Səməd Şıxı - İki yazıçı, bir hekayə

Ares bitirdiyi hekəyəsinə son bir nəzər keçirtdikdən sonra saata baxdı. Saat gecə 03:23 idi. Yuxusu olmasa da səhər gedəsi yeri vardı deyə yatmağa məcbur idi. Sonra nə etdiyindən xəbərsiz olurdu. Özünə gələndə mən niyə elə dedim, niyə elə etdim deyə düşünürdü. Əvvəllərdə yuxu problemi yatmaq istəyi ilə keçsə də, indi dəyişik xarekterlər yaradırdı. Bəzən özünü əsəbi birisi olaraq tapır, bəzən gəlib-gedəni söyən yerdə, bəzən huşunu itirmiş bir şəkildə harasa getdiyini görüb yuxu sistemini normaya salmağa çalışsa da işdən qalan vaxtını hekayə yazmağa ayırırdı deyə bu çox da mümkün olmurdu. Həftənin bir-iki gününü normal yuxu yatırdı. Səhər də tezdən qalxıb getməli idi. Yuxudan ayılması ayrı dərd idi. Kim ayıldacaqdı, telefonun zəngi? Yox, o belə bacarmırdı artıq Areslə. Hekayəni saytlara və qəzetlərə göndərmək istəsə də, gecə vaxtı bunu etmək istəmədiyindən işini həll edib evə gələndən sonra göndərmək qərarına gəldi. Gecə göndərsə yazan kimi götürüb atıb deyəcəkdilər, bəlkə də heçnə deməyəcəkdilər, amma ya desələr?-sualından qurtulmaq üçün səhərə saxladı.

Səhər güc-bəlayla da olsa qalxıb iki stəkan kofeni içdikdən sonra özünə gəlmədən işinin dalıyca getdi (dirəşməyin, işinin nə olduğunu yazmayacam. Hər insanın gizlin bir işi olur). İşi uzandığından evə qayıdan da saat ona qalmışdı. Hekayəni yenə göndərməyib, günortaya qədər yatacam, günorta qalxıb göndərərəm deyib yatdı. Yorğunluq və neçə günlük yuxusuzluq onu bu gün nə oldu, nə etdim, düzmü etdim düşüncəsini düşünmədən onu sabaha qədər tərpəzmədi. Yuxudan qalxıb saata baxanda saat 11:26 idi. Tələsmədən biraz yatağında fırlandı, qalxıb yavaş-yavaş əl-üzünü yudu, özünə kofe düzəldib, əlinə keçən şirniyyatdan bir dilim qopardaraq komputerin arxasına keçib başladı saytların və qəzetlərin maillərinə hekayəni yollamağa. Onlardan “hə, yox” cavabı gələnə qədər heç bir işi yox idi. Bundan sonra qonorar davasını edəcək, bazarlığı tab gətirə bilməyib əsəbindən yox demək istəsə də, pula görə razı olub kiçik məbləğə də olsa razı olacaqdı. Təzə hekayə yazmaq istəyirdi, təzə fikri yox idi deyə xəyallarda özünə nə yazım deyə gəzişirdi.

Üç saat sonra ilk cavab gəldi. Maili açıb oxuduğu cavabın dəqiq ona gəldiyini yoxlamaq üçün əks cavab yazıb soruşdu. Düz idi, ona yazmışdılar. Mətndə bu hekayənin artıq dünən dərc olunduğunu, həm də başqa yazıçı tərəfindən göndərildiyi qeyd olunurdu.

Bu necə ola bilərdi? Bu hekayənin varlığını özü xaric heç kəs bilmirdi. Kim paylaşa bilərdi? Bəlkə oxşar bir hekayədi deyə internetdə axtarıb həmin hekayəni tapdı. Əvvəldən axrına qədər, başladığı cümlədən son nöqtəsinə qədər eyni idi. Nöqtə, vergül dəyişikliyi belə olmamışdı. Bunun kimi digər saytlardan da eyni cavab gəldi. Əsəbləşib həmin yazıçının əlaqə vasitəsini axtarıb ona yazdı. Salamsız, kəlamsız bu hekayəni hardan və necə oğurladığını soruşdu. Cavab da sərt gəldi. “Kimsən mənimlə belə danışırsan? Kim oğurluq edib? Kimdən oğurlamışam?” deyə cavab gəldi. sərt atışmalardan sonra məsələ cızığından çıxmağa başladı. Ares onu polisə verəcəyini deyib təhdid etsə də, digər yazıçı Cekar sən etməsən mən edəcəm deyə onu xəbərdar elədi. Aresin düşündüyü iki şey var idi. Bu yazıçı ilə yaxından uzaqdan əlaqəsi yox idi, onun hekayəsini oğurlaması mümkün deyildi, ikincisi niyə bu qədər özündən arxayın idi. Polisə versə sübutla məğlub olacaqdı. Bir ara Cekarın öz güvəni onu qorxuzsa da, bundan sonra geri dönə bilməyəcəyini görüb polisə şikayət etmək qərarına gəldi. Həm o səhv heç nə etməmişdi.

Polisə əvvəl şikayət etdi, sonra onu məhkəməyə verdi. Məhkəmə günü hər ikisi dəvət olundu. Hakimin söhbətdən xəbəri yox idi deyəsən. Hər iki tərəfi danışdırıb, uzun bir fikrə getdi. Qərar vermək çətin idi. Bir tərəf hekayənin ona məxsus olduğunu və digər tərəfin onun hekayəsini öz adıyla paylaşdığını iddia edir, digər tərəfdə onu tanımadığını, hekayəni necə oğurladığını soruşaraq özünü müdafiə edir. Hekayənin yazım tarixlərini özündə qeyd etdiyi dəftərini göstərərək budur sübutum, əgər bu tarixlərdən qabaqki tarixə aid sübutu varsa buyursun deyə meydan oxuyur. Hakim belə nəyəsə çatmayacağını görüb başını qaşıyaraq gün istəyir. Bu vaxt ərzində araşdırma aparılacaq, istintaq gedəcək, hər iki tərəfin göstərdiyi qeyd dəftəri və komputerləri yoxlanılacaq. Nəticələndən sonra məhkəmə onlara növbəti görüş günüylə bağlı xəbər göndərəcəkdi.

Bu xəbər tez bir zamanda mediyada çalxalanmağa başlayır. Bəzi tərəf Aresin tərəfini saxlayır, Cekorun oğurladığını iddia edir, bəzi tərəf hekayənin əsl müəllifinin Cekor olduğunu deyir, Aresin yalandan iddiham qaldırdığını, bu vasitə ilə gündəmə gəlmək istədiyini deyir, bəzi tərəfsə bunun hər iki tərəf tərəfindən qurma olduğunu və reklam xarakterli oyun olduğunu iddia edirdi.

Məhkəminin növbəti görüş günü təyin olunur. Hər iki tərəf yenə məhkəməyə çağrılır. Ares məhkəməyə gedərkən metroda əyləşib nə danışacağını, nə olacağını, baş verəcək ən pis halda nə edəcəyini planlaşdırarkən qarşı tərəfdə əyləşən bir kişi və bir qadına gözü sataşır. Əvvəl bir olduğlarını düşünsə də, sonra bunların bir-birilərini tanımadığını başa düşür. Qadın hardasa iyirmi yaşında olardı, geyindiyi mini ətəyinə görə ayaqları açıq şəkildə görsənirdi. Yanında əyləşən kişi isə gözlərini ayağına zilləyib, arabir metronun sürətlənib, aniyavaşlamasından istifadə edərək özünü qıza tərəf sıxırdı. Areslə göz-gözə gələndə isə gözü ilə qızın ayağlarını işarə edib ağzında nəsə deyindi. Qız növbəti stansiyada ayağa qalxıb vaqonu tərk elədi. Ares əvvəl özünü saxlayacağını düşünsə də, ayağa qalxıb kişiyə yaxınlaşıb başının üstündə yuxarıdan aşağı ona hirslə baxdı. Kişi Aresin ona nəsə edəcəyini düşünsə də, Ares heçnə etmədən “oğraşsan” deyib vaqonun digər tərəfində gedib əyləşdi.

Metrodan çıxıb saatına baxdı. Məhkəməyə hələ yarım saat var idi. Yavaş-yavaş gəzərək gedərək düşündü. Həyəcanlı idi. Veriləcək qərar onun üçün uğur və ya məğlubiyyət ola biləcəkdi. Məhkəməni uduzsa hamı ona oğru gözüylə baxacaqdı. Oğru bir yazıçının ciddiliyi də qalmayacaqdı.

Məhkəmə zalı boş idi. Ares və Cekordan başqa hələ heç kim yox idi. Hər ikisi bir-birinə düşmən gözüylə baxırdı. Məsələni bu qədər uzatdığlarına görə hər ikisi digərinə nə sırtığ adamdı, səhv olduğu halda mənim hekayəmdi deyə dirəşmişdi deyə baxırdı.

Hakimin gəldi. Gözlərindən düşüncəli olduğu aydın şəkildə oxunurdu. Ya dərdi var idi onu fikirləşirdi, ya da bu hekayəni necə nəticələndirəcəkdi deyə düşünürdü.

“Nə yalan deyim, otuz ilə yaxındı hakiməm, bu illər ərzində minlərlə hökm oxumuşam, qərar vermişəm. Narazı olanlar olub, əlbəttə, bunu danmıram, lakin özümün qərarsız qaldığım ya qərarımla razılaşmadığım olmayıb.” Ares və Cekor hakimə baxır, nə demək istədiyini başa düşməyə çalışırdılar.

“Sizin hər ikinizin verdiyiniz yazıları oxuduq, dəfələrlə ekspertiza işləri aparıldı üstlərində, dəfələrlə digərinizdə səhv axtarıldı ki, birinizə haqq qazandıraq alınmadı. Sanki sözləşib bir yazmısız. Bunu nəzərə alıb aranızdakı əlaqələri yoxlamağa çalışdıq. Aranızda heç bir vasitə ilə ünsiyyət olmayıb.” Hər iki yazıçı bunu təsdiqləyib tanış olmadığlarını etiraf etdilər.

“Bəs necə olur yazılarınız nöqtəsinə qədər eynidi? Bunun açığlamasını mən verə bilmirəm. Cekorun üstünlüyü daha çoxdu, hekayəni ilk paylaşan odu, bundan başqa digərinizin hekayə müəllifliyi haqqında iddiasını qəbullana bilmirəm. Tarixləriniz belə eynidi. Müxtəlif insanlar, müxtəlif evlərdə oturub və eyni hekayəni yazıb. Hətta adı belə eynidi. Personajları belə eynidi. Nöqtəsi belə eynidi.” əlini başında gəzdirib nə qərar versin deyə düşünür. Qərarsızam, verəcəyim qərarın içimi rahatlatmayacağını bildiyimdən sizdən bir həftə daha zaman istəyirəm.

Yazıçılar bu get-gəldən bezdiklərini dilə gətirməsələr də üzlərindən bunu oxumaq olurdu. Heçnə deməyərək hakimlə razılaşıb məhkəmə zalından çıxdılar. Qapıda Ares Cekora bir yerdə əyləşib özləri bir nəticəyə gəlmək üçün söhbətə dəvət etdi.

“Bu get-gəl hər ikimizi bezdirib, başa düşürəm, ona görə gəl bir-birimizə qarşı açıq olaq. Hekayənin hekayəsini danış” –Ares sərt tonda dedi.

“Sən yenə hekayənin əsl müəllifi sənmişsən kimi danışıb, özünü üstə çıxartmağa çalışırsan. Sənə görə onsuz da hər kəs mənim oğru olduğumu düşünür. Hələ bir buna haqq da qazandırırsan. –Cekor dedi.

“ Kimdi oğru? Oğru olsa idim məhkəmədə ortaya çıxardı. –Ares dedi.

“O hakimin də səndən qalar yanı yoxdu”-Cekor dedi.

Ares əsəbləşib ayağa qalxsa da, sonra əyləşib dedi:

“ Belə olmayacaq. Bu söhbəti özümüz həll etməliyik”

“Necə” –Cekor dedi.

“Oxşar hekayələrin olması az olmayıb, bəzən eyni məzmunda yazılan hekayələr belə olub, amma bizdəki kimi oxşarlıq hələ olmayıb. Gördüyüm qədər nə sən, nə də mən hekayədən əl çəkməyəcəyik. Bu hekayə davası yox, prinsip məsələsinə dönüb. Hansımız məğlub olsaq adımıza ləkədi.” –Ares dedi.

“Nə edək? Ortaq yazdıraq hekayənin adını?” –Cekor dedi.

“Bunu sabah hakim təklif edəcək. Mənim edəcəyim təklif isə başqadı. Bu hekayə ikimiz üçün də fəlakətdən başqa heçnə gətirməyib. Bunu yox etmək lazımdı” –Ares dedi.

“Necə olacaq o?” –Cekor dedi.

“Hekayəni hər yerdən siləcəksən. İkimiz də bundan sonra bu hekayə haqqında paylaşım etməyəcək, söhbət belə açmayacıq. Yazılmamış kimi unudacağıq” –Ares dedi.

“Sonra” –Cekor dedi.

“Sonrası nə? Bir daha eyni hekayəni yazmarıq deyə ümid edirəm.” –Ares dedi.

Məhkəmə günü gəlib çatdı. Hakimin üzündə təbəssüm var idi. Çarəsini tapmışdı qərarın. Uzatmadan “mənim təklifim hekayənin ikinizi də adına təzdən dərc olunması və köhnənin qaldırılmasıdı” dedi.

“Biz həll etmişik.” –Cekor dedi.

“Necə?” –hakim soruşdu.

“Hekayəni yığışdıracağıq. Nə onun olacaq, nə mənim. Hekayəni ikimiz də rədd edəcəyik” –Cekor dedi.

“Bu qədər qırğın qiyamət qopartdığdan sonra bu qərarı başa düşmürəm” –hakim dedi.

“Məsələ bir hekayənin sahibi olmaqdan çıxıb. Öz adlarımızı qurtarmaq üçün bunu etməliyik” –Ares dedi.

Hakim o boyda əziyyətinin heçə getdiyini görüb əsəbləşsə də məsələni uzatmaq istəmirdi. Özü də sıxılmışdı bu vəziyyətdən. Qərarı təsdiqləyib hər iki tərəfin hekayədən imtina etdiyini təsdiqlədikdən sonra qərarı qüvvəyə mindirdi. Sonra bütün dərc olunmuş sayt və qəzetlərdən hekayəni sildirdi. Ondan sonra bir müddət, demişdim də, gündəmə gəlmək üçün oyun oynayırdılar söhbəti dolaşsa da zaman keçdikcə xəbər yaddaşlardan silindi. Heç kəs bu hadisəni düşünmürdü belə. İki yazıçı üçünsə hekayə öz müammalığını qoruyub saxlayırdı. Bu hekayəni ilk kim yazmışdı? Əsl müəllifi hansı idi? Bu sual bir yana, necə olmuşdu da ikisi də eyni hekayəni yazmışdı?