Səməd Şıxı - Məktəbin son məzunları

Dərs zəngi çölə vurulan kimi hər kəs müəllimin dır-dırından qurtulmaq üçün özlərini çölə atır. Dünyanın lazımsız bir yerdən başqa heçnə olmadığı, bizim dünyaya gəlməyimiz dünya üçün fəlakətdi deməsi sözün əsl mənasında insanı dünyadan soyudur.

Bu sözləri müəllim özündən demir, pessimist olduğu üçün də demir. Bu dərs idi. Bəli, düz oxuduz bu dərsdi. Dərsdə niyə belə şey keçsinlər? İzah edim.

Bu məktəb digər məktəblərdən tamamilə fərqlənir. Həm də elə bir fərqlənir ki, bu məktəbin necə bir olduğunu orada dərs deyən müəllimlərdən başqa heç kimin dilindən eşidə bilməzsiz. Böyük ehtimal onlar da bu barədə söz veriblər deyə heç kəsə məlumat ötürməzlər. Məktəbdə oxuyanlardan isə heçnə öyrənə bilməzsiniz. Məktəbə girmək mümkün, çıxmaq isə qeyri-mümkündü. Tamam, çıxmaza salmadan izah edim. Bu məktəbin şagirdləri uşaq yaşlarından valideynləri tərəfindən atılmış, gətirib atılmış uşaqlardı. Kimsəsiz uşaqlar evindən fərqli tərəfi isə bura sizə həyata tutulmağı, gələcəkdə özünüz üçün həyat yaratmağı deyil, məktəbin məzun günündə ölməyi tapşırırlar. Birinci sinifdən onuncu sinifə qədər sizə həyatın mənasız bir yer olduğunu, dünyanın bataqlıqdan ibarət olduğunu, burada yaşamağın dünya üçün yalnız ona ziyan verildiyini deyirlər. Son dərs günündə isə sizə özünüzə ölüm seçin deyərək məzun günündə ölümünüzü seyr edərlər. Aşağı siniflərin hər biri də bu məzun olacağları günün çatmasını səbrsizliklə gözləyər, özlərini öldürüb azadlığa çıxan dostlarını görüb onlara həsəd apararlar.

Doqquzuncu sinifdə oxuyan Emeli adlı oğlan isə məzun günü özünü iki hissəyə bölüb öldürən dostunu görəndə, onun necə əzab çəkdiyini, can çəkişdiyini görüb ölməkdən qorxmuş, məktəbdən qaçmaq üçün yollar axtarırdı. Təbii ki, bu mümkün deyildi. Məktəbdən qaçmağın heç bir yolu yox idi. Gizli bir yol, boş bir çıxış, qapıdan yayınıb qaçmaq heç biri bu günə qədər işə yaramamışdı. Bu məktəbdən qaçmağı artıq düşünmürdülər belə. Hər birisinin burdan qaçmaq üçün azı bir cəhti olmuş, nəticəsinin olmadığını görüb əllərini üzmüşdülər.

Məktəbin qadağaları xeyli çox idi. Bunlardan biri də seks etmək idi. Şagirdlər arasında sexə maraq göstərənlər ağır cəzalarla cəzalandırılır, dərslərdə isə seksin onlar üçün təhlükəli bir şey olduğunu, ölümdən sonra buna görə daha ağır cəzalandırılacaqlarını deyirdilər. Etdikləri cəzanı da, baxın, siz buna tab gətirə bilmirsiniz, bundan sonrakı həyatınızda nə edəcəksiniz deyərək onları qorxuzurdu. Bu xəbərdarlığa inanan da var idi, inanmayan da. İnananlar seksdən uzaq durur, özünü məzun gününə hazırlaşırdırır, qulaqardı edənlər isə gizlindən-gizlinə öz işlərinə davam edirdilər. Cəzalar isə oğlanların cinsiyyət orqanından, qadınları isə döşlərindən asılqanla, sancaqla bir gün tərpənmədən bir yatağa bağlayırdılar. İlk başlarda ağrıtmasa da biraz vaxt keçdikdən sonra sıxılan yer ağrıtmağa başlayır, bütün gecə ona sızıltı verirdi. Qadınlara isə ayrılığda seks edəcəkləri təqdirdə onlar kimi başqa insanların da dünyaya gələcəyini, dünyanı daha pis hala salacaqlarını deyirdilər. Bunu tam olaraq başa düşmədiklərindən, onlardan necə olur uşaq dünyaya gəlir, ümumiyyətlə dünyaya necə gəlirlər deyə düşünürdülər.

Gerçək gizlin saxlanılsa da, bir müəllimin açıb gerçəkləri deməsindən sonra xəbərin qarşısını ala bilmədən bütün məktəbə yayılmışdı. Hər kəs atasının, anasının kimliyini maraqlanırdı. Müəllimlər isə onların artıq bir heç olduğunu, bundan sonra heç kimə lazım olmadığlarını deyirdilər.

Bir neçə dəfə üsyan da olmuşdu bu məktəbdə. Birləşib qaçmaq istəsələr də müəllimlər qapını bağlayıb, sonra da etdikləri psixoloji təziqlərdən sonra məğlub olmuşdular. Qaçmağı düşünən yox idi. Bir tək Emelidən başqa. Hər saatını qaçmaq üçün yol gəzirdi. Məktəbin qanunlarını, deyilən sözləri, dərsləri bilərəkdən pozar, əməl etməzdi. Tək istədiyi onu başlarından eləmək idi. Rahat buraxmaq, vaxt qazanmaq üçün daha çox yaşamaq idi.

Emelidən başqa məktəbin ən nadinc şagirdlərindən biri də Rəna idi. Rəna Emelidən bir sinif aşağı idi. O da qaçmaq, burdan canını qurtarmaq istəyirdi. Rənanın insanlardan qaçması və uşaqlarla sərt davranması hamısını özünə düşmən kəsmişdi. Heç kəslə dostluq etməz, dostluq etmək istəyənlərə də qaş-qabağlı sifət göstərərək özündən uzaqlaşdırardı. Hamısının mənasız və lazımsız insan yığınından başqa bir şey olmadığını deyərdi. Ölümünü gözləyən bir sürü insan yığını. Kimə lazımdılar? Yaşasalar nə olacaqdı guya?

Emelinin seks düşkünlüyü müəllimlərin başına dərd olmuşdu. Verdikləri cəza və xəbərdarlığların heç biri işə yaramırdı. Məktəbdə sevərkən tutulması adi hala çevrilmişdi. Emelini düzəldə bilmədiklərini görüb qızları qorxuzurdular. Emeliyə yaxınlaşan olan kimi cəzalandırılırdı. Rəna iləsə arası fərqli idi. Ona sevişmək və seks etmək gözü ilə baxmırdı. Ona savaş yoldaşı gözü ilə baxır, birlikdə burdan qaçmağı planlaşdırırdılar. – Burdan getmək istəyirəm. Ölmək istəmirəm. Niyə dünyaya gəldiyimi bilmək istəyirəm. Ölmək üçün dünyaya gəlməmişik. Gəliş səbəbimiz ayrıdı. Bunu tapmalıyam. Mənə deyilən dərslərin heç birinə inanmıram. Bu divarları aşmaq və onun kənarında nə olduğunu görmək istəyirəm.

Məktəbdə Emeliyə yaxın olan digər şəxs isə müəlliməsi Asame idi. Asame məktəbə kənardan dərs demək üçün gələn 54 yaşlı, dul qadın idi. Uşağı yox idi deyə bəzən günlərlə məktəbdə qalar, evə getdiyində isə bir gün sonra gəlib burda qalardı. Həm məktəbdə çox olması, həm Emeli ilə söhbətinin tutması onu sakitləşdirməyi Asameyə tapşırmışdılar. Aralarının yaxşı olmasına səbəbi Asamenin səmimiliyi düşünsələr də Emeli ilə gizlin münasibətlərindən xəbərsiz idilər. Emelinin Asameylə zaman keçirtməsi qarşılığında ondan kənardan gətirdikləri şəkillərə baxır, məktəbin kənarında baş verən hadisələri öyrənə bilirdi. Pulun varlığını belə öyrənmişdi, amma hələ də tam olaraq nə işə yaradığını bilmirdi. Asame sayəsində onu atıb gedən ailəsinin haqqında bəzi məlumatları da öyrənmişdi. Məktəbin arxivindəki sənədlərdə yazıldığına görə Emeli nigahdan kənar doğulan bir uşaq olub, o olandan sonra birlikdə bir yaşına qədər yaşasalar da, atası atıb getmiş, anası da ondan qurtulmaq üçün bura müraciət etmişdi. Asamedən anasını axtarıb tapmasını, onu burdan qurtarmasını istəsə də, bunun mümkün olmayacağını, bura gətirilən uşaqları geri götürmək mümkün deyil. Övladını bura atıb gedəndən sonra peşmanlıq çəkən, geri dönüb uşağını götürmək istəyən neçə nəfər olub, heç birinin istəyini düşünmədən rədd ediblər. Bir gün belə keçsə, qapıdan çıxandan sonra geri belə dönsən artıq heç bir xeyri yox idi. Verilməyəcəkdi.

Məktəbin həyətində gəzərkən Emeli Rənanın bir küncə girib ağladığını görür. Yaxınlaşıb niyə ağladığını soruşur.

Rəna əlində sıxdığı saç rezinini Emeliyə göstərir:

-Bu mənim otaq yoldaşımın idi. Axırıncı məzun olanlardandı. Məzun olmamışdan bir gün əvvəl sabahacan söhbət etmişdik. Mənə ölmək istəmədiyini, ölümdən qorxduğunu deyirdi. Öləndən sonra başına nə gələcəyini bilmirdi. Məktəbin çölünü görmək, yaşamaq istəyirdi. Buludları göstərib kaş ora gedə biləydim. Kaş aya gedə biləyim. Görən orda da belə məktəb var?

Emeli onun göz yaşlarını silir.

-Qaçmağın yollarını axtarıram. Tez bir zamanda da tapacam.

Rəna ona baxır.

-Qaçsan məni də özünlə apararsan?

-Söz verirəm.

Qaçıb getmək istəyirdi, lakin hələ necə gedəcəyini belə bilmirdi, bir də söz verdi bunun üstünə. Birdən sözünü tuta bilməsə. Rənaya verdiyi söz bir yana, ya gələn il onun da məzun günündə ölümə getməsi baş tutsa nə olacaqdı? Rəna ona baxaraq, söz vermişdin, niyə tutmadın?- deməyəcəkdi?

Ayağa qalxıb yanından uzaqlaşdı. Rənanı elə görəndən sonra qaçmaq barəsində daha çox düşünməyə başladı. Rəna onu silkələmişdi. Ölümü hiss edirdi. Ölümün yaxınlaşdığıı hiss etməyə başlamışdı. Məzun günü özünü nə ipdən sallayarkən, nə də dərman içərkən təsəvvür edə bilmirdi. Ölümün nə qədər acı olarsa, o biri dünyada səni daha çox qiymətləndirəcəklər sözünə inansa hələ özünü gərək dostu kimi ikiyə bölsün. Yox, yox. Bunu etməyəcəkdi. Bu məktəbin məzunu olmayacaqdı.

Asameylə yenə bir gün gizlin s..kən dayanıb, şalvarını çəkdi.

-Nə oldu?

-Daha səninlə heçnə etməyəcəm.

Asame paltarını düzəldib Emeliyə baxdı.

-Niyə?

-Mənim burdan çıxmağıma kömək etmirsən.

-Bu ki, mümkün deyil. İstəsəm də edə bilmərəm.

-O zaman bundan sonra məni unut. Hətta, hər kəsə mənimlə nələr etdiyini danışacam.

Qapıdan çıxıb gedərkən Asame qolundan tutub dartdı.

-Dayan. – heçnə demədən on saniyə fikirləşdi. – başa düşmürsən məni. Özün də bilirsən ki, bunun heç bir yolu yoxdu.

-Bilmirəm. Çarəsini bilsəydim özüm edərdim.

-Yox.

-Çıxartsan ancaq səninlə yaşayacam. Söz verirəm.

-Bunu necə edim?

-Bilmirəm –deyərək qapıya yaxınlaşıb geri döndü –İki gün vaxtın var. Tap!

Asame düşdüyü bəlanın fərqində idi. Məktəbdən öyrənsələr bu onun üçün heç yaxşı olmayacaqdı.

Bir neçə dəfə Emeliyə yaxınlaşıb, onu fikrindən döndərməyə çalışsa da, Emeli heçnə demədən yanından uzaqlaşar, sözünün bitməsini belə gözləməzdi.

İki gün sonra yenə həyətdə əyləşərkən Asamenin ona yaxın gəldiyini görüb, ayağa qalxıb uzaqlaşmaq istəsə də Asame ona yaxınlaşıb, razı olduğunu deyir. Tezliklə necə qaçıracağını ona deyəcəkdi. Sözünü bitirəndən sonra heç kəsin diqqətini çəkmədən yanından uzaqlaşıb getdi.

Sonunda istədiyi alınmışdı. Burdan qurtulmaq üçün bir ümidi var idi. Rəna onu görüb yaxınlaşır.

-Yaman sevinclisən.

Rənanı kənara çəkib, alçalq səslə qulağına burdan getməyin yolunu tapdığını dedi.

Rəna əvvəl sevinsə də, sonra duruxsulandı.

-Gedəndə məni də özünlə aparacağına söz vermişdin.

Emeli sözünü xatırladı. Bəhanə axtarsa da, unutduğunu gizlətmədi.

-Səni də özümlə aparmaq üçün çalışacam. Nə olursa olsun, səni də özümlə aparacam. Səni burda tək buraxan deyiləm. –dedi. Sözünə özü də inanmırdı. Asamenin onu burdan qaçırtmasına onunla yaşayacağı təqdirdə razı idi. Rənanı da qatsaydı razı olmayacaqdı. Həm də təhlükəli idi iki nəfər.

-Necə olacaq?

-Mən burdan qaçmağın yolunu öyrənəcəm. Səni apara bilsəm o günü, apara bilməsəm də bir gün gizlin gəlib səni də özümlə aparacam.

-Ya gələ bilməsən.

-Gələcəm. Söz vermişəm. – Rənanın əlindən tutmaq istəsə də, ətrafdan onları izlədiklərini düşünüb əlini aşağı saldı.

Bir gün sonra Asame Emeliyə yaxınlaşıb gecə hər kəs yatandan sonra həyətə düşməli olduğunu dedi. Gecə çölə çıxmağa icazə yox idi, amma Emeli bunu artıq dəfələrlə etmişdi deyə necə çıxacağını bilirdi. Tək bilmədiyi divarların arxasına necə keçəcəkdi.

Asameylə razılaşıb hər kəs yatandan sonra gizlin həyətə düşdü. Asame ağacın arxasında büzüşüb onu gözləyirdi. Emelini görən kimi yerindən qalxıb, səs çıxartmadan künclə onun yanına getdi. Emeli qapıya tərəf gedəcəklərini düşünsə də, Asame onu məktəbin arxasına tərəf sürüklədi. Məktəbin kanalizasiya bölümü idi burası. Məktəbin su təminatı burdan olur, axan çirkli su da həmçinin bura ilə axıb gedərdi.

-Buranın yolunu tapana qədər canım çıxdı. Təbii ki, bir ovuc pulum getdi.

Emeli pulu hələ görməmişdi deyə bir ovuc pulun nə qədər etdiyini, necə göründüyünü təsəvvür edə bilmirdi.

Kanalın içi ilə biraz getdikdən sonra başqa bir çuxurdan açıq havaya çıxdılar. Ətraf qaranlıq idi deyə heçnə görülmürdü. Ağaclar və qaranlığın arxasında gizlənən ulduzlar gözə çarpırdı.

-Məktəbin çölündəyik indi?

-Hə.

Asame getmək istəsə də, Emeli Rənanı ordan çıxartmaq üçün geri dönmək istəyirdi.

-Hara gedirsən?

-Rənanı qurtarmağa. Ona söz vermişəm.

-Olmaz. Tutularsan.

-Heçnə olmaz. –təkrar kanala atlasa da, vıyıltılı bir səsdən ürküb çıxdı. Bu səsi tanıyırdı. Məktəbin təhlükə zəngi idi.

-Getməliyik. Yoxsa ikimizi də tutacaqlar.

Geri dönmək, Rənanı qurtarmaqla azadlığı arasında qalmışdı. Sonra gələrəm deyərək Asameylə ordan qaçıb getdilər.

Ömrünü o xaraba qalmış məktəbdən qaçmaq üçün planlar qurmaqla keçirtmişdi. Tək istəyi ordan qurtulmaq və məktəbin kənarındakı dünyanı görmək istəyi idi. Səhər açılıb onlar evə çatanda hər şeyin necə fərqli olduğunu, bir o qədər də eyni olduğunu gördü. Eyni bina, eyni yataq idi. Amma onun məktəbində belə hündür binaların var olduğunu bilmirdi. Maşınlar nə işə yarayır? Necə hərəkət edir? İnsanlar qarışqa sürüsü kimi bir-birini əzərək hara tələsir? İşləyirlər, işləyəmə gedirlər. Niyə işləyirlər? pul qazanmaq üçün. Bu pul deyilən şey bu qədərmi güclüdü? Məktəbdən qaçmaq üçün pul lazımdı, yaşamaq üçün pul lazımdı. Sanki məktəb directoru idi pul.

Bunun kimi sualları çox, cavabları isə yox idi. Asameyə güvənmir, qaçıb getmək istəyirdi, hara gedəcəyini, nə edəcəyini isə bilmirdi. Ən azı bu pul deyilən şeyin nə işə yaradığını, necə qazanıldığını öyrənənə qədər dözməli idi.

Asamedən onun anasını və atasının tapmasını istəsə də bunun  mümkün olmayacağını eşitdikdən sonra keçici istəyindən əl çəkmişdi. Onları görmək istəmirdi. Bilmək, kim olduğlarını görmək istəyirdi sadəcə.

Rəna… Sözünü tutmadı, öz canını qurtarmaqdan ötrü onu fəda edib getdi deyəcəkdi. Emelenini axtaracaqadılar. Tapa bilərlər? Tapsalar nə edəcəklər? Rənanı necə qurtaracaqdı. Məktəbə bir daha getmək istəmirdi. Tutular, təzdən dustaq olardı deyə qorxurdu. Bəzən bu dünya ilə bacarmayacağını düşüb, məktəbinə dönmək, məzun olmasını gözləmək istəyirdi. Sonra yox, qalacam, savaşacam deyirdi. Nə olursa olsun azadlığın dadını çıxartacaqdı. Dünyaya gəlişinin səbəbini öyrənmək istəyirdi.