Səməd Şıxı- Dözümlü Center

Ölkədə yolu “Dözümlü Center” ə düşməyən qalmamışdı. “Dözümlü Center” bir növ gənclərin və işsizlərin gəlir yeri idi. Əlavə pul qazanmaq istəyən gənclər, əhalinin işsiz təbəqəsi üçün “Dözümlü Center” vazkeçilməz məkan idi. Fiziki dözümlü olanların, loru dildə “canlı-cəsədli” adamlar burada işləyə bilir, rahatlıqla pul qazana bilirlər. Burdan yolu keçməyən tələbəyə “pullu” kimi baxırlar, heç yerdə iş tapa bilməyən adamlar bura üz tutaraq günlük xərclərini çıxartır, evlərinə pul aparmaq şansları olur.

“Dözümlü Center” in iş şərti o qədərdə çətin deyildi. Müraciət edərək qeydiyyatdan keçirsən və səni döymələri üçün sıra gözləyirsən. “Dözümlü Center” iki cür qəbul həyata keçirir. Birinci “döyən” tərəf, ikinci isə “döyülən” tərəf. Əsəbi pozulan, dalaşmaq istəyən, birini döymək istəyən adamlar bura gələrək pul qarşılığında üzü gizlədilmiş şəxsləri döyür, rahatlayırdılar. Hər iki tərəf “Zal” a daxil olmazdan əvvəl sənədə imza ataraq baş verəcək xoşagəlməz hadisə üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiqləyirdilər. “Döyən” tərəf bəzi qaydalara riayət etməli idi- ürək hissəsinə, qarın boşluğuna və digər təhlükə daşıyan bölgələrə vurmaq qadağa idi. Qaydaları pozarsa əlavə cərimə ödəməli idi. “Döyülən”in üzü gizli olurdu. Onun etməli olduğu, qarşısındakı “Döyən”in hücumlarına tab gətirməli, ona müqavimət göstərməməli və onun söyüşlərinə boyun əyməli idi.

“Dözümlü Center”i cəmiyyətdə qəbul etməyənlər, onun insan şəxsiyəytinin alçamasına, insanların pul qazanmaqdan ötrü söyüşlərə, yumruq, təpiklərə dözməli idi. Bunu insandakı şəxsiyyətin itməsinə, köləlikin bir növünə aid edənlər belə var idi.

Çingizdə “Dözümlü Center” ə düşən gənclərdən birisi idi. Universitetinin üçüncü kursundan işə girmiş, universiteti bitirindən sonra ayrılaram, öz işimə keçərəm desə də, universiteti bitirəndən sonra diplomu olsa belə iş tapa bilmədiyindən “Dözümlü Center” də qalmağa məcbur qalmışdı. Oxuduğu ixtisas üzrə iş tapa bilməmiş, qəbul etdikləri yerlərdən isə ona təklif edilən pul ilə dolana bilməyəcəyini görüb, geri qayıtmışdı.

Çingiz dolu bədənli, dözümlü birisi idi. Onun bu vaxta qədər “Dözümlü Center” də qalmasına səbəbdə onun dözümlülüyü idi. Neçə nəfərin “döyülən” zamanda aldığı zərbədən xəstəxanalıq olduğunu hər kəs bilir. Çingiz necə dayanmalı, qida rejimini necə müəyyən etməli olduğunu öyrənmişdi. “Dözümlü Center” ə gələn “Döyən”lərin əksəriyyəti bizneslə məşğul olan adamlar idi. Əvvəllərdə bura gələn insanların sayı elə də çox deyildi, həm də yanlız əsəb xəstələri gəlsədə, sonradan bura pulu olan hər kəs gəlməyə başladı. Buranı çöldə-bayırda, məndə “Dözümlü Center” də adam döymüşəm demək üçün gələnlərin sayı da az deyildi.

Çingizin “Dözümlü Center” ə gəldiyini heç kəs bilməzdi, amma o bura gələn çox adamı tanıyırdı. Universitetindən, dostlarından, tanışlarından gələn, onu “döyən” neçə dostu var idi. Kənardan baxsan ondan heç nəyi ilə fərqlənmir, hətta həm bədəncə, həm xarakterik olaraq ondan çox aşağı idi, nə olsun, pulu var deyə onu döyməyə haqqı var idi.

Evliliyiyə olan həvəsi şəraiti olmadığından evlənmək haqqında düşünmürdü. Ailəsini şillə-təpik hesabıa dolandırmaq istəmirdi. Oxuduğu ixtisas üzrə isə iş tapmaq mümkün deyildi. Təhsilini fərqlənmə ilə bitirsədə iş üçün yaxınlaşanda ona bircə kəlmə deyirdilər: İşçi lazım deyil.

Dünya inkişaf edir, texnologiyanın son nailiyyətlərini əldə edərək insanlar üç günə gördükləri işi bir gün belə çəkmədən rahatlıqla görmək mümkündü, müəssisələrində on işçi ilə gördükləri işi bir işçi və bir avadanlıqla görür. Təbii ki, bu müəssisənin işinə yarayır, niyə də yaramasın, işçi işlətmədən əvvəlkindən də çox pul qazanır. Onun nəyinə gərək işçilər necə dolanır, necə yaşayır, necə yaşayacaq?!

Çingizin bərabər yaşadığı dostu Heydərdə nə işlədiyini deməsədə onunda “Dözümlü Center” də işlədiyindən şübhələnirdi. Bir-biriləri ilə iş barəsində heç zaman danışmamış, harda işlədiyi barədə soruşmamışdılar. Hər ikisi “Dözümlü Center” in işçiləri olduğlarıı bilir, amma utandığlarından bunu bildirməməyə çalışırdılar. Qazandığları puldan evin xərclərini bərabər şəkildə ayırdığdan sonra qalan pulu özlərinə xərcləyirdilər. Heydər özünə qalan pulun böyük hissəsini ailəsinə göndərdiyindən özünə çox da pul qalmırdı. Bir neçə dəfə pulu qurtardığından Çingizdən borc istəmişdi. Çingiz qəlbi açıq, vəziyyəti başa düşən birisi idi. Düşünmədən istədiyi pulu vermiş, nə qədər gec versən olar demişdi. Heydər Çingizdən fərqli olaraq ailəsi ilə əlaqəsini saxlayırdı. Bacısınun müalicəsini və dərmanalrını Heydər ödəyirdi deyə xərcidə çox idi. Çingiz onun ailəsini görməsədə Heydərin danışdığlarından təsəvvür yaratmışdı. Heydərin bacısının keçirtdiyi bir qəzadan sonra gözləri kor olmuşdu. Əməliyyat olunub görməsini bərpa edə bilərdi, əməliyyatı həm baha, həm də mümkünsüzə yaxın idi. Onun görməsi üçün puldan başqa gözlərini ona verəcək birisi də lazım idi. Heydər “Dözümlü Center” dən qazandığı pulla bacısının gözlərini aça bilməyəcəyini bilirdi. Bacısı ibtidai sinif müəllimliyi oxumuş, işlədiyi ilk ildə də qəza keçirtdiyindən işini buraxmalı olmuşdu. Peşəsini özü seçmiş və işini sevərək etsə də əngəllər onu sevdiyi işi görməkdən uzaqlaşdırmışdı. Gözünün açılmasını, təzədən uşaqların yanına gedib onlarla vaxt keçirtmək, onlara nəsə öyrətmək istəyirdi.

 

Heydər bacısının müalicəsi üçün ən son getdiydə həkim ona gözəl fürsətin yarandığını dedi. Gözünü aça bilməsi üçün köçürmə edə biləcək həkimin gələcəyini, az müddətdə də olsa burda qalacağını dedi. Xaricə gedəcəyindən iki dəfə ucuz başa gələcəyindən bu əlinə keçən əla fürsət idi. Nə edib pulu tapmalı, təbii ki, gözlərini verəcək birisini də tapmalı idi. Donorlər adətən, ölümündən əvvəl orqanlarını bağışlayan insanlardan götürülsə də, pulu çox olan imkanlı şəxslər önə keçərək götürürdülər.

Çingiz evdə Heydərin oturub nəsə fikirləşdiyini görür:

-Nə olub? Yaman fikirlisən.

-Heç, bacısımı fikirləşirəm, o dəfə həkimə getmişdim, mənə əməliyyatı edəcək həkimin bura gələcəyini, pulu hazır edəcəyim təqdirdə əməliyyatı edəcəyini dedi.

-Nə gözəl xəbərdi. Gözləri görəcək deməli.

-Xəbər gözəldi, pul olandan sonra.

-Nə qədər lazımdı ki?- Çingiz dedi.

-Çox, düşünə bilməyəcəyin qədər çox.

Çingiz biraz dayanıb  - əsas gözləri görəcək, pul tapılar. –dedi.

-Necə?

- Orasını bilmirəm, amma bir şey fikirləşərik. –birdən ağlına bir şey gəldi. Gülümsəyərək – sən narahat olma, tapacam o pulu sənə. –dedi.

-Çingiz, başa düşmürsən. Bu üç-beş manat deyil.

- Sən orasını dərd eləmə. Mənə iki gün vaxt ver.

-Başqa bir problemimiz daha var, gözünün görməsi üçün birdə donor lazımdı. Gözlərini ona verəcək birisi.

-Pulu tapaq ona da bir şey fikirləşərik.

Çingizin Heydərə verdiyi az bir ümiddən sonra biraz rahatlamışdı. Çüngizin beynində isə plan hazır idi. Uzunmüddətdir ki, fikirləşdiyi planı həyata keçirdəcəkdi. Əsl məqsədi intiqam almaq olsa da, indi gördüyü işdən xeyir görəcək birisi var idi. “Dözümlü Center” ə gələn pulu var deyə onu “Döyən” , alçaldan insanları tapıb öldürmək istəyirdi. Çoxunun ev ünvanını belə öyrənmişdi. İndi həm öldürəcək, həm də ki, pullarını alacaqdı. İlk başda ona kömək etməsi üçün Heydərə deməyi fikirləşsə də sonra bunu tək etmək qərarına gəldi. Heydərin qayğısına qaldığı bir ailəsi vardı. Çingizin isə heç kəsi yox idi. Əziyyətlə qazandığı diplomu belə onun işinə yaramırdı. Planı qurdu və birinci evə girmək üçün evin ətrafını gəzdi. Ən sadəsini birinci seçmişdi ki, bir şey olsa belə pulun böyük hissəsini Heydərə verə bilsin. Evə gizlincə girməy bacarır, üzündə “Dözümlü Center” də taxdığı maskası var idi. Bu dəfə “Döyülən” deyil, “Döyən” tərəf Çingiz idi. Onu döyən adamı görür. Kresloya uzanıb, yuxuya getmişdi. Gedib yanına çatanda təpiklə ayağından vuraraq oyadır. Qalxıb qabağında üzü maskalı adamı görəndə tir-tir əsir. Həmin gün şillə-təpik vuran sanki o deyildi. Qorxudan dovşan olub qalmışdı.

-Kimsən, sən?

-“Döyən”.

-Necə? Kim? Mən sizə nə eləmişəm?

- Məni döymüsüz, bədənimə vurduğunuz yerlərin ağrısı hələ də keçməyib.

Kişi ürəklənib cavab verdi:

-Qarşılığında da pulunu vermişəm.

- Pulun var deyə insanları alçalda bilməzsən.

-Məni döyəcəksən ya öldürəcəksən?

-Bütün pulunu ver –Çingiz dedi.

- Pulum yoxdu.

Çingiz əlində saxladığı bıçaqı onun böyrünə yaxınlaşdıranda başa düşdü ki, onunla tam ciddidi. – o, zaman öləcəksən.

-Yaxşı- deyib o biri otağa getdi. Çingizdə onun arxasıyca düşərək onu izlədi. Kassanı açıb kənara çəkildikdən sonra Çingiz bütün pulu orda olduğunundan əmin olan kimi bıçağı böyrünə vurdu. Ölmədi deyə düşünüb bunu bir neçə dəfə daha təkrarladı. Pulları götürüb iz buraxmadan evdən gizlincə çıxdı. Pulu təxmini sayır, on beş bağlamadan ibarət idi. Aparıb elə gecə vaxtı Heydəri qaldıraraq ona verir:

-Bu da pul.

Heydər gülümsəyərək soruşdu- Bu qədər pul sənə hardan?

-Nə edirsən? Tapmışam. Bəs edər bu?

-Sağol da, bu çox azdı.- Pulu sayıb, iki bu qədərdə lazımdı. Hətta üç.

Çingiz təəssüfləndi.

-Nə bilim, Ömrümdə bu qədər pulu bir ara da görməmişəm. Amma narahat olm, tapacam.

Heydər ciddiləşib soruşdu- Mənə doğruları de, pulu hardan tapmısan?

-Nə edirsən?! tapmışam, qalanını da bir-iki günə tapacam. Siz hazırlığınızı görün.

Heydər heçnə demədən susdu. Çingizin onun bacısı üçün çalışdığını görüb, özünü işə yaramaz birisi kimi təsəvvür edirdi.  O, da bacısı üçün bir şey edəcəkdi. Donor özü olacaqdı. Əvvəldə bunu fikirləşsə də sonra ailəsinə kim baxacaq deyə düşünürdü, indi isə ailəsinə sahib çıxacaq birisinin var olduğunu görüb bu qərarara gəlmişdi. Bacısı Fəridəni Çingizlə evləndirəcək, həm mənəvi məsuliyyətdən qurtulacaqdı, həm bacısı üçün bir şy etmiş olacaqdı. Təbii ki, Çingizin oğurluq etməsindən, ən sonda da özünü polisə təslim edəcəyindən xəbərsiz idi.

Çingiz siyashıda olan ardıcıl olaraq dördüncü evə girdikdən sonra Heydərin dediyi pulun hazır olduğunu, hətta özünə iş qura biləcək qədər pul qaldığını gördü. Pulun geri qalan hissəsini Heydərə verəcəkdi, özü üçün həyat qurar, daha yaxşı yaşayardılar. Artıq Çingiz üçün heçnə önəmli deyildi, bir həyat qurtarmaq ona hər şeydən üstün idi.

Bütün pulu gətirib Heydərə təqdim elədi. Ağlı donorün nə olduğunu kəsmədiyindən elə hesab edirdi ki, pul tapılandan sonra hər şey bitəcək.

Birlikdə xəstəxanaya gedib həkimlə danışırlar. Həkim vaxtında gəldiklərini əməliyyat üçün üç gün sonranın uyğun olduğunu dedi. O vaxta qədər gözlərini verəcək şəxsidə tapmaq lazım idi ki, yoxlasınlar köçürəcəkləri gözün uyğun olub-olmayacağını müəyyən etsinlər. Heydər özünü donor kimi götürməsini həkimə deyəndə Çingiz planının alt-üst olduğunu görüb, elə şey olmaz, sən verə bilməzsən. Mən verəcəm –dedi. Heydər razı olmadı, onsuz pul verərək öz üstünə düşəndən ardığını etmisən desədə Çingiz israrla həkimdən adını yazmasını xahiş elədi.

Çingiz həkimdən icazə alıb Heydərlə danışmaq istədiyini deyib, Heydəri çölə çıxartdı.

-Niyə edirsən? Niyə bu qədər israrlısan?- Heydər Çingizin bu hərəkətinə əsəbləşmişdi.

- Danışacam, amma söz ver ki, sonra mənimlə razı olacaqsan.

-Hələ bir de.

- Ən başdan danışım. Kimim- kimsəm yoxdu, olmayıb da. Güc-bəlayla universitetə qəbul oldum sonra da “Dözümlü Center” də işləməyə başladım. Ömrüm ancaq onun-bunun yumruq-təpiyi ilə keçib. Ən sonda plan qurdum ki, hamısından intiqam alım. Sonra sən gəldin və dedin ki, pul lazımdı.

- Yəni o pulları...?

-  Başa düşürsən, bu günə qədər döyülməkdən başqa işə yaramamışam. İlk dəfədir ki, birinə yaxşılıq etmək fürsəti əldə elədim. İlk dəfədir ki, işə yaradığımı hiss elədim. Burax işimi tamamlayım, onsuz axrım yoxdu, heç olmasa işə yarayım. Sən gözünü ver, məni polis tutsun bəs ailənə kim baxacaq?

-Sən. –Heydər dedi.

-Necə yəni, mən?

-Məndə plan qurmuşdum ki, mən gözlərimi Fəridəyə verəcəm, sonra səninlə evləndirəcəm. Beləcə həm bacımı güvəndiyim birisinə əmanət etmiş olacaqdım,həm də səninlə qohum olmuş olacaqdım. – Çingizin qoluna vurur.

-Yox, Sən qalıb ailənə baxacaqan.

O dedi-bu dedi, hər ikisi əlçəkməyəcəyini görüb belə bir razılığa gəldilər ki, ikisidə müraciət edəcəkdi. Həkim hansı birini məsləhət görərdisə o özünü qurban verəcəkdi. Heydər olacağı təqdirdə cinayətləri öz üstünə götürəcəkdi, amma Çingiz seçilərdisə Heydər qeyr-şərtsiz razı olacaqdı.

Hər ikisi yoxlanışa gedib, nəticələri gözlədilər. Heydər Çingizə baxıb onun fədakarlığını qiymətləndirirdi. Həkim gəldi:

-Nəticələr açıqlandı. Ən yaxşı nəticə qardaşında çıxıb. Qan uyğunluğuyla bağlı bütün nəticələr üst-üstə düşür.

-Ya mən? –Çingiz heyfslənirdi.

- Sizin nəticələr uyğun gəlmədi, risqi çoxdu.

Heydər əməliyyat üçün bacısını anasıyla bərabər gətirir. Bacısına açıb hər şeyi danışır və Çingizlə evlənəcəyini deyir. Fəridə razı olmasa da, Heydərin qəti fikirliliyi onu fikrindən döndərmədən əməliyyat otağına aparır.

Və əməliyyat baş tutur. Heydərin gözlərini bacısına köçürdürlər. Çingiz Heydərlə danışıb cinayəti üstü açılmayana qədər öz üstünə götürməməsini istəyəcəkdi. Əməliyyatın üstündən bir həftə keçmişdi, bacısı görməyə başlamışdı. Bu arada Çingiz evə gedəndən sonra bir məktub yazıb intihar eləmişdi. Məktubda törədilən hadisələrin hamısını öz üzərinə götürmüş, səbəb olaraq bacısının gözlərinin görməsi üçün pula ehtiyacı olduğunu və məcbur qaldığını yazmışdı. Polis biraz işin üstünü qurdalasa da sonra işi bağlamışdıla. Hadisənin əsasını isə iki nəfər- Fəridə və Çingiz bilirdi. Ən sonra Heydərin vəsiyyətini yerinə yetirmək düşürdü- Çingizin və Fəridənin evlənməsi. Fəridə görünüşcə Çingizin xoşuna gəlmişdi. Amma evliliyə Fəridənin heç xoş baxmadığı onun üzündən oxunurdu. Çingiz dözməyib ən sonda mövzunu açır:

-Mənim Heydərə verdiyim bir sözüm var, əgər səndə razısanas... evlənərdik.

Fəridə Çingizə baxıb biraz durduğdan sonra dedi:

-Mən bunu özümə edə bilmərəm, onsuz hər gözümü açıb-yumanda Heydər yadıma düşür, ağlayıram. Birdə səninlə evlənsəm... Dözmərəm, ölərəm. Başa düşürsən?

Çingiz susdu.

Kurtkasının cibindən Heydərə verdiyi puldan geri qalan hisəssini çıxartıb hamısını Fəridəyə verdi.

-Bu Heydərin puludu, səninlə evlənəcəm deyə mənə vermişdi. –dedi.

-Mən hər şeyi bilirəm, o pul sənindi. Özünə həyat qur, lazım deyil.

-Yox, sənindi- deyib pulları əlinə sıxışdırdı.

Ordan ayrılıb nə etməli olduğu barəsində fikirləşdi. “Dözümlü Center”ə davam edib “Döyülən” olub, ən sonra “öldürən”mi olacaqdı ya çıxıb harasa gedəcəkdi. Amma hara?

Ən yaxşısını üstünə düşən vəzifəni yerinə yetirmək idi. Polisə gedərək cinayətləri və oğurluğları özünün etdiyini etiraf edir, cinayət alətinidə göstərdikdən  və Heydərin etdiklərini izah etdikdən sonra həbs edilir. Dörd nəfərin ölümü və oğurluq etdiyindən onu həbsxanaya göndərirlər. Ömrünün bundan sonraki on səkkiz ilini orda keçirdəcəkdi.

Bu “Dözümlü Center” qurbanlarından birinin (daha doğrusu ikisinin) həyatı idi. Bəs başqa “Döyülən”lər necə olur? Kim bilir, bəlkə onlarında başlarına nələr, nələr gəlib.