəki qəzeti ona uzadaraq mövzunu sıxılmadan başdan bu kişi üçündə danışdı. Qoca satıcı gözünü şeirə zilləyərək Elnurun dediklərin dinləyirdi. Elnur sözünü bitirdikdən sonra fikrə dalaraq bir – iki kitabı çıxartaraq bunlara nəzər yetirmələrini dedi. Kitalardan ikisinə əvvəl girdikləri mağazada rast gəlmişdilər. Oları kənara qoyaraq yeni kitablara nəzər yetirməyə başladılar. Bu kitabların içində də nə “Şeir Qadın” var idi, nədə onun haqqında yazı. Satıcının bilikli olduğu görünürdü. Elnur ondan fikrini öyrənmək üçün onu söhbətə tutdu. Qoca satıcı yazının hansısa rayonda yaşayan birinin şeiri olduğunu, bəlkə də orada yaşayan şairin olduğunu deyə fikir irəli sürdü. Ola bilsin ki, şeirləri haqqında, ya da ki, özü haqqında yazı ola. Bəlkə də bu şeiri özü çap elətdirməyib kimsə götürərək onun adından yazıb. – deyə başqa fərziyələr uydurmağa davam edirdi.

Fikirlər Elnurun ağlına batırdı. Amma hansı rayon ola bilərdi? haradan bilsin ki, bu hansı rayonda yaşayır. Sağollaşaraq kitab mağazasından çıxdılar. Saat gec idi və onlar artıq işə getməli idi. Yolda Elnur Fidandan  onunda vaxtını aldı deyə üzr istədi. Fidan yenə adəti üzrə gülümsəyərək tam tərsi onun üçündə maraqlı axtarış olduğunu, axtarışa davam edəcəyini dedi.

Evə gələrək əşyalarını qonaq otağına ataraq mətbəxə keçib özünə kofe hazırladı. Dağınıqlığı sevməməsinə baxmayaraq bu gün onlara ayıracaq həvəsi yox idi. Komputerin başına keçərək araşdırma aparmağa başladı. Ola bilməzdi ki, bu şeir haqqında heç kəsin məlumatı olmasın. Bölgələrdəki dostlarına yazıraq, onlardan da ona yardım etməsini istəyir. Məlumat alan kimi Elnura xəbər verəcəklərinə söz verirlər. Elnur telefonunu çıxartıb mesajlara baxdı. Fidandan mesaj gəlmişdi. “Salam, Şair haqqında nəsə məlumat tapdın?”

Elnur: Salam, hələ yox. Bir - iki bölgə ilə əlaqə saxladım, nəsə tapsalar mənə xəbər verəcəklər.

Fidan: tamam, xəbər olsa mənə də, de. Nədə olsa ortağıq.

Elnur: tamam.

Fidan: hələlik, gecən xeyrə.

Elnur: sənində.

 

Telefonu masaya qoyub, komputeri söndürdü. Kofe içdiyi fincanı mətbəxə apardıqdan sonra geri dönüb yatağına uzandı. Yemək hazırlamaq qərarına gəlsədə İştahı yox idi deyə fikrini dəyişib, qulaqlığı taxaraq musiqi dinləməyə başladı. Fidanı düşünürdü. Qəribə qız idi, həqiqətəndə. Hərəkətləri, insanla davranışı, yaxınlığı digər qadınlardan fərqli idi.  Bir ara onunla sevgili olduğunu düşündü. Bunu indiyəcən ağlınada gətirməmişdi. Tək Fidan yox, qadınlara o gözlə baxmağı sevməzdi. Dostlarının, nə zaman evlənəcəksən? – sözünüdə keçişdirərdi. Evlənməyi nədənsə düşünmək istəməyirdi. Evlənməyi nədənsə mənasız hesab edirdi. Evlənəndən sonra həyatının dəyişəcəyin, özünü yalnız evdən - işə, işdən – evə gəlib gedən biri olacaqmış kimi görürdü. Ömrünü keçim dərdi, uşaq problemi ilə məşğul eləmək fikrində deyildi. Bəlkə gələcəkdə düşünərdi. Lakin kiminlə? Yəni evlənəcəyi şəxs necə biri olmalı idi? Hündür boymu, məsələ? ya sarışın? Bunlar onun xarici gözəlliyi. Ya daxilidəki,o? Xasiyəti necə biri olmalı idi? Hər kəslə qaynayıb – qarışan olsa, onu qısqanardımı? Ya hər kəsdən qaçan birimi olmalı idi?! belə olanda da onunla heç yerə getmək istəməzdimi? Təhsillimi olmalı idi? ya təhsilsiz?!  Təhsilsiz olardısa yaxşı idi ki, istədiyini elədə bilərdi. Təhsili olanda haqqını tələb edəcək, onu sıxacaqdı. Amma təhsilli olması daha gözəl idi. Bir düşün. Evə gəlirsən və qarşına səndən yemək üçün pul istəyən biri çıxır. Ona gəl bu axşam filmə gedək deyəndə lağa qoyaraq oturaq evdə izləyəkdə, birdə niyə ora pul veririk deyən birisi var. Başqa bir nümunə, evdə oturub kitab oxuyursuz və yanınıza gələrək sizə at o əlindəkini yerə. Oxuyub alim olacaq, elə bil! – deyəcək biri. Başqa biridə var, evə gəlirsən. Nədə olsa jurnalistsən. Sənin işin ölkə, dünya, gündəm məsələlərini izləmək, yeni xəbər axtarmaqdı. Hər insan kimi yazdığını, öyrəndiyini yaxınınla bölüşmək istəyirsən. Həyat yoldaşının yanında əyləşib siyasətdən, iqtisadiyyatdan danışırsan və o, ağzını əyərək yerindən qalxıb – nə edim, mənim nəyimə lazımdı deyərək gedəcəkdi. Belə biri ilə evlənmək istəməyirdi. Bəlkə də, buna görə evlənməkdən qorxurdu. Evlənib həyatını bədbəxt eləmək, gələcəyini mənasızcasına yaşayan biri ilə məhv eləmək istəməyirdi.

 

Həmən gündən üç gün keçmişdi... Günorta saat dörddən on dəqiqə keçmişdi. Başı komputerdə işə qarışdığı an telefonuna zəng gəldi. Dəstəyi götürdü. Zəng edən Pərvin idi. Elnura Şairi tapmaqda yardım edəcəyinə söz verən dostlarından biri idi. Dəstəyi götürərək biraz söhbət elədikdən sonra mövzuya gəldilər. Pərvin həmən şairin onların qonşu rayonunda kənddə yaşayan bir kişinin olduğunu dedi. Elnur sevincək onun kimliyi, onu necə tapması barəsində suallar verdi. Pərvin onu sakitləşdirərək maraqlı əhvalatının olduğun, gələcəyi təqdirdə maraqlıda məqalə hazırlaya biləcəyin deyir. Elnur ondan nə zaman boş olduğun soruşur. Onun əlində olsa bu dəqiqə gedərdi. Pərvin fikirləşib həftənin bazar gününə gəlməsini istəyir. Həm Elnur işindən qalmaz, həm də Pərvin üçün problem yaranmazdı. Bütün gününü onlara ayıra bilərdi. Razılaşaraq sağollaşdılar. Elnur təqvimə nəzər yetirən də bu günün çərşənbə günün olduğun görüb yerində burcuxmağa başladı. Hələ neçə gün var idi?!

Xəbəri Fidana vermək üçün ayağa qalxaraq masasına tərəf irəlilədi.

  • Fidan, təxmin elə sənə nə xəbərim var?!
  • Hmm, şairlə bağlı olmalıdı... Düz tapdım?
  • Hə. Düz tapdın. Dostum var, rayonda yaşayır. O, da jurnalistdi. Ondan xahiş eləmişdim ki, soruşdursun, maraqlansın. Sağolsun, öyrənib. Yaşadığı rayonun qonşuluğunda bir kənddə yaşayırmış.
  • Nə gözəl. Nə eləmək fikrindəsən, bəs?
  • Pərvin dedi ki, getsəm maraqlı şeylər öyrənəcəkmişəm. Yəqin həmən şair haqqında bir şey olacaq.
  • Nə vaxt gedirik, o, zaman? – Fidan əllərini bir – birinə vuraraq dedi.
  • Səndə gələcəksən?  - Elnur təəccübün gizlədə bilmədi.
  • Yoxsa istəməyirsən?
  • Ona görə demədim. Sadəcə işin olar deyə ağlıma gəlmədi ki, gəlmək istəyərsən.
  • Nə işim olacaq ki. Ancaq, bazar günü edək, ikimizədə rahat olsun.
  • Bazar günüdü.
  • Əla. O, zaman bazar günü gedirik. – Fidan əlini uzadaraq Elnurla razılaşdı.

Elnur başı ilə təsdiq edərək, gülümsəyib öz masasına döndü.

Istədiyinə axır ki, nail olmuşdu. Bir neçə gündən sonra həmən şairlə görüşə biləcəkdi. Təkcə şeirin gözəlliyi üçün deyil, artıq onun həyatı, şeirin tarixçəsi və ŞEİRQADININ kimliyi onu maraqlandırırdı. Əmin idi ki, bu şeirin maraqlı əhvalatı var.  Əlavə olaraq isə, Fidan var idi. Onun gəlmək istəməsi, onunla bu işə can yandırması Elnura hələ də qəribə gəlmişdi. Həqiqətənmi, şairin kimliyi onunda marağında idi, ya sadəcə Elnurla birlikdə zaman keçirtmək istəyirdi?

Zamanla heç bir başqa gözlə baxmadığı Fidan, indi onun xoşuna gəlirdi. Onu öz yaxınına buraxmaq, onu tanımaq istəyirdi. Bəlkə də, gələcəkdə nəsə olardı...

Rayona onunla bərabər gəlməsinə sevinirdi də. Bu yol macərası bəlkə də, yeni bir ŞEİRQADINI yaradardı. Bu macəra sayəsində aralarında yaxınlıq olar, bu sayədə də Fidanı daha yaxından tanımış olardı. Kim bilir, bəlkə də, geri dönəndə sevgili olardılar.

Elnur fikirləri başından qovaraq başını silkələyib özünə gəlməyə çalışdı. Nə düşünürdü? Ömrü boyu belə şeyləri düşünməyən Elnur indi gör nə düşünürdü. Siyasət quraraq sevgili quracaqdı. Özünə gülərək, nə ara bu qədər tülküləşdim deyə gülməyə başladı.

 

Yola düşmək zamanı gəlib çatmışdı. Şənbə axşamı Fidana zəng edərək səhər səkkizdə yola çıxacaqların xəbər eləyib hazırlaşmasını istədi.

Səhər saat səkkizdə artıq Fidangilin evlərinin qabağında dayanıb Fidana zəng elədi. Beş dəqiqə sonra bel çantası ilə bərabər gəlib maşına əyləşdi. – getdik. – dedi. Üzündə həmişəki kimi təbəssüm var idi. Səliqəli şəkildə düzülmüş dişləri gülərkən parıldayırdı. Üzü həm də parıldayırdı. Özünü saxlaya bilməyib – rayona gedirik, toya yox. Bu qədər makyaj vurmağın lazımlı deyildi. – deyərək, gülümsədi.

  • Makyaj vurmamışam. – hardan çıxartdın? – Fidan aynaya baxaraq dedi.
  • Sifətin parıldayır. Dedim yəqin bəzənib.
  • Hə, onu deyirsən. Mənim hər səhər tezdən üzüm parıldayır. Işığa çıxan kimi parıltılı görünür.
  • İndi görürəm. Yəqin əvvəl fikir verməmişəm. – dedi. Aynada üzünün qızardığın görüb mövzunu dəyişmək qərarına gəldi. Üzünü qızarmasının Fidanda fərqinə varmışdı.

Yol boyu az söz kəsdilər. Elnur yola baxır, harada olduğunu dəqiqləşdirib arabir telefonunda xəritəyə nəzər yetirir, Fidan isə yol boyu yaşıllıqları, insanları, yanlarından ötüb keçdikləri maşınları seyr eləyirdi.

Elnur maşını yol kənarında, marketlərin olduğu yerdə saxlayıb yemək üçün marketə girdi. Yolda atışdıra biləcəkləri bir – iki şey aldıqdan sonra maşına qayıdaraq yoluna davam elədi. Bir – birilərinə baxaraq nəsə söhbət eləmək istəsələrdə nə edəcəklərini bilmədiklərindən susurdular. Özünü saxlaya bilməyən Elnur sonunda sakitçiliyi pozaraq :

  • Sən hansı rayondan idin?
  • Niyə ki?

Sualın mənasız olduğunun fərqinə varsa da özünü sındırmayaraq davam elədi:

  • Maraqlıdı. Dedim bəlkə sizin olduğunuz rayon tərəfə gedirik. – yox, yaxşı fırlatdı söhbəti – deyə ürəyində özünü təbrik elədi.
  • Yox, tam əksinə gedirik hələ. Cənubdanam.
  • Cənub? Hmm, oralarda az olmuşam. Olduğum yerlər isə gözəl idi. Dənizə yaxın yerdə qalırdım deyə gecələridə sahilə düşə bilirdim. Həm Bakıdakı kimi də deyil, qoxusu belə ayrıdı.
  • Hə, gözəl yerlərdi.
  • Yəqin vaxt tapan kimi gedirsən. – Elnur mənasızcasına açdığı söhbətə davam eləmək istəyirdi.
  • Demək olar, yox. Atamı uşaq yaşından itirdik, anamla tək qaldıq. Məni dayım himayə götürdü, böyük bacım isə anamla qaldı. Dayımla bərabər bura gəlib burda oxudum, universitetə qəbul oldum burda da yaşadım. Rayona ildə bir – iki dəfə ya gedərəm ya getmərəm. Anamla sonuncu dəfə nə vaxt görüşmüsən desən, dəqiq deyə bilmərəm. Deyəsən, dörd ay əvvəl.
  • Üzüldüm. Belə yaşamının olduğunu bilməyirdim.
  • Öyrəşmişəm. Özüm işləyirəm. Həyatımı istədiyim kimi yaşayıram. Kim bilir bəlkə də, belə daha yaxşıdı.
  • Bəlkə də, insan həyatını özü istədiyi kimi bəlirləyə bilsə idi nə vardı ki? Gözləmədiyimiz şeylərlə qarşılaşacağıq ki, həyatımıza rəng qatılsın. Ağ – qara həyatı heç kəs istəməz.
  • Insan çətinlikləri niyə istəsinki?
  • Kitab oxuyursan?
  • Hər fürsət tapanda oxuyuram.
  • Necə kitab sevirsən, əsasən?
  • Maraqlı olacaq, dram olsa daha çox maraq göstərirəm. Yazarından da asılıdı.
  • Kitabın içində sadə birinin həyatından bəhs edərsə  - məsələ, səhər qaldır işə gedir, işdən evə gəlir. Bütün günü həyat yoldaşı, uşaqları ilə məşğul olur. Görünüşdə xoş mənzərə ola bilər amma heç kəs onu oxumaz. Həmişə maraqlı şey axtarar. Ancaq, o, həyatında olarsa istəməz. Həyatının kitab olmasını, gələcəkdə iz qoymasını istəməz.

Fidan qaşlarını çataraq yola dalıb:

  • Heç bu yöndən düşünməmişdim. Bəlkədə, sən haqlısan.
  • Insanın həyatı həmişə dram olur. Istər pulun çox olsun, istəz az olsun istərsəndə heç olmasın. Pulsuzun dərdi onsuz çoxdu, hər şeydən başlaya bilərsən. Keçim sıxıntısı, uşaq böyütmə problemi, həyatla mübarizə, ona qarşı yönlənən haqsızlıqlar. Pulun çoxdusa da sənin problemin yenə çoxdu. Pulu itirmə qorxusu, düşman qazanmaq qorxusu, adının pisə hallanması qorxusu, hörmətdən düşmə qorxusu, ailəsinin pul üstündə elədiyi qırğının qorxusu. Dünya elə bir sistemdə qurulub ki, hara fırlatsaq sakit həyat, problemlərdən uzaq bir yer, düşünməmək dərdi deyilən bir şey olmadığın görəcəyik.
  • Sən filosofimişsən ki, xəbərimiz yoxmuş. – Fidan gülümsəyərək dedi.
  • Filosofluq deyildə, düşünməyi sevirəm deyək...

Maşın rayona girəndən sonra Elnur dostuna zəng edərək gəldiyini xəbər elədi. Pərvin  şəhərin mərkəzində onları gözləyirdi. Pərvinin yanına gəlib maşından enərək uzunmüddət görmədiyi dostunu qucaqlayaraq görüşdü. – yaxşıdı bir işin düşüb. Yoxsa üzünüdə görə bilməzdik.

  • Işləri özün bilirsəndə. Vaxt olmur.
  • Işləri bəhanə gətirmə. Istəsən gələrdin.

Elnur dostundan aralaşaraq aralıda dayanan Fidanı göstərək – Fidandı, tanış ol. Bu da dostum Pərvin.

Pərvin əlini uzadaraq gülümsəyərək, xoş gəldin – dedi.

Elnur dostunun sevgili zarafatı eləyəcəyin düşünüb onu qabaqlayaraq – Fidanda mənimlə bu iş üçün gəlib. Mənə kömək eləyəcək, sağolsun.

  • Nə gözəl. Sizin bu şairi tapdım. Ancaq onu deyim ki, tapmağı heçdə asan olmadı. Elədə məşhur şair deyil. Şeirlərini belə kitab halında çıxartmayıb. Amma onu məşhur edən onun əhvalatıdı.
  • Nə əhvalatı?
  • Hamısın danışmayacam, özündən eşidərsiz. Amma başlıq verim: şair buralı deyil. Bura sonradan köçüblər. Və köçməsi, həmən ŞEİRQADIN onu məşhur edib.
  • Maraqlı bir şeyə oxşayır. – Elnur Fidana baxaraq dedi.
  • Gedək özündən dinləyin, istəyirsinizsə.  – Pərvin dedi.
  • Gedək, amma əvvəlcə bir qonaqlıq ver bizə. Acmışıq.

Pərvin başı ilə təsdiq elədi. Pərvin öz maşını saxlayıb rahat olsun deyə Elnurun maşını ilə getdi. Birlikdə nahar eləmək üçün restorana keçdilər. Nahardan sonra Pərvinin dediyi istiqamətlə rayon mərkəzindən çıxaraq dağların arası ilə şairin yaşadığı kəndə doğru getdilər.

Kəndin mənzərəsi göz oxşayırdı. Ucalmış hündür dağlar, dağların qoynundaki ağaclar öz səliqəli düzülüşü ilə təbiətin qüdrətini göstərirdi. Yollar bəzən alfaltdan çıxaraq çığır yoluna keçsədə rahat çatdılar. Ağacların qoynunda, meşəyə yaxın bir yerdə idi, ev. Maşından enib ətrafa boylandılar. Nə üçün gəldiklərin unudaraq təbiətin gözəlliyinin dadını çıxartmaq istəyirdilər. Pərvin yolu göstərək həyətə girdilər. Bir mərtəbəli, elədə təzə olmayan bir ev, yanlarında heyvan saxlaya bilmələri üçün tövlə və həyətdə qaçışan toyuq – cücələr var idi. Pərvin içəri keçərək səsləyib, gəldiklərini xəbər elədi. Evdən çıxaraq sanki, onları gözləyirmiş kimi sadə şəkildə gələrək gülümsəyərək salamladı.

  • Salam, bağışlayın sizidə öz evinizdə narahat edirik.  – Elnur üzrxahlıq edərək sözə başladı.
  • Nə narahatı?! Qonaqa niyə gəldin deyilməz? Niyə gedirsən deyilər.

Onlara yer göstərərək – xanım qonşuya keçib. Birazdan gələr. Gözləyin sizə çay süzüm, söhbətmizi elə edək.

  • Necə istəyirsinizsə... – Elnur saçı ağarmış, balaca boy kişiyə gülümsədi.

Üzündə nur saan kişi çayı süzərək onların önünə qoyaraq özüdə onların yanında əyləşdi.

  • Buyurun, sizi eşidirəm.
  • Mən uzun müddətdir ki, bir məqalə üstündə işləyirəm. Köhnə şeirlər, tanınmamış şairlər haqqında araşdırma aparırdım ki, birdən bir qəzetdə sizin şeirinizi oxudum. Nə yalan deyim, indiyədək oxuduğum şeirlər arasında belə təsirləndiyim olmamışdı. Adınız qeyd olunmamışdı şeirin altında. Amma sizi tapmaq, sizin haqqınızda da bilgi almaq istəyirdim. Hara müraciət eləsəm nə sizi tanıdıqlarını, nə də şeiri eşitdiklərini deyərək məni geri çevirdilər. Məndə son çarə Pərvindən istədim, sağolsun sizi tapdı.
  • Şeirin altında adımın olmamasın mən istəmişdim. Bu şeir üçün gələn ikinci şəxssiz. Birincisi, həmən o, şeiri çap elədəndi.
  • Onu da tapa bilmədim. Nəşriyyatdan ayrıldığını, daha sonrada  əlaqə saxlamadığların dedilər.
  • Mən ilk və son dəfə illər əvvəl görüşmüşdük. Bura gəzmək üçün gəlmişdi. Buraları gəzərkən təsadüfən rastlaşmışdıq. Bura gəldi, elə siz oturduğunuz yerdə əyləşmişdi. Söhbət əsnasında şeirdən danışdıq. Məndə həmən şeiri ona oxudum. Bəyəndi. Onu qəzetində nəşr eləmək istədiyin dedi. Məndə razılıq verdim. Lakin, adımın yazılmamasını xahiş elədim.
  • Səbəbin öyrənmək istərdim. Təbii ki, sirr deyilsə. Belə şeir yazasan və özünü gizlədəsən. Bağışlayın amma qəribə gəlir.
  • Şeirin gözəlliyi haqqında söz deyə bilmərəm. – gülümsəyərək çayından qurtum aldı. Davam eləyərək:
  • Adımın qeyd olunmasını istəməməyimə gəldikdə isə, çünki, o vaxtlar mənim kimliyimin bilinməməsi gərəkirdi. Qəzetdə adımı görər, sonra izimə düşə bilərdilər.
  • Kim? – Elnur dedi.

Bu an qapıdan bir          qadın daxil oldu. Yaşlanmasına baxmayaraq hələ də cazibədarlığını qorumuşdu. Üzündə qırışların yaranmasına baxmayaraq hələdə çox gözəl idi.

  • Bu da həmən ŞEİRQADIN - əliylə həmən qadını göstərərək ayağa qalxdı.

Elnurla Fidanda ayağa qalxaraq qadını salamladılar.

  • Məndə təzə başlamışdım, gəl bərabər danışaq.

Qadın əyləşdi. Utandığı üzündən anlaşılırdı. Özünə qısılaraq büzüşüb oturmuşdu.

“ Biz əslən buralı deyilik. Bura illər əvvəl, bəlkə qırx ildən çoxdur ki, gəlmişik. Bura gəlməzdən əvvəl ki, həyatımızı, ailəmizi niyə buraxıb bura gəldiyimizi düşünürsüz, yəqin. Niyə evlənib orada yaşamadınız, orada evlənmədiniz deyə düşünürsüz. Belə deyim. Biraz qobud çıxacaq amma gerçəyin danışmaq lazımdısa biraz şəxsiyə girməli olacam. Biz uşaqlıqdan bir – birimizi istəyirdik. Kənd yeri məlum məsələ, elə şeyləri xoş qarşılamayırlar. Gizlin – gizlin görüşərdik, məktəbdə vaxt eləyib söhbət edərdik. Tək arzumuz isə böyümək və birlikdə keçirəcəyimiz günlərə qovuşmaq idi. Böyüdük. Amma böyüməklə iş qurtarmayırmış. Evlənməyimizə ailələr razı olmadı. Daha doğrusu mənim ailəm. Eee, necə deyim ailəsində xəstəlik var idi. İrsi xəstəlik deyə həmən nəsildən kimləsə evlənmək istəməyirdilər. Atamda  buna görə mənə qarşı çıxaraq, evlənməyəcəyimi dedi. Məni öz qohumu ilə evləndirmək istəyirdi. Mən isə başqasını istəməyirdim. Nə qədər uzun – uzadı danışsamda razı olmadı. Anamdan tərəf olmağımı istəsəmdə o, da mənə qarşı çıxdı. Ailəmdən hər kəs bizim evlənməyimizə qarşı idi. istəməyirdilər ki, biz evlənək. Belə olduğu halda qaçmaq qərarına gəldik. Amma hara, necə qaçacağımızı bilmirdik. Mənim əsgərlik yoldaşım var, onunla bir – neçə dəfə məktublaşmışdım. Söhbəti ona danışdım, mənə kömək edə biləcəyin dedi. Sağolsun xərclərimizəcən bizə köməkliyini göstərdi. Birlikdə qaçdıq. Əvvəlcə onun yanında bir aya yaxın qaldıq daha sonra isə bura gəldik. Bura gələndə gördüyünüz o tövlə var idi təkcə. Oranı hazırlaya bilmişdim. Sonra işləyə - işləyə buraları hazırladıq, özümüz üçün şərait yaratdıq”

  • Nə gözəl. Əsl sevgi romanı çıxası həyatınız olubmuş. – Fidan heyrətini gizlədə bilməyərək dedi.
  • Uşağınız olmadı ki? Ya böyüyəndən sonra sizdən ayrılıb?
  • Yox, uşağımız olmadı. Olmayacağını bilirdik, amma bu bizim qovuşmağımıza əngəl olmadı. Olmasına izn vermədik. Bəlkə də, elədiyimiz səhv hərəkət idi. Amma peşman deyiləm.
  • Bəs yenə o dövrə dönsək və sizə yenə qaçarsınızmı sualnı versəm...?
  • Yenə qaçaram. – gülümsəyərək yanında əyləşən xanımına baxdı. Gözlərində hələ  də ilk günki məhəbbət işiğı parıldayırdı.
  • Yaxşı sizə sual verim, xanım. Qaçıb gəldikdən sonra həyatınız ən azı bir müddət istədiyiniz kimi olmadı. Bu müddətdə heç bir dəfə oldumu ki, peşman olmusuz?

Qadın gülümsəyərək tövləni göstərib :

  • Tövlənin yanında çölə açılan pəncərəni görürsüz?
  • Bəli.
  • Orada mən neçə gecə ərimi gözləmişəm. Qorxudan çölə çıxa bilməyirdim. Yerimə girib yatada bilməyirdim. Qorxurdum. Gecə idi və ətraf təhlükəli idi. Qabağına vəhşi heyvan çıxa bilər, ona nəsə edərk deyə özüm – özümü yeyirdim. Peşman olurdum amma ona görə yox ki, onunla bura gəldim. Ona görə ki, onunla bərabər getməmişdim.
  • Sonra niyə dönmədiz? Yəni bir müddət keçəndən sonra əsəblər sakitləşər, sizidə qəbullanardılar. Niyə eləmədiniz? Ya elədiz onlar qəbul etmədi.
  • Cəht belə eləmədik. Bəlkədə qəbul edərdilər. Amma iş – işdən keçəndən sonra bizə lazım deyil. Biz xoşbəxtik. Gerisi lazımımız deyil. Həmən o, evdə - hal –hazır ki, tövləni işarə edərək – bizim birlikdə keçirtdiyimiz ac gecələrdə olub. Qışda qar yağıb, çölə çıxa bilməmişik. Nə odun qırmağa, nə ərzaq almağa. Soyuqdan bədənimiz tir – tir əsib. Acından öləcəyimizi gözləmişik. Amma bir – birimizi atıb getməmişik. Qucaqlaşaraq əllərimizi qızışdırmışıq, günlərlə qalan quru çörəyi iştahla yemişik. Sevgini saraylarda keçirtməyə nə var? Yanında isti yeməyin, üstündə qalın palton. Qarın tox olandan sonra dünyanıda qarşına alarsan. Ya bunu ac olanda bacararsanmı? Bacararsansa, o zaman deyərəm ki, sən sevmisən.
  • Ağlaya bilərəm bu dəqiqə. – Pərvin diqqətlə baxdığı kişidən fikrini ayrıldıb dedi.
  • Həqiqətən maraqlı macəranız olub. Siz elədiyinizi mən bacararmıydım deyə düşünürəm. Tərəddüd içində qalmışam. – Elnur dedi.
  • Çünki, hələ əsl sevginin nə olduğun anlamamısan. Sevsəydin əgər onun sadə nəfəsi üçün belə dünyalardan üz döndərməyə hazır olardın.

Şairin bu cavabı Elnuru yaralamışdı. Fidana baxaraq özünü həmən tövlədə qaranlıq gecədə təsəvvür elədi. Soyuq və aclıq. Görəsən, o dözərdimi?

  • Niyə məhz ŞEİRQADIN? – Fidan araya çökən sükutu pozan və əsl mövzunun mahiyyəti olan sual verdi.
  • Niyə? – şeir oxuyanda nə hiss keçirirsiz?
  • Necə yəni nə hissi?
  • Şeir əslində gördüyünüz qədər sadə bir şey deyil. Onun hər cümləsi, hər qafiyəsi bir dünyanı izah edir. Şeiri hər adam yaza bilməz. Onu gərək yaşayasan. Onda kimisə tapasan. Yoxsa hər cümləni bir yerə gətirən şair olsa idi şeirdən çox şair olardı. Şeiri gərək yaşayasan. Kimə yazdığını, nə üçün yazdığını, nə izah eləmək istədiyini biləsən. Yoxsa durduq yerə şeirmi yazmaq olar?
  • Düz deyirsiz. Sizin kimi şairlər gərəkdi bu ölkəyə. Yaşayaraq yazan şairlər.
  • Yox, o qədərdə şişirtməyin məni. MƏNİM ŞAİR OLMAĞIMA BİRCƏ SƏBƏB VAR, BİR ŞEİRQADINA AŞİQ OLMUŞAM.
  • Şeirin ardını xahiş eləsəm bizə oxuya bilərsiniz? – Fidan dedi.
  • Əlbətdə. – deyərək düşünməyə başladı. – Aha yadıma düşdü.

sən məndən nə qədər ayrı düşsəndə

 

Adını seçəcəm adlar içində

Bir vaxtı mənə doğma olan hər kəs

Indi dayanıbdır yadlar içində

 

Məhəbbət çox çətin, qürurlu bir iş

Sevməyən qadını daşıya bilməz

Nə sonra, nə indi, nədə ki, keçmiş

Məhəbbət adını daşıya bilməz

 

Məhəbbət bir yoldu, çətindi, giryan

Sevməsən o yoldan qalarsan qırağ

Bəzən sən birinə doğmalaşarsan

Bəzən də olarsan, uzaqdan uzaq

 

Çox şeir etmişəm ona yadigar

Çünki bu sevgiyə sadiq olmuşam

Şair olmağıma bircə səbəb var

Bir “ŞEİR QADINA” aşiq olmuşam..

 

Görüş axşamacan sürdü. Elnur müsahibəni qısaca özündə qeyd elədikdən sonra onlar üçün hazırlanmış süfrədə birlikdə yemək yedikdən sonra axşama yaxın yola düşdülər.

Yol boyu şairin fədakarlığı, sevgisi üçün ailəsindən üz döndərməsini düşündü. Onun üçün dünyaya qarşı çıxa biləcək gücdə olması, bir – birilərinə qarşı olan ilk günki kimi sevgiləri onun beynində sevgi hissini alovlandırmışdı. Pərvini maşının yanında düşürərək elədiyi köməkliklərə görə təşəkkür edib Bakıya yola düşmüşdülər.

  • Dünyada belə məhəbbət hələ qalıbmış.- Elnur söhbət açaraq Fidanla danışmaq istədi.
  • Mənidə heyrətləndirdi. Bir – birlərinə bağlılığlarını nə Leyli və Məcnunda nə də başqa bir əsərdə oxumamışdım. Onların məhəbbətini mütləq yazıb, dünyaya əsl sevginin necə olduğun göstərmək lazımdı.
  • Mən hələ də, onların bir – birləri üçün elədikləri fədakarlığı deyirəm. Onların üstündən nəsə qazanmağı yox.
  • Görəsən bizidə elə sevən birisi qarşımıza çıxacaqdımı?

Elnur ürəyində deyinərək, o, mən olaram? Deyinərək, fikirləşdi. Açıb etiraf eləsə, nə deyərdi? Bəlkə, onunda qəlbində Elnura qarşı məhəbbət vardı da, açıb deyə bilməyirdi. Gözləyirdi ki, ilk atdımı Elnur atsın.

Maşın Bakıya daxil olmuşdu, Elnur isə hələ də deyib – deyəməməsi üçün fikirləşirdi. Maşın küçələri keçərək Fidanın evinə yaxınlaşırdı.  Binanın qarşısında dayanıb maşını söndürdü.

  • Çox sağol buracan gətirdiyin, üçün.
  • Dəyməz, sən sağol mənimlə gəldin.
  • Nə demək. Maraqlı gün keçdi.

Fidan düşmək istəyərkən Elnur onu saxladı.

  • Fidan, sənə bir şey deyəcəm.

Maşının qapısın açıq saxlayaraq Elnura tərəf fırlandı.

  • Eşidərəm.
  • Yol boyu çox fikirləşdim. Amma deyəcəm.
  • Nə olub, qorxuzma məni. – Fidan yerində rahatlayaraq, Elnurun üzünün qızardığın görüb həyəcanlandı.
  • Şey, necə deyəcəyimidə bilmirəm. Mən deyəsən,offf – ürəyində özünün axmaq olduğun düşünürdü. Heçnə yoxdu deyib keçişdirədə bilməzdi daha. Deməli idi.
  • Aha...
  • Səni sevirəm. – bir dəfəyə deyərək özünü azadlığa sahib olmuş quş kimi rahatlatdı

Fidan susaraq qarşısında dayanmış əli – ayağına dolaşan oğlanı seyr eləyirdi.

  • Nə deyəcəyimi bilmirəm.
  • Bunu çox düşündüm. Düşünürəm ki, bəlkə də bu şeir bizi yaxınlaşdırdı deyə düşündüm. Bunun bir işarə olduğunu, bir ŞEİRQADININ daha olacağın düşündüm.
  • Elnur, səni çox istəyirəm. Amma bunu səhv anlama. Səninlə gəldim ona görə yox ki, səninlə yaxınlıq eləmək istədim. Necə deyim bilmirəm. Məni səhv anlamısan ya necə... sənə izahda eləyə bilməyirəm.

Elnur isə anlamışdı. Eləmiş olduğu xəyallarından ayıldı. Fidanın sözləri onu sanki silkələdi. Bəlkə də heç deməməli idi. Fidan isə sakitcə onu seyr edirdi. Əlacsız, köməyə ehtiyacı olan birisi kimi baxırdı.

  • Yaxşı, mən gedirəm. Dediklərimi yaxşı düşün. Sabah işdə görüşərik. – deyərək maşından enib binaya doğru irəlilədi.

Elnur maşını işə salaraq oradan uzaqlaşdı. Illər sonra qəlbində alovlanmış bu məhəbbət yenədə məğlubiyyətlə nəticələndi. Bir kitabda oxuduğu söz yadına düşdü. “Əgər uduzmusansa, deməli buna layiqsən”. Bəlkə də... insan eləmədiyi günahlara görə cəza ala bilir. Bu insanlıq yaranmışdan belədi. Birisi güclü olar və hər şeyə o nail olar. Birisi zəif olar və istədikləri yalnız xəyal olaraq yaşayar. İstəməyə belə gücü çatmaz. Layiq ola bilər bəlkə, bu bəs eləməz.

Ovu bir şir ovlayar. Bu demək deyildir ki, ov onun olacaq. Kənardan gələn daha güclü bir şir ovunu onun əlindən alacaq. Həmən şir isə məğlubiyyəti ilə razılaşaraq geri çəkiləcək və özündən zəifini tapanacan əziləcək.

Elnur evə gələrək paltarını dəyişib hamama girdi. Sərin suyun altında dayanaraq yorğunluğunu atmaq istəyirdi. Daha sonra mətbəxə keçərək özünə isti kofe hazırlayıb illər boyu onu tərk eləməyən komputerinin qabağında əyləşdi. O, belə nə zamansa onu tərk edəcəkdi. Sadəcə zamanı deyildi.

Komputeri açaraq yazmağa başladı:

Sevgi sadəcə beş hərfdən ibarət bir söz deyil. Hər hərfi özündə bir məna daşıyar. Sevməyi hər istəyən bacara bilməz. Sevmək sadəcə sarayda yağla – bal yemək deyil. Birlikdə qaranlıqda otura bilirsinizsə və birlikdə ac qalmağa razısınızsa siz bu sevgiyə layiqsiniz. Niyəmi? ŞEİRQADININ izi ilə düşdüyüm izdə qarşıma çıxan gerçək bir məhəbbətlə rastlaşdım. Məhəbbətlərinin gücünün qarşısında heç bir şey dayana bilməmişdi. Vaxt olub birlikdə ac qalıb, vaxt olub birlikdə balaca damın altında soyuqdan ölümlə mübarizə aparıblar. Amma məhəbbətin istiliyi onları ayaq üstündə saxlayıb. Başlarına gələcəkləri onlar əvvəlcədən bilirdi, buna baxmayaraq çətinliklərlə razılaşmışdılar. Təki qəlbləri bir olsun.

“ şair olmağıma bircə səbəb var, bir “ŞEİR QADINA” aşiq olmuşam...” necə də qəlbdən deilmiş bir sözdü, elə deyilmi? Məhəbbətinin gücü ilə yazılmış bir şeir. Bu şeirin pis olması mümkün deyil. Bir şair dostumdan şeirləri yazarkən nə düşünürsüz? Necə olurda belə gözəl şeirlər yaza bilirsiz deyə soruşanda o, mənə belə dedi: şeiri necə yazdığın vacib deyil, əsas kimə yazdığındı. Yazarkən düşündüyün sözlər deyil, düşündüyün şəxsdi. Şeiri yazmazdan əvvəl yaşamalısan...”

 

Məqalə üç gün sonra qəzetdə və internetdə paylaşıldı. Tez bir zamanda gündəmin əsas mövzusuna çevrilməyə bacardı. Hər kəs ŞEİRQADIN dan danışırdı. Bu məqalə onu  daha da tanıtmışdı. Rəhbərlik tərəfindəndə alqışla qarşılanmış, maaşına artım eləmişdilər. Hətta bəzi yazıçılar həmən şəxslərin kimliyi barədə öyrənmək istəsələrdə Elnur onlara məlumat vermədi.

Fidana gəldikdə isə əvvəl ki, kimi salam – sağolların saxlamışdılar. Lakin aralarında bundan artıq heçnə olmamışdı. Elnurda Fidanın onun ŞEİR QADINI  olmayacağı ilə razılaşmışdı. Özünə yeni ŞEİR QADINDA axtarmaq istəməyirdi. Axtarmağın əvəzinə özünün gəlməsini gözləmək daha yaxşı fikir idi.

Kim bilir, bir qarlı axşam, ac olaraq gələr, qapısını döyər, ondan bütün gecəni ona ŞEİR QADINI oxumasını istəyər...