Səməd Şıxı - Qərar
Min bir əzabla danışmağa razı saldığı naşirlə görüş yenə nəticəsiz alındı. Camalın səylərinə baxmayaraq naşir kitabın bir nüsxəsini alaraq Camalı yola saldı. Nə qədər üstünə düşsə də, bundan artıq heçnə edə bilməyəcəm, oxunacaq bəyənilərsə sizinlə əlaqə saxlanılacaq- dedi. Bu Camalın başına gələn ilk hadisə deyildi deyə nəticəni təxminən bilirdi. Ürəyində oxumadan kənara atırlar, bəlkə mən tapıntıyam amma görmürlər deyə düşünür sonra bəlkə də oxuyub bəyənmirlər –deyə düşündü. –Bəlkə də düz deyirlər, yazarlığı buraxmalıyam.
Telefonunu çıxartıb Mətanətə zəng edir. Mətanət Camalla eyni universitetdə oxumuş, oxuduğları zamandan da sevgili olmuşdular. Universiteti bitirdikdən sonra evlənmək istəsələr də həm Mətanətin atasının qarşı durması, həm Camalın evlənməyə hazır olmaması evliliyi uzadırdı. Camalın kitablarında gördüyü gələcək ondan başqa heç kimə inandırıcı gəlmirdi, hətta həyatını paylaşmağı düşündüyü Mətanətə belə. Hər dəfə görüşdüklərində get düz-əməlli bir işə gir, yoxsa atam bizim evlənməyimizə razı olmayacaq deyə deyinir, Camalı yola gətirməyə çalışırdı. Camal isə iqtisadiyyat üzrə oxusa da işləmək istəməyirdi. Özünü kostyumun içində, masanın arxasında oturarraq təsəvvür edə bilmirdi. Bütün günü eyni işi görmək, eyni saatda qalxıb, eyni saatda işə gedib eyni işi gördükdən sonra yorğun bir halda evə gəlmək onun qurduğu bir xəyal deyil. Sevdiyi işi görmək istəyirdi.
-Alo, Mətanət, hardasan? – Mətanətin dəstəyi götürdüyünü eşitdi.
- İşdəyəm, bir saat yarıma çıxacam. Hardasan?
- Şəhərdəyəm, dedim vaxtın varsa görüşərdik.
- Çıxışda həmişə görüşdüyümüz kafeyə gedəcəm ora gələrsən.
- Yaxşı. –deyərək dəstəyi asdı.
Mətanət özəl şirkətlərin birində işə girsə də aldığı maaş heç yol xərcini qarşılamırdı. Evlərindən də Camalın səninlə evlənməyə fikri yoxdu,fikri olsaydı işə girər toy edərdi, səni də aldatmazdı- deyərək hər gün narahat edirdilər. Mətanət də evdən yığıb Camala deyəndə bircə nəşriyyat işi alınsa deyən kimi Mətanət əsəbləşərək- nəşriyyat... nəşriyyat. Çox gözləyərsən. Alındı deyək, satdığın üç-beş kitabdan qazandığın elə üç-beş manatla evlənəcik, ya evlənib yaşayacıq? Gözləyərək ki, kitab satasan çörək alaq, yemək yeyək. Sənə yazma deyən yoxdu, amma işləməlisən. – deyə qışqırırdı üstünə.
Camal kefsiz bir şəkildə kafedə keçib əyləşib Mətanətin gəlməyini gözlədi. Mətanət gələnə qədər bir stəkan çay sifariş verib fikrə daldı. Mətanət gələnə qədər də elə hey nə etməli olduğunu düşündü. Mətanət gəlib kefsiz bir şəkildə qarşısında oturur.
-Necəsən?
-Yaxşıyam, sən necəsən?
- Cavab gəlsə yaxşı olacam.
-Yenə nəşriyyata getmişdin?
-Hə.
-Nə dedilər sənin möhtəşəm əsərlərinə?
-Bu mövzuda zarafat edilməsini sevmədiuimi bilirsən.
-Zarafat eləmirəm. Atamdan sənə bir mesaj gətirmişəm.
-Nə mesajı? –Camal gülümsəyərək soruşdu.
-Sənə iki ay vaxt verib, iki qədər toy üçün hazırlığlara başladıq, başladıq, başlamasaq bizi ayıracaq məni də Gürcüstana dayımın yanına göndərəcək.
- Hara tələsirik, axı?
-Sənə güvənmirlər. Mənimlə vaxt keçirtdiyini, evlənmək fikrinin olmadığını düşünürlər.
-Ya sən?
-Mən? Bilmirəm. Camal, səni sevirəm. Bu qədər vaxtı yanında olmağımın tək səbəbi də sevgimdi. Sevgimə, sevgimizə görə.
- Neyləməyimi istəyirsiz, axı?
- İş tap, pul qazan.
- Pulll....
- Fəlsəfəyə girişib başımı şişirmə, pul əl çirki deyil, ər çirkidisə də burax əlimiz çirkdən çıxmasın. Başa düş, yaşamaq üçün o kağız parçasına ehtiyacımız var. Evlənməliyik, sonra yaşamalıyıq, uşağlarımız olacaq onlara baxmalıyıq və bunları sözlə deyil pulla etməliyik. Fəlsəfə qarın doyurmur.
- ...
-İki ay vaxtın var, bu sözü atam dedi deyə demirəm mənim sözümdü.
***
-Başqa heçnə demədən qalxdı, getdi. Daha nə desin, bombanı çəkdi qoydu qucağıma. – Camal qarşısında oturduğu dostu Müşfiqə baxırdı. Üzündən mənə kömək elə- deyə yazığ sifəti almışdı.
-Bir yöndən düz deyir, sənə yazma deyən yoxdu ki. Heç kim qələmini sənin əlindən ala bilməz. Nə zaman istəsən yazarsan; işdən sonra, tətil günləri. Həm biraz pul yığıb kitablarını öz hesabına çap elətdir.
-Özümü kostyumun içində, boğazımada zənciri taxaraq komputer qarşısında təsəvvür edə bilmirəm. İstədiyim həyat bu deyil.
-Guya kim istədiyi həyatı tam yaşaya bilir ki?! Hər şey istədiyimiz kimi olsaydı müharibələr olmazdı, banklar olmazdı, küçələri zibil basar təmizləməyə adam tapılmazdı.
-Bank dedin yadıma düşdü. Dayım işlədiyi banka çağırıb məni. Anama deyib, nə vaxt istəsə işə düzəltməyə hazıram deyə. Mənə də demişdi, işləməyəcəm deyəndən sonra daha demir mənə. Maaşı da pis deyil, zamanla artıracaqmış da.
-Sən məni dinlə. Sona xalaya de dayına razı olduğunu desin. Get işlə, evlən. Zamanla biraz pul yığ, özünü tut sonra istədiyin qədər, ömrünün sonunacan kitablarını yaz. İnan evlənəndən sonra nə kitab yazmağa həvəsin qalacaq, nə də marağın. O işə qaç, bunu elə, uşaq olacaq onla vaxt keçir deyərkən bir də görəcəksən ki, gəlmisən yetmişinə. Ondan sonra da əlin qələm tutarsa, komputerə yaxınlaşa bilərsənsə yazarsan.
-Bu həyatı istəmirəm. Qorxduğum elə də budu. Həyatımda baş verəcək dəyişikliklərə görə yazarlığımdan imtina etmək istəmirəm. Standart həyat ssenarisini yaşamaq istəmirəm.
- O zaman da evlənmə! Məni səhv başa düşməyini istəmirəm, amma özünlə bərabər Mətanəti də aldadırsan. Heç olmasa onun hissləri ilə oynama. Görürsən ki, səni necə sevir.
-Bilirəm- Camal dostu Müşfiqin sözünü kəsərək dediklərini təsdiqlədi.
-Bilirsənsənsə niyə oynayırsan? İstəmirsənsə tutma, getsin xoşbəxt olsun. Xoşbəxt edə bilmirsənsə xoşbəxt olması üçün nəsə elə.
-Off, Müşfiq. Sən də qarışıq beynimi təmiz qarışdırırsan.
-Yaxşı-yaxşı fikirləş, qərarını ver. Bundan sonra ki, həyatını bu qərar bəlirləyəcək.
Camal Müşfiqlə sağollaşıb evə gəlir. Anasına heçnə demədən keçib otağında əyləşir. Otağının hər bir tərəfində kitablar var idi. Masası da komputerdən və vərəqlərdən ibarət idi. Keçib masada əyləşərək vərəqlərinə baxır. Masanın bir küncündə Mətanətin ona hədiyyə elədiyi qələmi görür, ad günündə Camala hədiyyə eləmişdi.
-Yaman dərdlisən.
- Hə. Heçnə. – anasının səsləndiyini eşitdiyini düşünüb qapıya baxsa da heç kəsi görmür.
-Deyəsən, başımı itirirəm.
-Nədi, yoxsa qələmin danışdığına inanmırsan?
Əyilib onunla danışanın qələm olduğunnu görüb – sən idin danışan?
-Hə, nədi ola bilməz?
- Mən sənin yalnız yazmaq üçün işə yaradığını bilirdim, danışa bildiyindən xəbərim yox idi.
-Mən də sənin yazmağa həvəsli olduğunu bilirdim, işləməyə yox.
-Başqa çarəm varmı ki?
- Orasını sən biləcəksən, mən yox.
-Çıxılmazdayam nə edəcəyimi bilmirəm.
- Mənə heç də çıxılmazdasan kimi gəlmir.
-Neyləyim?
-Neyləyə bilərsən?
- Deyəsən, onlar düz deyirlər. Yazmağı buraxıb normal bir işə girməliyəm. Bu qədər vaxt özümü yazaram deyə aldatmağım bəsdi. Onlar mənim yaxşılığımı istəyirlər, mən isə onları görməməzlikdən gələrək öz bildiyimi edirəm.
-Qələmini sındırmalarına icazə verəcəksən, yəni?
- Niyə elə düşünürsən? Müşfiq düz deyir də. İşləyərəkdə yaza bilərəm. Bütün günü işləməyəcək deyiləm ki, həm kitab yazmağla iş bitmir. Onu nəşr eləmək də lazımdı. Özüm işləyəcəm, topladığım pulla da öz kitablarımı nəşr edəcəm. Heç kəsə də mənim kitabımı nəşr elə deyə minnət eləmərəm.
-Özünü itirəndən sonra təzdən özünü tapmaq mümkün olmaya bilər.
Camal qələmində fikrini qarışdırmasından qorxub, daha danışmasın deyə siyirməni açaraq içinə qoydu.
Otağdan çıxaraq anasının yanına yollanıb Ramiz dayının təklifini qəbul etdiyini deyir. Anası sevincdən Camalı qucaqlayıb, ağıllanacağını bilirdim deyərək zarafata salıb gülümsəyir. Sona xanım Camalın yanında qardaşına zəng edərək oğlunun işləmək istədiyini deyir, -sabah saat 11:00 da onu ofisdə gözləyəcəm, gəlsin. – sözünü eşidən kimi ananın sevinci ikiyə qatlanır. Camalın isə üzündə saxla gülüşdən başqa heçnə yox idi.
Camal sabah tezdən qalxaraq dayısının dediyi saatda ofisində olur. Dayısının onun üçün hazır elədiyi rahat iş və yüksək maaş onu heç də həyəcanlandırmamışdı. Biraz işlədikdən sonra daha yaxşı vəzifəyə keçə biləcəyi dedi. Ramiz Camalı çox istədiyindən onun rahat olması üçün əlindən gələni edirdi. Onun üçün hazırladığı iş də çətin deyildi. Səhər 9-da başlayacaq, axşam 6- da qurtaracaqdı. İki gün sonra gəlməsini və işə başlamasını tapşırıb yola saldı. Telefonda anası ilə danışdığdan sonra bu xəbərə sevinəcək ikinci şəxslə də danışmaq qərarına gəldi, görüşüb sevinəcəyi xəbəri ona vermək istəyirdi. Öz xoşbəxtliyini qurban verdiyi şəxslərin xoşbəxtliyi onu az da olsa xoşbəxt edirdimi, bunu bəlkə Camalın özü də bilmirdi. Nə hiss keçirirdi? İşə girəcəkdi və evlənə biləcəkdi. Sevdiyi qadın yanında olacaqdı, ona dəstək olacaqdı. Olacaqdı? Yalandan yazılarını oxuyurmuş kimi görünsə də Mətanət heç vaxt onun yazdığları ilə maraqlanmamışdı. Camal hər dəfəsində özünü aldadaraq ona göndərsə də, evə gedib oxuyacam, həftənin axrı olsun oxuyacam deyərək bir-iki qısa hekayəsindən başqa heç bir hekayəsini oxuyub qurtarmamışdı.
-Alo, Mətanət, işdəsən?
-Hə, nəsə olub?
- Sənə xəbərim var. İş çıxışı görüşək?
-Yaxşı, xəbər edəcəm. – deyərək telefonu söndürdü.
Səs tonundan da hiss olunduğu kimi Camala qarşı olan hirsi hələ soyumamışdı.
Mətanətin işdən çıxmağına çox vardı deyə Müşfiqlə görüşüb işi qəbul elədiyini ona dedi. Müşfiq təsəlli verərək belə yaxşı olacağını, biraz işlədikdən sonra özündə doğru qərar aldığını görəcəksən deyərək motivasiya verirdi. Mətanətin işdən çıxma saatında metronun çıxışında gözlədi. Keçən dəfə ki, qırışmalarından sonra kafeyə getməyə üzü yox idi. Mətanət metronun qapısından çıxıb Camalı axtarıb yanına yaxınlaşdı.
-Eşidirəm.
-Sağol, mən də yaxşıyam.
Mətanət gülümsəyərək –yorğunam, üzrlü say – dedi.
-Kefini açacaq bir xəbərim var.
- Nədi, yoxsa nəşriyyat kitabını qəbul edib?
-İşə girirəm. – olan biraz kefi vardısa o da Mətanətin sayəsində qaçdı.
Amma bu dəfə də Mətanətin kefi artdı. Gözləri parıldayaraq eşitdiyi xəbərin doğruluğunu təsdiqləmək üçün təkrar soruşdu?
-Doğurdan? Harda? Necə?
- Dayımın işlədiyi bankda işləyəcəm. Neçə vaxtdı təklif eləmişdi, dünən qəbul elədim. İki gün sonra işə başlayacam, maaşı da yaxşıdı. Dayım biraz işlədikdən sonra daha yaxşı vəzifəyə qoyacağını dedi. Hələlik işləyib həm ortamı tanımağımı, həm təcrübə toplamağımı istədi.
-Əsas işə girdin, qalanı yalandı.
Mətanətin ağzı qulaqlarına çatacaqdı. İki dəqiqə əvvəl ki, qaş-qabağlı Mətanət getmiş yerinə dünyalara sahib olmuş bir Mətanət gəlmişdi. Sevinci o qədər çox idi ki, özünü tuta bilməyib küçənin ortasında Camalın boynuna atlayıb qolları arasında sıxdı.
Camalın dünəndən bəri ilk səmimi gülüşü üzündə görüldü.
-Səni sevirəm.
-Mən də səni.
-Sənin sonun da doğru qərar verəcəyinə əmin idim.
-Qərarımın düz olduğuna bir də özümü inandıra bilsəm.
***
Camalın işə girməsindən bir ay sonra Mətanətin ailəsi ilə görüşülüb Camalın biraz işləməsindən keçdiyindən sonra toy üçün gün təyin etmək istədiklərini dedi. Camalın atasının ölümündən sonra Ramiz dayısı atalıq edirdi, toyun xərcini də öz üzərinə götürmüşdü. Mətanətin atasının Camalın işə girdiyindən sonra ona qarşı olan fikri də dəyişmişdi. Ramizin şirin dili də işə girəndən sonra xoşluqla razılaşdı.
Camalın işə girərkən özünə verdiyi ara da yazacam sözü hələ də söz olaraq qalmışdı. İlk başlarda ayrılığa öyrəşsin deyə özü yazmasa da sonradan təmiz yaddan çıxartmışdı. Heç masası olan tərəfə də gedib eləmirdi. Adətən, qeydlərini aparması üçün yanında gəzdirdiyi cib-dəftərinə indi yalnız işlə bağlı qeydlər aparırdı. Telefonunu belə iş zamanı icazə vermədiklərindən nadirən görərdi. Özünü robot kimi hiss edirdi. Kimsə necəsən?- deyə soruşanda da, robot kimiyəm cavabını verirdi. Pul yığıb kitablarımı nəşr edərəm sözünü də toy hazırlığı görürdü deyə sonraya atmağa məcbur qalmışdı. İçində balaca da olsa bir ümid vardı. Dözdüyü bu əzabların nə zamansa bitəcəyini, yenə masasının arxasına keçib hekayələrini, kitablarını yazacağını xəyal edirdi.
Toy günü gəlir çatır, dayısının toyu üzərinə götürəcəyi sözü qismən qısaldılmışdı deyə bəzi şeyləri Camal özü eləməli oldu. Toydan sonra edəcəm dediyi sözləri toyundan bir ildə sonraya atmalı olur. Toydan sonra yaranmış borclar əllərində olan bütün pulu paylamağla keçirdi. Evlənmələrinin ikinci ilində Camalın anası Sona xanımın ürək tutması səbəbindən ölməsi də onu xəyallarından biraz da aralaşdırdı. İlk başlarda ara da bir yadına düşən yazar olması artıq köhnə bir xatirə kimi otağında qalmışdı. Evləndikdən sonra böyük otağa köçmüşdülər deyə yazı yazdığı masası kimsəsiz otağda qalmışdı. Bir ilə yaxın idi ki, ora heç kəs girib eləməzdi. Mətanətin insafı gəldiyində girər, tozunu alardı sadəcə. Kitab oxumağa belə vaxtı qalmayan birinin yazarlıq edəcəyi çox da inandırıcı deyildi. Evə gəlib hesab-kitabın içinə girər, nəyi necə edək deyə düşünərdilər. Mətanətin halından narazılığı yox idi, tam tərsi xoşbəxt idi. Camala olan sevgisindənmi, yoxsa xəyal etdiyi bir həyat idimi nəydisə heç bir narazıçılığı olmamışdı. Bəzən balaca atışmaları olsa da çox keçmədən barışığla sonlanırdı.
Dayısının onu təzə keçirtiyi vəzifə sayəsində təmiz quldurlaşmışdı. Borcunu qaytarmayan insanların evlərinə gedər, borcunu ödəmir deyə əllərində nə vardısa alırdılar. Bu onun heç xoşuna gəlmirdi, evindən çıxartarkən ona baxan uşağların kinli üzlərini, bizi evimizdən çıxartmayın yalvarışını günlərlə unutmaz, gecələr yuxusunda görərdi.
Özünü yaradıcılığa həsr edəcəyinə söz verən Camal bu deyildi, sanki. İş masasının üstünü belə Mətanətin umuduna buraxmışdı. Hansı ki, dağınıq belə olsa hər gün Camalın əlindən keçərək təmizlənərdi.
Mətanət bir gün yenə Camalın masasını tozunu alarkən siyirməsindən ad günündə ona hədiyyə etdiyi qələmlə rastlaşır. Qələmi xatırlayıb özüylə götürür ki, gələn də Camala göstərsin. Axşam Camal işdən gələndə yeməkdən sonra qələmi çıxartaraq:
-Xatırladın bu qələmi?
Camal qələmi alaraq baxır.
-Hə, sən hədiyyə eləmişdin. – könülsüzcə dedi.
-Bir zamanlar necə də həəvəsli idin yazarlığa. Başqa iş görə bilmərəm deyərək kitab yazıb nəşriyyat-nəşriyyat dolaşırdın.
“Biraz işləyib pul yığım kitablarımı nəşr elədəcəm, ondan gələn pullarla da özümü yaradıcılığa verərəm” “Nə oldu da unutdum?” –deyə öz-özünə düşünə-düşünə qələmi götürüb Mətanətə də heçnə demədən masasına yollandı. Əyləşib qələmə baxdı.
-Bəlkə də yazıçı olmağı könüldən istəməmisən. – qələm illər sonra yenə dilə gəldi.
-Mən?! Çox istəyirdim, hər şeydən də çox. Amma qoymadılar. Hərə bir tərəfə çəkərək parçaladı məni.
-Sən icazə vermədən olmadı bunların heç biri.
-Kaş təzdən qayıda bilsəm... Mümkündü? Yenə yazıçı ola bilərəm?
-Bunu istədiyinə əminsən?
-Həm də necə.
-Ya onlar?
-Kim?
-Yazarlığını uğrunda qurban verdiklərin. Onlardan imtina etməyə hazırsan?
Camal heçnə deyə bilmədən hərəkətsiz qaldı.
-Görürsən? Özün belə hələ nə olmaq, kim olmaq istədəyini bilmirsən.
-Bu dəfə qərarım qətidi. Nə etməliyəm sən onu de.
-Bir yerə gedəcəksən. Ordakı şəxs sənə nə etməli olduğunu deyəcək.
-Haradı ki, ora?
- Sənə səndən başqa heç kəsin nəsə etmək üçün söz deməyəcəyi yer.
- Mənimlə məzələnirsən?
- Gedən də özün də görəcəksən.
Qələmdən aldığı ünvana yollanaraq qapını döyür. Qapını 35-40 yaşlarında üzü tüklü, üstü səliqəsiz geyimdə olan bir kişi açdı.
-Buyurun...
Qələmdən ünvanı alan kimi çıxıb gəlmişdi deyə ona nə deyəcəyini öyrənməmişdi.
-Şey... Bura haradı?
-Gəldiyin yerin hara olduğunu bilmirsən?
-Əhvalatım biraz qəribədi, desəm də inanmazsınız.
-Siz danışın, buracan gəlmisizsə deməli inandırıcı bir əhvalatdı.
-Məni qələm göndərib, adını falan bilmirəm. Amma qələm idi və mənimlə danışırdı. Məni o göndərdi.
-Keçin içəri.
Camal içəri keçərək bala deyə təsəvvür elədiyi evin böyüklüyünə və otağların çoxluğuna təəccübləndi.
-Çöldən çox balaca görünür eviniz.
-Necə baxdığınızdan asılıdı. İnsanlar var böyük villalara yerləşə bilmir, insanlar da var bir otağa neçə nəfər yerləşir.
-Bura dərnəkdi ya hansısa cəmiyyət? Nə deyə fəaliyyət göstərirsiniz?
-Heç biri.
-Bəs...
-Sən nə deyə gəlmisən?- deyə kişi soruşdu.
-Özüm də bilmirəm. Qələmə uydum gəldim.
-Bilməlisən, nə istədiyini bilməlisən yoxsa necə kömək edə bilərəm sənə.
- Mən bir zamanlar yazıçı idim, elə olduğumu düşünürdüm daha doğrusu. Sonra elə oldu ki, işə girdim, evləndim yazammadım. Yazar olduğumu unutdum.
-Niyə başlamırsan ki, təzdən? Qələmini əlindən alan olmayıb bildiyim qədəri ilə də, səninlə danışır.
-Mən işləmək istəmirdim, özümü ancaq yazıçı kimi görürdüm. Necə deyim işləməyin qulluq olduğunu düşünürdüm. Sonra isə seçim etmək arasında qaldım...
-Sən də qul olmağı seçdin. İndi niyə fikrin dəyişdi?
-Bezdim. Sevmədiyim işi görərək xoşbəxt ola bilməyəcəyimi başa düşdüm.
-Və bura gəlmisən ki, təzdən yazıçılığıa geri dönəsən.
-Düz tapdınız.
-Ya geridə buraxdığların.
-Seçimimi etmişəm və bura gəlmişəm.
-Sonra fikriniz dəyişsə necə?
-Dəyişməyəcək.
-Bir dəfə dəyişən Qərar, hər dəfəsində dəyişə bilər.
- Siz mənə nə etməli olduğumu deyin, necə olacaq axı, bu?
-Səni bura göndəriblərsə bizimlə getməyə layiq birisən.
-Hara?
-Yalnız yaradıcı insanlardan ibarət olan bir yerə.
-Hardadı o elə?
-Harda olduğunu desək biz nə işə yarayardıq?
-Xaricə qaçıracaqsınız? Gedib orda necə yaşayacam?
-Əgər səni bura göndərən olmasa idi aparmazdım səni. – kişi hirsli bir gülüşlə cavabladı.
-Niyə?
-Maddiyatı düşünürsən. Əgər kitablarını nəşr edə bilsəydin, kitabların satılsaydı heç vaxt bizimlə getməzdin.
-İnsan bəzi şeylərin qarşılığını görmək istəyir.
-Qarşılığlı gördüyün şeyi heç vaxt sevə bilməzsən.
Camal susur.
-Səni Bizimlə getmək istəyən adamlarla tanış eləmək istəyirəm, bir gün burada qaldığdan yola düşürlər. Ssabah artıq onlar üçün heç bir əngəl qalmayacaq.
- Kimdir onlar?
Kişi qabağa düşüb küncdəki bir otağa daxil olur, Camalda onun arxasıyca otağa daxil olur.
-Birinci gördüyün kişi şairdi, qırx yaşı falan olar. Çox qəşəng şeirləri var.
-O da kitab çıxarta bilmir deyə gedir?
-Xeyr, şair olduğunu hələ heç kəsə sübut edə bilmədiyi üçün.
- Necə yəni?
- Yazıb-oxumağı bacarmır və yaddaşı yoxdu. Şeirlərini ağlından keçirtdikdən sonra yaza bilmir, yaddaşı olmadığından yadında saxlaya da bilmir ki, kiməsə desin o yazsın.
-Qəribədi.
- İkinci gördüyün şəxs isə alimdi.
-Alim? Onun nə problemi var?
-Ölümsüzlüyü kəşf etdiyini deyir amma sübut edə bilmir. Ölüb-ölməyəcəyi günü gözləyir, nə zaman ölər, nə zaman ölməz deyə gözləyir.
Camal özündən asılı olmadan gülümsəyir.
-Bəs o? – çirkin qızı göstərir.
- Rəssamdı. –otağın kənarındakı portireti göstərib deyir.
-Amma...
-Çox çirkindi, düzdü. Özündə tapa bilmədiyi gözəlliyi rəsmlərində tapır. Necə də gözəl çəkib elə deyil?
-Hə, valeh edicidi.
-Sonuncu gördüyün şəxs isə heykəltəraşdı. Müxtəlif fiqurlar düzəldərək onlara can verir, həyat bəxş edir.
-Necə yəni? Hazırladığı heykəllərə yaşam bəxş edə bilir?
-Düz başa düşdün.
-Bir söz soruşmaq istəyirəm, səhv başa düşməsəniz.
-Buyur.
- Sizin nə kimi yaradıcı bacarığınız var?
-Mənim heç bir bacarığım olmadığından sadəcə qulluq edirəm.
-Yəni qul olmağı özünüz seçdiniz?
- Qul belə olsan işini sevməlisən, əsl qulluq işini sevmədiyin zaman olur.
Fikirləşəcəm deyərək binadan çıxıb küçə boyu gəzir. Nə qərar verəcəyi barəsində düşünür. Getmək istəyirdi, orda yeni həyat onu gözləyirdi, qorxduğu isə orda yaşaya bilməməsi və geridə buraxdığları idi. Orda yaşaya biləcəkdimi? Ya Mətanət? Onu necə də sevirdi, onu çətin vəziyyətdə qoyub öz xəyallarının dalıyca qaçacaqdı. Evləndiklərindən bu günəcən, hətta evlənməmişlərindən də əvvəl atışsalar da Mətanət heç vaxt həyatından şikayətlənməmişdi. İstəyi bir yerdə olmaq idi. Sadə, normal bir həyat ona bəs idi. Bütün çətinliklərə dözürdü, Camal isə nə edirdi? Rahatlığı, xoşbəxtliyi üçün onu tərk edib gedəcəkdi. –Düzmü, edirəm? –deyə özünə sual versə də cavab tapa bilmirdi. Bir tərəf də öz xoşbəxtliyi, digər tərəfdə isə onu sevən qadının xoşbəxtliyi.
Evə gəlib Mətanətlə biraz oturub yenə masanın arxasına keçib qələmi götürdü.
-Nə oldu?
-Bilmirəm, qərarasızam.
-Özünə hansı qərar düzgün gəlirsə onu ver.
-Onu bilmirəm. Bir tərəfdə mənimlə xoşbəxt olan qadın, digər tərəfdə isə onunla xoşbəxt olduğum kitablarım.
-Yəni?
-Yənisi yoxdu.
-Başa düşdüm, qələmini yenə nə zamansa işlədərəm adıyla siyirməyə qoyacaqsan.
Camal birdən özünü silkələyib ciddi sifət alaraq dedi:
-Yox, bu dəfə o olmayacaq. Gedirəm! – deyərək qələmi masadaca buraxıb otağdan çıxdı.
Səhərdə fikirləşib axşam qərarını Mətanətə deyəcəm deyərək yerinə girib yatdı. Səhər tezdən işdə heyy düşünürdü. Həm vəzifəcə qalxdığından, həm də işçilər arasında hörmət qazandığından heç kəs ona niyə işləmirsən? demirdi, tam tərsi nəsə problemi olduğunu düşünüb vəziyyətini soruşurdular. İşdə ən yaxın olduğu Oktay idi, çox zaman onunla söhbət edər, danışardı.
-Nə olub, kefsizsən?- bir stəkanda kofe süzərək onun üçün gətirdi.
-Sən seçim arasında qalsaydın öz xoşbəxtliyini seçərdin ya səni xoşbəxt etməyə çalışan birisinin xoşbəxtliyini?
-Bilmirəm, Məni xoşbəxt etməyə çalışanlarla xoşbəxt olmağa çalışardım.
-Ya bacarmasan, seçim arasında qalsan.
-Hııhhh, yəqin özümü seçərdim.
İş günü bitir və evə gəlir, qərarını Mətanətə deyəcəkdi və sabah günorta çıxıb gedəcəkdi.
Evə girəndə süfrənin hazırlandığını, Mətanətin isə xoş bir geyimlə qarşısında dayandığını görüb bu günün nəsə qeyd ediləsi gündü, yüz faiz və mən unutmuşam –deyə düşündü.
-Xoş gəlmisən. –Mətanət gülümsəyərək Camalı qucaqladı.
-Sənə sevinəcək bir xəbərim var.
-Süfrədən hiss olunur. – bir-bir yadına salır, tanış olma günü deyil, evlilik deyil, ad günü deyil. Axı, nə idi?
Mətanət dərin bir nəfəs alaraq bir nəfəsə dedi:
-Ata olacaqsan, hamiləyəm.
Camal sevinc qarışıq yaşadığı hisdən danışa bilmədi.
-Sevinmədin yoxsa?
-Yoox, sevindim əlbətdə. Şok oldum ona görə bilmədim nə deyim.
- Mən də çox sevinirəm. neçə gün idi ki, hiss eləmişdim. Bu gün həkimə getdim. Əslində zəng edib xəbər edəcəkdim sonra süpriz etmək qərarına gəldim.
-Yaxşı elədin. – özünü yığışdırıb Mətanəti qucaqlayaraq təbrik elədi.
Yemək yeyib qurtaran kimi heçnə demədən otağa keçib qələmə baxdı.
-Üzündən yenə məğlun olduğunu hiss edirəm.
-Uşağım olacaq.
-Və onu atıb gemək istəmirsən.
-Hə. –söz ağzından güclə çıxdı.
-Heyf sənə qarşı olan az da olsa ümidim vardı.
- Nə deyirsən?! Yəni ailəmi atıb gedim? Onlar necə yaşayarlar? Hələ dünyaya gəlməmiş körpəmin nə günahı var? Onlara bunu edə bilmərəm.
-Sən lap başından getmək istəmirdin, özünü aldadırdın. Sadəcə içində axırda cayaram deyə qətiləşdirmişdin. Axrının necə olacağı maraqlandırırdı səni.
-Gedəcəkdim.
-Məni aldada bilməzsən. Mənim əslində sənin iç səsin olduğunu, sənin özünə deyə bilmədiyin sözləri mənim sayəmdə özünə dediyini də bilirsən.
-Nə deyirsən indi? Neyləyim?
-Məni yenidən yerimə qoy və get.
Otağa Mətanət daxil olur.
-Qələmlə danışırsan? – deyə gülümsəyərək yanına gəlib qələmi əlinə aldı.
-Yox, baxırdım eləcə.
-Bir zamanlarsa yazardın. Niyə yazmırsan daha? Mən nə olursa olsun sənin yazarlığı buraxmayacağına əmin idim.
-Bilmirəm. -əslində bilirdi də nə desin? –Səbəbkarı sizlərsinizmi desin?
-Bəlkə nə vaxtsa təzdən yazdın ya uşağımız olanda o yazar oldu. Ona kömək eləsək nəsə edə bilər.
Camal gülümsəyərək köks ötürdü.
-Bəlkə də.
-Gecdi daha, gedək yataq.
“Düz deyirdi, hər şey üçün gec idi, hətta “QƏRAR” vermək üçün belə. Kim deyir ki, qərar vermək üçün hələ gec deyil, yalan söhbətdi. Qərar vermək asan görülə bilər amma bir o qədər də çətindi. Uçurum düşünün arxasınızda da sizi qovalayan vəhşi bir heyvan, məsələ canavar, pələng, ayı hətta. Nə qərar verərdiniz? Uçurumdan düşərək ölməyimi qalıb vəhşi heyvanla savaşmağımı? Sizdən asılıdı, rahatlığı sevirsinizsə və heç bir şeylə məşğul olmaq istəmirsinizsə uçurumu seçəcəksiniz, yox mübarizə aparmağı, həyata az da olsa bir ümidi olan heyvanın qarşısına keçərək onunla savaşar. Bəlkə qorxub qaçdı deyə...