Səməd Şıxı - Çılpaq dünya

Dünya çılpaqdı,

biz onu bəzəyib, geyindirmişik.

 

Necə gün idi ki, yağış dayanmaq bilməyirdi. Yağışın yağması bəzi insanları xoşbəxt etdiyi kimi, bəzi insanların işlərinə əngəl olmuşdu və heç xoş qarşılanmamışdı. Bəzilərinin isə başları o qədər qarışıq idi ki, yağışı fikirləşmək ağıllarına belə gəlməmişdi. Bunlardan biri Səlimli ailəsi idi. Ailəyə yeni qoşulacaq fərdin gəlişini gözləyir, həyəcandan az qala olarda ana ilə bərabər doğum edəcəkdilər. İlk övlad və ilk nəvə həyəcanı bütün ailəni həkimin doğuş həyata keçdi sözü ilə sevincə bürüdü. Bir oğlan uşağı dünyaya gəlmişdi. Həkim uşağın tam sağlam olduğunu, heç bir problemin olmadığını, sağlamlığının yerində olmasını dedikdən sonra üstlərindəki bütün suallar qalxmış, geriyə sadəcə sevinc qalmışdı. Uşağın adını Yasəd qoyurlar. Adın fərqliliyi və qəribəliliyi çoxunda təəccüb yaratsada hər kəs adı bəyənmişdi. Adı kimi gələcəkdə fərqli bir şəxs olacağını, fərqlənəcəyini düşünürdülər.

Yaş artdığca bu fərqliliklər ortaya çıxmağa başlayır. Yaşının ilk illərində Yasəd üçün heç bir qəribəlik olmasa da, illər keçdikcə bu qəribəlik Yasəddə sual doğurmağa başlayır. Özündə olan qəribəliyin fərqində deyildi. Necədə ola bilərdi?! Dünyaya elə gəlmiş və bunun əslində gördüyü kimi deyil, dünya heçdə çılpaq deyil deyən olmamışdı. Bəlkə də həqiqət Yasədin gördüyü kimi idi. Çılpaq, heç birimizin əynində heçnə yox idi.

Ilk dəfə fərqliliyinə yeddi yaşında varmışdı. Anasına niyə mənim toxunduğum paltarları geyinə bilirəm amma onları görə bilmirəm – demişdi. Anası təbii ki, onun nə dediyini anlamamış, uşaq olduğunu düşünərək öz dünyasında nəyisə xəyal etdiyini düşünmüşdü. Anasının hansı paltarı geyinmək istədiyini soruşanda isə paltarın nə işə yaradığını soruşmuş anasıda ona bədənimizi örtür və bizi soyuqdan qoruyur demişdi. Yasəd biraz durub bədənimizi örtür? Sualını düşündü.

-Bədənimizi necə örtür ki?

- Əgər paltar geyinməsəydik çılpaq görünərdik, bədənimizi hamı görərdi. Paltar geyinərək bədənimizi gizlədirik.

-Amma mən hamısını görürəm.

Anası gülərək –necə yəni görürəm. gördüyümüz sadəcə qollarımız ayaqlarımız və başımızdı.

-Xeyr, mən hamının bütün bədənini görürəm.

- Necə yəni? Sən mənim bədənimi görürsən?

- Hə.

- Yəni mənim əynimdə heç bir paltar yoxdu?

- Yox.

Anası oğlunun dediklərindən heçnə anlamayırdı. Necə yəni bədəninin hər yerini görürdü. Bəlkə onu çılpaq halda görmüşdü və indi də elə təsəvvür edirdi?!

-Tək məni görürsən yoxsa hamını elə görürsən?

- Hamını. Atanı, səni...

- Mən nə rəng paltar geyinmişəm?

- Əynində heçnə görmürəm, axı.

Anası yenə oğlunun onunla oyun oynadığını düşünürdü lakin dedikləri onu əsəbləşdirirdi.

Yasədin özündəki fərqliliyi anlaması isə şəkil albomunu vərəqləyərkən baş verdi. Albomda hər kəsin əynində fərqli bir paltarın olduğunu görməsi, özünündə geyindiyi paltardan heç kəsdə görməməsi özündə yaranmış bu suala cavab tapa bilməyirdi. Necə yəni mən bunları onların əyinlərində niyə görmürəm sualına nə atası nə də anası ciddi yanaşmır, onunla oyun oynadığlarını düşünürdülər.

Məktəbdə yoldaşları ilə münasibəti isə heç xoş deyildi. Özündə yaranmış bu düşüncə onu hər kəsdən uzaq tuturdu.  Yasədin məktəb günləridə özünə qapanmağı və dostları ilə ünsiyyət qurmamağı ilə müəlliminində diqqətini çəkmişdi. Anası ilə görüşündə Yasədin ünsiyyətcil olmadığını, özünə qapanıb başını aşağı salaraq gəzməsini, heç kəsə baxmamasını anasına deməsi anasını ayıltmışdı. Oğlunun hər dəfəsində ona verdiyi sualların mənasız olmadığını anlamışdı. Məktəb çıxışı evə gedəndən sonra Yasədə - müəllimin dostlarınla oynamadığını, tək oturduğunu dedi. Niyə onlarla oynamırsan? Sənə nəsə ediblər?

-Yox, heçnə etməyiblər.

- O, zaman onlardan niyə qaçırsan? Onlarla söhbət elə, oyun  oyna.

Yasəd nəsə demək istəsədə anasının əvvəldə onun dediklərini dinləməyib əsəbləşdiyinə görə susdu. Axşam otağına atası gəlib yanında əyləşdi.

-Yasəd, neyləyirsən?

- Dərs edirəm.

Atası kitabı əlinə alıb riyaziyyatdan misallara baxıb – kömək lazım deyil? –soruşdu.

-Yox, özüm edə bilirəm.

- Dərsi qoy kənara, biraz söhbət edək.

Yasəd atasına tərəf fırlandı.

-Məktəbdə səninlə pis davranırlar?

Yasəd mövzunu başa düşdü.

-Yox, heç kim mənimlə pis davranmır.

- İstəyirsənsə məktəbi dəyişək. Başqa məktəbə getmək istəyirsən?

- İstəmirəm.

- Nə olduğunu atanada deməyəcəksən?

Siyirməni aralayıb üçünün olduğu şəkili çıxartıb atasına göstərdi. –bax.

Atası şəkili əlinə alıb baxıb orda nəyin fərqli olduğunu, onu narahat edən nəyin fotoda olduğunu anlamağa çalışdı. Şəkil evlərində qonaq otağında böyük kresloda əyləşilərək çəkilmişdi.

-Baxdım. Nə var ki, burada?

-Nə görürsən?- Yasəd soruşdu.

-Səni, ananı birdə özümü.

- Mən isə orda hamınızın əyinində paltar görürəm amma belə heç kimin əynində paltar görmürəm.

- Necə yəni?

- Şəkildə hamınızın əyinində paltar var...

- Burda qəribə nə var ki? Hamımızın əynində paltar olmalıdı.

Yasəd əsəbdən ağlayacaqdı. – Amma mən heç kimin əynində paltar görmürəm.

-İndi mənim əynimdə paltar görmürsən?

- Yox.

-Bu necə ola bilər, axı? Sən ciddisən?

Yasəd başı ilə təsdiq elədi.

Atası olanlardan heçnə anlamamışdı. Yasədi bir psixoloqa göstərmək qərarına gəlirlər. Dərsdən sonra anası Yasədi götürərək danışdıqları psixoloqun yanına aparırlar. Yasədi otağına alaraq tək söhbət edəcəyini deyib anasını gözləməsi üçün digər gözləmə otağına buyurur.

Psixoloq atası ilə söhbət etmiş, atası mövzunu ona demişdi. Olanları psixoloq belə qəribə qarşılamış, bunun mümkün olub-olmamasını öz-özündə düşünmüş, araşdırma aparmışdı. Dünyada belə bir şey olmamışdı. Bu xəyalı gerçəkləşdirməyə çalışmaq istəyən olsa da bunu bacaran hələ heç kəs olmamışdı. Yasədlə söhbət psixoloq üçündə maraqlı idi. Elmə keçəcək bir hadisədə onun araşdırması, onun izi olacaqdı.
Söhbətin hər incə ayrıntısını izləyir, Yasədin dediklərini dinləyir, qəribə suallar verərək dediklərinin həqiqətmi yoxsa onun uydurması olmasımı olduğunu öyrənmək istəyirdi. Yasəddən onun bədənində hansı hissəsində nəyin olduğunu soruşur düzgün cavab verməsindən sonra qeyd aparıb özünü onun yerində təsəvvür etməyə başlayırdı.

-Özünü başqasına baxarkən necə hiss edirsən?

- Hansı hisslər keçirirsən?

- Fərqli gördüyünü nə zaman anladın?

- Bu xoşuna gedirmi?

- Utanırsanmı? – kimi suallarları verib tam araşdırma aparmağa çalışırdı. Yasədlə tez-tez görüşüb söhbət etməkdən ötrü qiyməti çox az dedi bəzi görüşlərdən isə heç pul götürməyəcəyini dedi.

Psixoloq onun haqqında araşdırma aparmasına ailəsini razı salsa da ictimaiyyətə açılmasını istəmədiklərindən onun haqqında heç kəs məlumat almadı. Tez-tez yanına gedir, müxtəlif yaşlarda yaşadığı düşüncələri, yanaşmaları öyrənirdi.

Yasəd isə böyüyərkən özünə daha çox qapanır, ətrafındakılara, ailəsinə baxmağa utanırdı. Dostlarından onun xəstəliyini öyrənənlər onunla məzələnir, bəzən maraqla ona yaxınlaşıb həqiqətən belə olduğunu, belə necə yaşadığını, nə hiss keçirdiyini soruşurdular. Gülərək sənin yerində olmaq istəyərdik deyirdilər. Qızları necə gördüyünü, onlarıdamı çılpaq gördüyünü maraq və ağızlarının suyu axaraq soruşur ona paxıllıq edirdilər. Yasəd xəstəliyinin xoş tərəfini yaşamaq istəsədə yaşaya bilməyirdi. Bəzənsə özündən iyrənirdi. Məktəbdə qızlara ya müəllimə baxarkən uşaqların gəlib ona sataşması, ya qızların onunla məzlənməsi onu bütün yoldaşlarından uzaqlaşdırmışdı. Tək istədiyi məktəbi tez bir zamanda bitirib onlardan canını qurtarmaq idi. Tək qurtula bilməyəcəyi şey isə gözləri idi. Nə qədər ki, bu gözlər onda idi, nə qədər ki, görürdü o hələ də çəkinəcək, ətrafından qaçacaqdı.

Bir dəfəsində xoşlandığı qıza uzun-uzadı baxdığı üçün hamı gülüb lağ elədiyindən qızda utanaraq ona gəlib şillə vurmuşdu. Evdə anası onu çağırarkən belə üzünü çevirir, ona tərəf baxmamağa çalışırdı. Ona görə fərqli heçnə yox idi, amma hamının ondan özünü gizlətməyə çalışması onda utanğaclıq yaradırdı. Dostları inanmıram, o necə olur, elə şeydəmi olar deyə məzələnəndə bədənlərində olan müxtəlif ləkələri, ya izləri deyəndən sonra inanır, Yasədin fərqli biri olduğunu qəbul edirdilər.

Məktəbi bitirdikdən sonra universitetə getmək istəməsədə atası və anasının təziqi ilə imtahan vermişdi. Psixoloqu isə yenə mütəmadi əlaqə saxlayır, onunla söhbət edir, məsləhətlər verirdi. Universitetə razı salınmağında onunla rolu böyük idi.

-Universitetdə necə edəcəm? –orda da eyni şeylərlə qarşılaşacam.

- Heç kəsə bildirmə. Normal davran. Başa düşürəm, bəzi hisslər keçirirsən amma bunu onlara bildirmə.

Yasəd onun dediklərini eləyərək heçnə olmamış kimi davranmağa çalışdı. Universitetində onu tanıyan heç kimin olmaması onu biraz rahatlatmışdı amma yenə də yaşadığı hisslər onu özündən çıxarır, istər kişilərlə istərsə də kişilərlə söhbət edərkən başını aşağı salırdı. Üzümə bax deyərkən belə başını onun gözünə zilləyirdi.

Birinci kursun əvvəli hər şey yaxşı olsa da sonuna yaxın məktəb həyatı başlamağa başladı. Bu dəfə isə fərqli olaraq onun gözünə görə deyil, onun utanğaclığına görə sataşırdılar. Qızlardan utandığını deyərək lağ edir, oğlanlar isə onun bu çəkingənliyindən qurtulmaq üçün məsləhətlər verirdilər.

Ikinci kursda tanımış olduğu Niri adlı bir qıza vurulur. Yaxınlıq etdiyi ilk qız idi. Psixoloquna Niridən danışır, həyatında ilk dəfə bir qadına baxarkən fərqli hiss keçirdiyini deyirdi. – ona baxarkən nə hiss edirsən?

-Sevgi ilə bürünmüş birisini. Məni özünə bağlayan başqa şeydi.

Bu bağlılıq bir müddət sonra həqiqi məhəbbətlə onları birləşdirir. Niri Yasəddə olan xasiyyəti bir müddət sonra dözməyib deyir. Kənardan çox gülməli görsəndiyini, bu xasiyyətini tərgizməsini istəyir. Yasəd gerçəkləri Niriyə deməyin vaxtı olduğunu düşünür.

-Sənə özüm haqqımda bir gerçəyi demək istəyirəm. Bu gerçək mənim niyə belə olduğumu, insanlardan niyə qaçdığımı cavablandıracaq.

- Eşidirəm.

- Mənim gözlərim fərqlidi. Adı belə qoyulmayan bir xəstəliyim var.

- Necə yəni? Gözünlə bağlıdı?

- Mən insanları fərqli görürəm. Yəni sən mənə baxarkən nə görürsənsə mən onu tamamilə çılpaq bir şəkildə görürəm.

- Açıq danışsan. Necə yəni çılpaq? Hissiyyat kimi? Necə birisi olduğunu görürsən və ona görə insanlardan iyrənib qaçırsan?

- Tamamilə elə deyil, mən insanları tamamilə çılpaq şəkildə görürəm. Məsələ sənin əynində heç bir paltar olmadan görürəm.

Niri bu cavabdan biraz incimiş, sözünün iyrənc bir şəkil aldığını düşünmüşdü.

-Bilirəm inanılmaz kimi görsənsə də belədi. İnsanlara buna görə baxa bilmirəm. Utanmaq və bəzəndə iyrənmək məni kənardan gülünc şəkildə göstərir.

- Sən ciddisən?

- Hə. Məktəbimdə bunu bilənlər var idi deyə mənimlə məzələnir, mənə lağ edirdilər. Universitetə qəbul olduğdan sonra bunu gizlədib heç kimlə paylaşmadım. Ilk sənə deyirəm.

Niri Yasədin dediklərini qəbullana bilmirdi. Yasəd bunu anlayıb dərs çıxışı onu psixoloqunun yanına aparır. Üçlü halda söhbət eləyirlər. Psixoloq Yasədin vəziyyətini danışıb, onun üzərində aparmış olduğu neçə illik araşdırmanı ona göstərdi. Niri sevgilisinə baxaraq olanları anlamağa çalışırdı. Dünyanı çılpaq görmək? Bu necə ola bilərdi axı?!

Vəziyyəti Niriyə qəbul elədəndən sonra Yasədin qısqanclıqlarla başı bəlaya düşür. Yanından keçən hər qadına baxmağında Niri ona niyə baxdığını deyərək mübahisələr yaradır bəzən bu mübahisələri uzadırdı. Yasəd Nirinin bu qısqanclığlarına bəzən dözməsədə onsuz edə bilməyəcəyini anladıqdan sonra barışmaq üçün dil tökürdü. Uzun müddət Nirinin qısqanclığı səngimədi. Yavaş-yavaş Yasədi anlamağa başlayır, onun necədə ona bağlı olduğunu görüb qısqanclıq etməməyə, ən azından bunu ona bildirməməyə çalışırdı.

 

***

Yasədin ad gününü qeyd etmək üçün əvvəlcədən plan qursalarda Niri ad gününün axşamı planı dəyişdirdiyini, ad gününü Nirinin evində qeyd edəcəklərini deyir. Yasəd necə yəni evdə, evdəkilər nə deyəcək? Onlardamı olacaq? - dedi.

-Yox, evdə heç kim olmayacaq, rahat ol.

Niri hər şeyi mən hazır edəcəm sən sadəcə gəl- dedi. –zarafatla birdə -heç kəsə baxmadan deyərək Yasədə sataşdı.

Günorta saat iki olardı. Niri hazırlıqları görmüş, Yasədin gəlməyini gözləyirdi. Ailəsi rayona getdiyindən evdə o və bacısı qalmışdı. Bacısını da göndərməyə razı salıb göndərmişdi. Bir gün ev tamamilə boş olacaqdı.

Qapı döyülür. Niri qaçaraq qapını açıb, qarşısında Yasədi görüb içəri dəvət edir. Qapını bağladıqdan sonra qucaqlayıb öpərək bir daha ad gününü təbrik edir. Otağa keçirlər, Nirinin onun üçün hazırladığı süfrəni və bəzəkləri görüb sevinir. Sevgilisini qucaqlayaraq keçirtdiyi ən gözəl ad günü olduğunu deyir.

Birlikdə yemək yeyir, söhbət edirlər. Yasəd məktəb zamanı xoşlandığı qıza baxdığı üçün ona sillə vuran qızı xatırlayır. Ona da belə uzun-uzun baxdığı üçün əsəbləşmişdi. Amma Niri əsəbləşməyirdi hətta xoşuna belə gəlirdi. Bəzən o da ona qoşularaq Yasədə baxır, kəlmə belə kəsməyirdilər. Yemək qurtardığdan sonra Nirinin hazırladığı böyük olmayan ortaboy torta düzdükləri şamları üflədikdən sonra kresloda əyləşdilər. Niri ayağa qalxaraq tərpənməməsini, birazdan gələcəyini deyərək dəhlizdən burulub gözdən itdi. Bir neçə dəqiqə sonra gəlib gülümsəyərək onun qarşısında dayanıb:

-Tap görüm mən nə geyinmişəm.

- Məzələnirsən mənlə? Nə bilim nə geyinmisən?

-Təxmin elə.

Yubka?

-Yox.

- Bilmirəm. Bu mövzuda danışmağı sevmədiyimi bilirsən. – üzündəki təbəssüm yox olmağa başladı.

Niri ona yaxınlaşıb öpdü. – Bu dəfə həqiqətləri görürsən. – dedi.

Yasəd əlini Nirinin belinə vuranda Nirinin bədənindəki istiliyi əllərində hiss elədi.

-Sən...

- Bu gecə sadəcə BİZik.

Birlikdə getdikləri Nirinin yatağından saatlarca çıxmadılar. Sevgi və ehtiras ilk dəfə idi ki, Yasədi bürümüş və buna nail olmuşdu. Olanların bir yuxu olduğunu düşünür, Niriyə çatdırmadan qolundan atdığı cimciyin ağrısından yuxu olmadığını görür.

Yataqda uzanaraq söhbət edirlər. Heç birinin tərpənəsi halı yox idi.

-Başqasına baxarkən nə hiss keçirirsən?

- Necə yəni?

- Yənisi bütün qadınları çılpaq görürsən olmur ki, onlara qarşı nəsə hiss keçirməyəsən.

- Təkcə qadınları deyil, həm də kişiləri.

Gülərək o qədərdə deyil də, amma nə bilim qəribədi.

-Məndən asılı bir şey deyil bu. Mən heç kəsə o gözlə baxmıram, sadəcə o gözlə görünürlər mənə.

- Səhv anlamada, bəs evdə ya yaxın bildiyin bir qohumuna baxarkən onlar ya sən nə edirsiz?

- Dünyaya belə gəlmişəm, gözüm görəndən belə görmüşəm deyə çoxda fərqli bir aləm yoxdu. Mən sadəcə mənə qarşı olan agresiyyadan sonra özümə qapanıram. Yoxsa ehtirasdan deyil. Utandığımdan, hər kəsin məndən qaçmasından. Əslində mən qaçmıram başqaları mənə görünməmək üçün qaçırlar.

- Özün dedin axı onlar sənin elə olduğunu bilirlər.

- Bildiklərinə görə qaçırlar. Onların əsl üzlərini görərəm deyə qorxurlar. Bədəni gizləmək asandı, paltarları kəşf etmişik və bunu gizlədirik. Amma gizlədə bilmədiyimiz əsl çılpağlığlarımız  var.

- Qəribə bir insana vurulduğumu bilirəm amma bundan xoşbəxtəm. Mən sənin içini görürəm. Qəlbini bilirəm.

 

***

Universiteti bitirdikdən sonra Yasədlə Niri evlənirlər. Yasədin utanğaclığla necə biri ilə sevgili olmağı bacarması, onunla evlənməsi hər kəsdə təəccüb yaratmışdı. Nirinidə Yasədlə yaxınlıq etməsinə görə qınayırdılar. Yasəd kimi bir oğlanla niyə sevgili oldun? Özünüdə onunla bərabər gülünc hala salırsan deyərək qızlar onu qınayır, ona da gülürdülər. Niri isə onları dinləməyərək Yasədlə xoşbəxt olduğunu, bundan başqa heçnəyin onları maraqlandırmağını deyirdi.

Evliliklərindən iki il sonra Niri hamilə qalır. Hər kəsin beynində yaranmış bir sual var idi. Uşaq Yasəd kimi biri olacaqdı ya normal görəcəkdimi? Hamiləliyindən doqquz ay keçir və Nirini doğum üçün xəstəxanaya aparırlar. Atası Yasədin həyəcanla gözlədiyini görüb ona yaxınlaşır.

-Tam iyirmi yeddi il əvvəl bu qapının arxasında bizdə sənin gəlməyini gözləyirdik. – dedi.

Yasəd gülümsəyib gözünü qapıya zillədi. Həkim çıxaraq gözü ilə Yasədi gəzib ona yaxınlaşdı. Üzü gülümsəyirdi.

-Nə oldu? Oldu uşaq?

- Hə. Sağlam bir oğlunuz oldu.

- Niri o da yaxşıdı?

- Bəli. Anada uşaqda sağlamdı. Birazdan palataya alacağıq, görə biləcəksiz.

Hər kəsi isə maraqlandıran tək bir sual idi. Hansı gözlə dünyaya gəlmişdi. Həkim onu deməyi unutmuşdu.

 

Biz dünyaya gələrkən ağlayırıq. Hansı birimiz ağlamamışıq ki?! Axı niyə deyə bir düşünmüsünüzmü? Ağrıdanmı ya dünyanı istədiyimiz kimi görmədiyimizdənmi? Paltarlarla gizlətdiyimiz yerlərlə bütün eyblərimizin gizləndiyini düşünürük, amma əsl eyblərimizin ortalığda çıl-çılpaq qaldığından xəbərsizik. Onları örtəcək heç bir paltarımız ya örtüyümüz yoxdu.