Səməd Şıxı-İkinci həyat

I

 

Salminin zamansız sancısı hər kəsi təşvişə salmışdı. Salmini doğum üçün içəri almalarından xeyli vaxt keçmişdi. Hər kəs qorxu içərisində qapının açılmasını gözləyirdi. Əməliyyat otağından isə heç kəs çıxmaq bilmirdi. Navərin gözü qapıda qalmışdı. Həyat yoldaşını və övladının sağ-sağlam görmək arzusu ilə dua edirdi.

Gözlədikləri həkim sonun da özünü göstərdi. Üzündə təbəssüm var idi. Xəbərlərin xoş olduğu üzündən hiss olunurdu. Uğurlu bir doğum olduğunu və sağlam bir oğlunun olduğunu dedi.

Övladlarının adını Qarsa qoydular, ananın və uşağın tam sağlam olduğunu təsdiqləyib evə getmələrində heç bir təhlükənin olmadığını müəyyənləşdirib onları buraxdılar. Uşağın az ağlaması həkimdə biraz şübhə yaratsa da analizlərdən heç bir nəticə almadığından valideynlərini qorxutmaq istəmədi. Həftədə bir dəfə yoxlanışa gətirin-deyərək nəzarətdə saxlamaq qərarına gəldi. Havanın soyuq olacağı təqdirdə, ya xəstələnəcəyi təqdirdə xəbər etmələrini, onlara həkim göndərəcəyini də dedikdən sonra evə yolladı.

Evə gəldiklərində axşam olmuşdu. Qarsa isə öz sakitliyi ilə hər kəsi təəccübləndirirdi. Salmin uşağın sakit olmasını ciddiyə almayıb, nadinc olmadığını desə də Navərin anası başqa səbəbin olmasından qorxurdu. Nə qədər həkim yoxlayıb heç bir şeyi yoxdur desələr də yenə həkimə zəng eləyib soruşduqdan və nəzarətdə olduğunu, hələlik heç bir təhlükənin olmadığını öyrəndikdən sonra biraz rahatladılar. Gecə hər kəs yatağına uzanıb yatmışdı. Qarsanın sakitliyindən qorxub yatağını yanında qoymuşdular.

Gecənin bir yarısı Hüna gözünü açıb ətrafa baxmağa başladı. Harda olduğunu, necə bura gəldiyini düşünməyə başladı. Doğrulub ətrafa göz gəzdirdi. Yatağda uzanan yad qadın və kişinin kim olduğunu, özünün niyə balaca bir uşaq beşiyində yatdığını başa düşmürdü. Sanki hər kəs böyümüş və div boyda olmuşdu. Yuxuda olduğunu düşünüb özünü ayıltmağa çalışsa da bunun bir yuxu olmadığını başa düşdükdən sonra nə etməli olduğunu düşünməyə başladı. Bunlar kim idi? Burda nə edirdi? Onu niyə uşaq kimi geyindirib uşaq beşiyinə qoymuşdular? Hər kəs böyümüşdümü, yoxsa omu balacalaşmışdı?

Düşünüb başına ən son nə gəldiyini xatırlamağa çalışdı. Yorfa ilə sözləri çəp düşmüşdü. Sözləşib əlbəyaxa olduğlarını xatırladı. Yorfa onun əvvəl dostu sonra isə rəqibi olmuş tanışı idi. Qarsanın (Hünanın) əvvəlki yaşamında onunla bərabər qurduğları tikinti şirkətinin sonradan parçalanması nəticəsində ikisinin də rəqib olduğunu və işlərini sözlə həll edə bilmədikləri zaman gücə çevirdiklərini də xatırladı. Ən sonunda da Yorfa ilə mübahisəsindən sonra onu vurmaq istəyərkən kiminsə onu vurduğunu xatırladı. Ya sonra nə oldu? Ordan bura necə gəlmişdi.

Hüna ali təhsil almış, dünya görüşlü birisi idi. Qazandığı uğuru hər kəs gücü ilə qazandı desə də, o ağlı və bacarığı ilə qazandığını deyərdi.

Yatağında yorulduğunu hiss edib uzanıb nələr olduğunu başa düşməyə çalışırdı. Ağlına birdən öldükdən sonra başqa bədəndə dirilməsi gəlsə də belə şeylərə çox da inanmadığından bunu mümkünsüz saydı.

Qadının qalxıb ona baxmağa gəldiyini görüb səssizcə onu izləməyə başladı.

-Qalxmısan, sən? Bəs niyə ağlayıb qaldırmamısan?- deyərək Hünanı qucağına alıb qorxu içərisində köks ötürdü.

Hüna qadının təlaşlanmamağı üçün ağlamağa çalışsa da biraz sonra gülmək tutdu. Satmin oğlunun ağlayıb sonra da güldüyünü görüb niyə belə elədiyini başa düşməyə çalışırdı. Sonra özü də qoşulub onunla bərabər gülməyə başladı.

Hüna danışıb qadının özü haqqında nəsə demək istəsə də anası rolunu oynayan qadının qorxacasını düşünüb fikrindən döndü. Nə edəcəyi barəsində hələ də düşünürdü. Qadının getməyəcəyini görüb özünü yuxuluğua vurdu, biraz keçəndən sonra qadının yavaş-yavaş onu yatağına uzadıb yanından aralaşdığını gördü. Yerinə uzanıb yatdığından əmin olduğdan sonra qalxıb yavaşca atasının telefonunu götürüb otağdan çıxdı. Telefonun belə ağır olduğunu hələ hiss etməmişdi. Ekrana rəqəm yığa bilmirdi. Güc bəla ilə nömrəni yığıb Müzfiyə zəng elədi. Müzfi onun köməkçisi idi. Olanları ən yaxşı o izah edə bilərdi ancaq.

Biraz çağırandan sonra dəstəyi götürdü. Qarsa ətrafa baxaraq kimsənin gəlmədiyindən əmin olandan sonra alçaq səslə cavab verdi:
-Müzfi, sənsən?

-Hə,  kim idi danışan?

-Mənəm, Hüna.

-Hüna bəy? Siz sağsınız?

-Onu mən də hələ bilmirəm, sən hardasan?

- Siz öləndən sonra, şey yəni sizi vurandan sonra qaçıb gizləndim.

-Yaxşı eləmisən, indi mən dediyim ünvana gəl məni götür.

-Siz hardasınız?

Qarsa ətrafa baxıb harda olduğunu dəqiqləşdirmək istəsə də bu barədə heç bir fikri yox idi. Ətrafa göz gəzdirib evin ünvanının olduğu bir sənəd axtarmağa başladı. Masanın kənarında bir sənət var idi, orda evin ünvanını Müzfiyə oxudu. Səssiz gəlməsini və qapını döyməməsini tapşırdı. Qapıya çatanda ona mesaj atmasını istədi. Otağın qapısını açıb ana və atasının yatdığını gördü. Hardasa on beş-iyirmi dəqiqə sonra Müzfidən mesaj gəldi. Mesajı bildirməmək üçün silib telefonu yerinə qoydu. Yavaş addımlarla gedib qapını açmağa çalışsa da boyu çatmadı. Nə edəcəyini düşündü. Stol sürüyüb ayağının altına qoymaq istəsə də buna gücü çatmırdı. Həm səsə kiminsə qalxmasından qorxurdu. Sonunda qapını güclə də olsa qapıya biraz yaxınlaşdırıb gec də olsa qapını açdı. Müzfi bürünərək özünü küncə verib dayanmışdı. Şefinin qapını açacağını düşündüyü halda körpə bir uşağın qapını açması onu təəccübləndirmişdi.

-Nə mal kimi baxırsan, səssizcə içəri keç.

-Sən kimsən? Necə... Kim... – sözlər ağzında dolanıb dururdu.

-Qarsayam, nə olduğunu mən də bilmirəm amma bu dəqiq mənəm və səs çıxartmadan gir içəri.

-Mən gedirəm, bu nə oyundu oynayırsız? –getmək istəyəndə Qarsa ona ikisindən başqa heç kimin bilmədiyi şeyləri danışdı.

Səssizcə içəri keçib qapının yanında dayanır.

-Hüna hardadı?

-Mənəm də, nə uzadırsan?

-Mənim gördüyüm körpə uşaqdı, Hüna yox.

- O tərəfi mənə də maraqlıdı, amma cavabını bilmirəm. –Nəysə səs çıxartma, atam və anam oyanacaq.

-Atan və anan?

Cavab onun özünə də gülməli gəlmişdi.

-Ən son mənimlə bağlı nə xatırlayırsan?

-Səni vurdular, onlar çıxıb gedəndən sonra səni gizlincə ordan çıxartıb dəfn elədik. Amma mən yoxlamışdım, sənin nəbzin atmırdı. Qəbrdən kim çıxartdı səni?

-Səncə qəbrdən çıxana oxşayıram?

Biraz baxıb, başı ilə nç elədi.

-Bu hala necə düşdüyümü bilmirəm amma tək bildiyim gözümü belə açmağımdı və indi çıxıb gedəcik.

-Hara?

-Evimə.

-Şef, bu halda səni qaçırtsam məni uşaq oğurluğundan içəri alarlar, tutulanda gerçəyi desəm də məni dəlixanaya atacaqlar.

-Nə edəcəm bəs?

-Böyüyün.

-Mənimlə məzələnmə! –Müzfini vurmaq istəsə də əli ağrıdı.

-Gülmə!- deyə səsini qaldırsa da, sonra alçaldıb danışdı.

-Getdik deyək, nə edəcik? Bu halda nə eləyəcəksiniz?

Düşündüyündə Müzfinin haqlı  olduğunu gördü, başqa çarəsi yox idi. Ona verilmiş bu ikinci həyatı başdan yaşamaq məcburiyyətində idi. Müzfinin telefonunu alıb özünə təzə telefon tapmasını tapşırdı. Lazım olduğunda özü zəng edib çağıracaqdı.

 

II

Hüna nə edəcəyini bilmədiyindən Navərlə Satminin uşağı olaraq böyüməyə razı olur. İlk başlarda sıxıcı gəlsə də onların onunla mehriban davranması xoşuna gəlir. Satminin ona doğmalığı anasını xatırladır. Anasının onu sığallaması, ona göstərdiyi qayığıları Satminlə təzədən yaşamağa başlamışdı. Böyüdükcə Navərlə dostlaşmağa başlamışdı da. Navərin də ona bağlı olması, hər şeyini onunla bölüşməyə çalışması təzdən uşağlıq yaşaması üçün gözəl bir şəraitə çevrilmişdi. Artıq bu həyatın dadını çıxartmağa başlamışdı. Uşaqlığından xatırladığı dumanlı xatirələr yaşadığca yenilənir və bu dəfə hər birini ağlı kəsərək edirdi deyə daha əyləncəli gəlirdi.

Ata dediyi şəxsin özündən yaşca balaca olduğunu biləndən sonra isə gülməyə başlamışdı. Atasının nəyə gülürsən sualına nə cavab verəcəyini bilmədiyindən şəkildə gülməli çıxmısan demişdi.

Navərə görə Qarsa çox ağıllı uşaq idi. Yaşından çox böyük birisi idi və hər şeyi bilirdi. Digər uşaqlar kimi hər şeyi soruşub, bu nədir deməz, hər şey üçün ağlamazdı deyə Qarsa onun gözündə gələcəyin dahisi rolunu oynayırdı. Haqqında danışmadığları şeyləri belə bilməsi, bəzən fikrindən çıxıb kitabda ya TV- də nəyisə oxuması atasında və anasında bunu hardan bilir? -şokunu yaşadırdı.

Məktəb həyatı onun üçün biraz sıxıcı gəlmişdi. Ondan fərqli olaraq gerçək uşaqlarla dolu bir sinif sıxırdı onu. Müzfini tez-tez çağırıb görüşür, söhbət edir, nələr olduğunu öyrənməyə çalışırdı.

Beşinci sinifə qədər sinifdən heç kəslə yaxın ünsiyyət qurmadı. Sinifdə hər kəs ondan çəkinərdi. Müəllimin verdiyi ev tapşırığlarını eləməz, niyə eləməməmisən? –sualına isə bilirəm və bildiyim şeyləri etməkdən zəhləm gedir deyər, müəllimin lövhəyə qaldırıb verdiyi ən çətin suallara belə həll etmədən cavab verməsi müəllimin də gözündə dahi görünüşü yaratmışdı. Bəzən tənəffüsdə sinif yoldaşlarının əlində xoşuna gələn bir şeyi görər və onu istəyərdi, məsələ uşağın boyun qaçırıb verməkdən imtina etməsi halında başlayardı. Uşağı peşman edənə qədər döyər, əlindən alıb digərlərinə də ibrət olsun deyə hər kəsin gözü qabağında yox edərdi. Sabahısı gün mütləq ya Novər, ya da Satmin məktəbə şikayətə görə gəlməli idi. Uşaqlarının belə şiddətə meyilli olmalarını başa düşə bilmirdi. Nə ailə daxili şiddətlərinin olmadığını, nə də ona şiddət təbliğ edən filmlər izlətmədiklərini müəllimə başa salsalar da müəllim onun şiddətə meyilli olmasını evlə bağlı olduğunu deyirdi. İkinci sinifdən yazıldığı şahmat sinfində fərqlənməsi də onun seçildiyini göstərirdi. Hüna olduğu zamandan şahmatı sevməsi və tez-tez oynaması Qarsa olaraq da davam etməkdə idi. Bəzən şahmat müəlliminin belə onunla bacarmaması onun necə belə gözəl oyun oynamasını düşündürürdü. Üçüncü sinifdə nəki sinifdə məktəbdə onunla bacaran şahmatçı yox idi. Onu beynəlxalq yarışlara göndərirdilər. Məktəblərini təmsil elədiyindən məktəb rəhbərliyi də buna maraq göstərirdi. Bəzən özünü Qarsa olduğunu unudub Hüna kimi davranaraq hər kəslə kobud danışması, əmrlər verməsi insanları ondan uzaqlaşdırsa da heçnə olmamış kimi davranması onu rahatladırdı.

Beşinci sinifdən özündən böyük uşaqlarla söhbət etməyə, onlarla fırlanmağa başlaması özünü Hünaya qaytarırdı. Balaca idi deyə onunla lağ edib uzaqlaşdırmaq istəyənləri isə döyüb axmaq olduğlarını deyirdi. Atasının işi ilə bağlı məktəb dəyişməsi ən çox onu xoşbəxt etmişdi.

Altıncı sinifdən getdiyi təzə məktəbin uşaqları ilə qaynayıb qarışmağı bacarmış, daha əvvəlki hadisələri törətməyirdi. Səbəbin başqa bir şey olduğunu desək yalan olmazdı. Təzə sinifdən tanış olduğu Sunya adlı qız onu özünə təmiz bağlamışdı. Hər gün onunla söhbət edər, hər şeyini onunla bölüb, onunla zaman keçirdərdi. Bəzən onu sevdiyini düşünsə də onun qızı yaşında olan birisini sevməsi onu alçaltsa da sonra özünün də uşaq olduğunu görüb sakitləşirdi. –Nə olursa olsun, Mən Hünayam, uşaq ola bilərəm amma yaşım çoxdu. Uşaq bədənində olmağım bəlkə çox şeyi dəyişməyəcək, çox yaşamayacam bəlkə də.

Hadisələr isə elə gətirmişdi ki, ondan uzaqlaşmaq əvəzinə daha da yaxınlaşırdı. Siniflərində Vedin adında bir uşaq var idi. Məktəb həyətində kənardan Sunyanı izləyərkən Vedinin yaxınlaşıb Sunya ilə nəsə danışdığını, sonra Sunyanın getmək istəyərkən Vedinin qolundan tutub sıxması Qarsanı yenidən Hünaya çevirmiş, yaxınlaşıb Vedini itələyərək uzaqlaşmasını istəməsindən sonra məktəbin həyətində müəllimlərinin onları ayırana qədər dalaşması ilə davam etmişdi. Vedinlə Qarsanın Sunyadan ötrü dalaşması sinifdəki hər kəsin dilində idi. Qarsanın sağ əli ilə oturtduğu yumuruğun izi bir ay Vedinin üzündən getmədi. Anası məktəbə gəlib oğlunu vuran oğlanı axtarsa da, müəllimi onu sakitləşdirməyi bacarmışdı. Bu hadisədən sonra Qarsa ilə Sunyanın yaxınlığı bağlılığa çevrilmişdi. Qarsanın qorxusundan Vedin daha Sunyanı narahat eləmir, tənəffüslərdə isə Qarsa otağda qalardısa çölə çıxar, çölə çıxardısa sinifdə qalardı.

Sunya gülərüz qız idi. İri gözləri, şabalıdı uzun saçları var idi. Həyəcanlanarkən gözlərini bərəldərdi. Gözlərindən saçılan işıq daha çox özünü biruzə verər, Hünanı yenidən Qarsaya qaytarardı.

Bəzən məktəbin bir küncündə məktəbə gizlin girmiş Müzfi ilə söhbət elədiyini görüb onun təhlükəli adama oxşadığını, ondan uzaq durmasını istəyərdi. Müzfi əllərində olan son pulu işə yatırmış və qazanmışdı. Əvvəlki sərvətlərini qazana bilməsə də güclərini bərpa etmək yolunda irəliləyirdilər. Müzfinin Hünaya bağlılığı isə Hünanı qürurlandırmışdı. Başqası olsa pulları götürüb aradan çıxar, işləri özü edər, heç ona da deməzdi. Balaca uşaq durub ona nə edəcəkdi ki, guya? Amma o buna baxmayaraq şefinə sadiq qalmış, ona xəyanət etməmişdi.

Sunyanı ağlatmışdı deyə hətta bir dəfəsində Müzfiyə müəlliminə yaxşı dərs verməsini tapşırmışdı. Sabahsı gün məktəbdə hər kəs müəllimin döyüldüyünü və ayağının sındığından danışırdı. Polislər bu işi ciddi araşdırmış, hətta Sunyanın ailəsini də dindirsə də heç bir şey tapa bilməmişdi. Müəllimin dərsə gəldiyində Sunyaya atdığı baxış ilk ondan şübhələndiyini göstərirdi. Hüna söz atıb Sunyanın günahsız olduğunu desə də, mənim düşmənim yoxdu, olmayıb da ki, kimsə gəlib mənə belə şey eləsin deyərək özündən çıxmışdı.

Qarsanın şahmat və boksla məşğul olduğundan onu tez-tez yarışlara göndərirdilər. Dərsə davamiyyət göstərməməsi isə onu maraqlandırmayırdı. Novər və Satmin dərslərindən çox başqa işlərlə məşğul olduğunu görsələr də, onu nəyəsə məcbur etmək istəmirdilər. Nə sevirdisə onunla məşğul olsun deyərək sıxma-boğmaya salmazdılar. Üzərindən illər keçməsinə baxmayaraq Vedinin Sunyaya  olan məhəbbəti bitməmiş, tam tərsi bir prinsipə çevrilmişdi. Qarsa ilə dalaşmaqdan ötrü idmana getmiş, onu təkləyib döyməyə çalışmışsa da yenə bacara bilməmişdi. Ya tək, ya da Müzfinin köməyə gəlməsi ilə ikisi tərəfindən özü ilə bərabər gətirdiyi dostları ilə bərabər döyülmüşdülər. Bu prinsip doqquzuncu sinifə qədər davam etmiş, doqquzuncu sinifdə Vedinin dərs çıxışı Sunyanı kənara sıxışdırıb Qarsadan ayrılmayacağı təqdirdə onu öldürdəcəyini, onu sevirsənsə ondan uzaq dur deməsinin Qarsaya çatması və onunda şəxsən özü  tərəfindən gecəylə Vedini öldürməsi ilə nəticələnmişdi. Sabahısı gün müəllim dərsə gəlib uşaqlara Vedinin gecə öldürüldüyünü demişdi. Sunya xaric hər kəs bunun kim tərəfindən törədildiyini düşünürdü. Sunyanın ağlına Qarsa gəlsə də onun belə bir şey edəbiləcəyindən əmin deyildi. Dərs çıxışı onu Qarsanı kənara çəkib dedi:

-Vedini kim öldürdü?

-Mən hardan bilim. –deyib getmək istəsə də Sunya qabağını kəsdi.

- Mənə düzünü de. Onu sənin öldürdüyünü bilirəm, gəlib mənə səni öldürəcəyimi dedi deyə öldürdün.

-Bilirsənsə niyə soruşursan?

-Polis bilsə nə olacaq?

-Polis bilməyəcək. O qədər axmaq deyiləm ki, iz buraxım.

-Buna çox da əmin olma. – həyəcandan bir yerdə dura bilmirdi. –onu necə öldürdün?

-Polis yüz ildə araşdırsa onu mənim öldürdüyümü bilməyəcək. Amma yaxşıdı bu mövzu açıldı, ürək edib sənə həqiqətləri danışmaq zamanı gəldiyini düşünürdüm.

-Nə həqiqəti?

-Həm sonra bir təklif də edəcəm sənə.

-Nə danışırsan? Nədir onlar?

Hüna dərindən nəfəs alıb davam elədi:

-Mən sənin bildiyin kimi Qarsa deyiləm. Əsl adım Hünadır. Bu bədəndə dünyaya gəlməmişdən bir həftə əvvəl Yarfa adlı düşmənim tərəfindən öldürülmüşdüm. Sonra özümü körpə bir uşaq bədənində tapdım, ondan bəri də Qarsa deyə yaşama davam eləmişəm.

Sunya gülümsəyib dedi:

-Bu hekayə ilə cinayəti unutdura biləcəyini düşünürsən? –“cinayət” sözünü çox alçaq səslə deyirdi.

-Tam tərsi, hər şeyi bilməyini istəyirəm. Sən mənim iki həyatda qazandığım tək şeysən. Səndən nəsə gizlətmək istəmirəm. Səndən ötrü hər şey edərəm, birini öldürməyi belə.

Sunya əli ilə Qarsanın ağzını sıxıb susmasını istədi.

-Yalan deyirsən, sənə inanmıram.

-Müəlimin səni ağlatdığı günün sabahısı döyülməyi yadındadı?

-Hə.-deyib biraz dayandığdan sonra – onu da sən eləmişdin?- gözlərini təəccüblə yekəltdi.

-Mən yox, onu Müzfi eləmişdi. Müzfi adamımdı, səndən sonra istədiyim tək şəxsdi.

-Bu dediklərinə inanmağımı gözləmirsən hər hal da.

-Mən heç vaxt sənə yalan deməmişəm.

-Dedin! –deyib dayandı, heç biri nəsə demək istəmirdi. Sunya davam edərək- Etirafdan sonra təklif edəcəm deyirdin, o nə idi?

-Mən artıq köhnə həyatıma dönmək istəyirəm. Böyüməyi gözləyirdim, böyümüşəm artıq. Gedəcəm. Amma istəyirəm sən də mənimlə bərabər gedəsən.

-Hara?

-Bizə heç kəsin qarışmayacağı bir həyata. Öz həyatımızı qurarıq.

-Ya yenə ölsən?

-Başqa bədəndə yenə dirilərəm.

Gülümsədilər.

Sunya nə deyəcəyini bilmirdi. Sevdiyi insanın doğru belə dediyindən əmin deyildi, amma onun tək getməyinə razı deyildi. Onunla getmək istəyirdi.

-Gedərəm amma bir şərtim var.

-Nə şərti?

-Əvvəlki həyatınla bağlı hər şeyi silib atacaqsan, özmüzə təzə həyat quracıq.

Qarsa susdu.

-Mənimlə bərabər olmaq istəmirsən demək.

-Yaxşı, razıyam.

-Bəs hara gedəcik? Necə yaşayacıq?

-Evlərim, iş yerlərim, çoxlu pullarım var.

-Hardan? Əvvəlki həyatından?

-Hə.- Narahat olma, hər şey çox gözəl olacaq.

 

 

 

III

Qarsa evə gəlib ailəsinə gedəcəyini dedi. Onlara gerçəkləri desə də inanmadıyıb, onlarla zarafatlaşdığını düşünürdülər.

Uşağlığından hər şeyi gördüyünü, tez danışmağa başlamasını, digər uşaqlardan fərqlənməsini desə də onun fərqli olduğunu bildiklərini deyib dururdular. Komputeri açıb Hüna haqqında xəbəri açıb onların qarşısına qoydu.

-Baxın, bu mənim ölüm xəbərimdi və bundan bir həftə sonra sizin uşağınız olur. Necə olduğunu bilmirəm amma mən özümü o bədəndə tapıram.

Satmin- sənə nə etmişik bizdən qaçırsan?- deyərək ağlamağa başladı.

Anasının ağlaması Qarsanı üzmüşdü.

-Heçnə etməmisiniz, öz atam, anam qədər çox istəyirəm sizi. Onların belə mənə etmədiyini siz etdiniz. Sizin sayənizdə uşaqlığımı doyunca yaşadım. Amma mən sizin övladınız Qarsa deyiləm.

Ortalığa sükut çökdü.

-Məktəbdə bir uşağı da öldürmüşəm.

-Getmə, qal. Sənin işinə qarışmarıq, nə istəsən edərsən. Tərk etmə bizi-Satminin gözlərindən hələ də yaş axırdı.

-Getməyə məcburam, bu yaşa qədər məni böyütdüyünüz, sevginizi verdiyiniz üçün təşəkkür edirəm. Hər şeyə görə sağolun. –deyərək gözləri dolmuş halda evdən çıxıb həyətdə onu gözləyən Müzfinin maşınına minərək uzaqaşdı.

Axşam olmasını gözləyib Sunyanın evinin qabağında onun çıxmağını gözlədilər. Gecə hər kəs yatdığdan sonra o da çıxıb maşına minərək uzaqlaşdılar. Şəhərdə izlərini təmiz itirdikdən sonra qaçıb şəhərdən kənarda gizlin yerlərinə gizləndilər. Gecəni Sunya qorxu içərisində, doğrumu edirəm düşüncəsi ilə yaxşı yata bilməmişdi. Səhər Müzfi şəhərə gedib həm nə olur deyə xəbər almaq üçün, həm də yeməyə bir-iki şey almaq üçün getmişdi. Getdiyindən heç bir saat keçməmişdi alınacağların yarısını almadan həyəcanlı bir şəkildə qayıdıb gəlmişdi.

Novərin gedib polisə hər şeyi dediyini, Sunyanın qaçırdanın da, Vedini öldürənin də oğlunun olduğunu demişdi. Şəhərin hər yerində onları axtarırdılar. Sunya xəbəri eşidəndən sonra daha çox qorxmağa başlamış, nə edəcəklərini bilmədiyindən ağlamağa başlamışdı. Atam əsəbi adamdı, mənim qaçdığımı bilsə axtarıb tapacaq məni. –deyərək gec də olsa ayılmışdı. Hüna nə qədər tapa bilməz, tapsa belə onu buraxmayacağını desə də, atamı tanımırsan, o tapar, təhlükəli adamdı o deyərək -əsirdi.

Ailəsinin Vedini öldürdüyünü polisə deməsini gözləmirdi. İndi yalnız qızla qaçdığına görə deyil, həm də cinayətkar kimi axtarılırdı.

 

IV

Müzfi tutulacağları təqdirdə hər şeyi öz üzərinə götürəcəyini, onları güclə qaçırtdığnı, Vedini də özü öldürdüyünü etiraf edəcəyini desə də Hüna razı olmur. Sunyanın içindəki qorxu isə hələ keçməmişdi. Hələ də atasının hər an gəlib onları tapacağını, Qarsanı həbsə atacağlarını düşünürdü.

 İki gün sonra Müzfi qaçaraq gəlib polislərin yaxınlaşdığını dedi. Qorxduğları başlarına gəlmişdi. Nə edəcəklərini düşünürdülər. Qaçmaq üçün gec idi, amma təslim olmaq da istəmirdilər. Təslim olacağları təqdir də ikisini həbsə, Sunyanı isə evə dustaq edəcəkdilər.

-Nə edirik?- Müzfi əmrini gözlədiyi şefinə baxırdı.

-Təslim olmuruq.

Polis gəlib evdən çıxmalarını desə də Müzfinin açdığı atəşdən sonra onlar da qarşılıq verdilər. Qarşılığlı atışmada Müzfi qolundan,  Hüna isə qaçarkən kürəyindən yaralandı. Ambulans çağırıb xəstəxanaya çatdırsalar da uşaq bədəni mərmiyə güc gələ bilmədi. Müzfi hüngül yaradan qurtulsa da Hüna dünyaya Qarsa olaraq da göz yumdu. İkinci həyatını da bitirmişdi.

Sunyanın atası hadisədən sonra qızını evə aparıb evdən çölə çıxmayacağını demişdi. Dediyi kimi də bir aya yaxın evdən çölə çıxmasına icazə vermədi. Bir aydan sonra nəzarətdə saxlayaraq məktəbə aparıb evə gətirirdi. Müzfinin yarası sağaldığdan sonra məhkəmə qarşısına çıxartılıb ordan da həbsxanaya göndərilmişdi. Hər ikisinin gözlədiyi bir şey var idi. Hünanın yenə bir bədəndə diriləcəyini və gəlib onları qurtaracağına əmin idilər. Və bu günün gələcəyi günə qədər onu gözləməyə davam edəcəkdilər.