Səməd Şıxı- Məcburiyyət 2

Şövgi işi səbəbindən ailəsi ilə birlikdə üç ay idi ki, şəhər mərkəzindən kənara köçmüşdü. Şəhərə gediş-gəlişi çox olsa da, şəhərdə yaşamaq çətin idi. Ən yaxşısı şəhərə yaxın qəsəbələrdən birinə köçmək idi. Şövginin işi ev təmiri və tikintisi ilə bağlıdı. Təhsilinin olmaması və heç bir iş bacarığının olmaması ən çox bu işdə qərarlaşdırmışdı onu. Ev tikintisini də tam bacarmasa da, ucuz qiymətə işləyir deyə insanları çoxunun tərcihi olurdu.

 Şövgidən başqa evdə həyat yoldaşı Səkinə, qızı Xədicə yaşayır. Səkinə ilə ailəsinin istəyi ilə evlənmişdi. Buna baxmayaraq xoşbəxt olduğunu düşünürdü. Səkinənin heç bir pis işdə adının hallanmaması, ərini utandıracaq heçnəyi olmamışdı deyə bu Şövgi üçün bəs idi. Qızı Xədicənin on yeddi yaşı var idi. Məktəbin on birinci sinfində oxuyur. Atası ilin əvvəlində universitetə hazırlaşmağını istəsə də, qızın istəyi yox idi deyə bu sadəcə bir istək olaraq qaldı. Oxumaq istəsə hazırlığa göndərməyə, müəllim tutmağa dəstək duracağını desə də, qızı yaxşı,yaxşı deyərək keçişdirmiş, oxuyacam, özüm hazırlaşıram deyə atasını yola verirdi. Xədicənin dərsdən çox oğlanlara marağının olması məktəbə köçməsinin ilk günündən onu məşhur etmişdi. Oğlanlarla yaxınlıq etməsi, hər ay bir sevgili dəyişdirməyi və bunu heç kəsdən gizlətməməsi istər müəllimləri tərəfindən, istərsə də şagird yoldaşları arasında xoş qarşılanmırdı. Açıq sözlülüyü, sərbəst hərəkət etməsi ona “yüngül qız” adını vermişdi. Ona görə isə həyatın dadını çıxartıram idi bu. Kimisə dərd etmədən, nə deyər, nə olar düşünmədən yaşamaq, həyatın dadını çıxartmaq lazım idi. Bəzən sevgililərinin onun bədəninə əl vurması, əlləməsi xoşuna gəlsə də utanıb sonra saxlayar, bəsdi deyərək gülüb yanlarından qaçardı. İstədiyini sadəcə həzz almaq kimi qiymətləndirirdi. Dostlarının niyə belə edirsən? –sualına verəcəyi cavab isə olmazdı. İstəyirəm edirəm, niyə kiməsə dərd olur? Ya düzgünmü edirəm deyə düşünərdi bəzən. Həqiqətən eləydi yoxsa? Onların dediyi kimi pozğun birisi idi?

Eyni sinifdə oxuduğu qızla qonşu idi deyə qızın anası Səkinəni bir neçə dəfə qızının hərəkətlərinə görə xəbərdar etsə də anasının onu yola verdiyini görüb, anası dərdini çəkmirsə mənim nəyimə gərək deyib bir daha söhbət açmamışdı. Şövginin işə səhər gedib axşam gəlməsi onu bu xəbərlərdən uzaq tutardı. Qonşularından da bu barədə ona xəbər edən olmazdı, necə deyim, desəm necə qarşılayar, birdən şər atıram deyə məni günahlandırar, ya qızına nəsə edər deyə qorxurdular.

Xədicənin məktəbdəki dördüncü ayında artıq üçüncü sevgilisini qeyd edirdi. Kimisi onun etdiklərini gələcəyin fahişəsi olaraq qiymətləndirir, kimisi bu etdiklərininin ona gələcəkdə azad və həyat təcrübəli, həyatdan dad almış birisi kimi böyük işlər görəcəyinə inanırdı. İkincisinə inanan insanlar adətən Xədicənin etdiklərini etmək istəyən, amma çəkinən qızlar olurdu. Bir müddət sonra isə o həddə çatmışdı ki, telefon nömrəsi məktəb şagirdlərindən kənarda qəsəbənin avaraları arasında yayılmışdı. İlk başlarda bu xoşuna gəlsə də, sonra hər saatda yazmaları, gecənin bir yarısı zəng etmələri narahat etməyə başladı. Atasının xəbər tutmasından qorxurdu.Avtobusda başının üstünə yığılmaları, yol boyu arxasıyca gəlmələri hər an atam görər, kimsə atama deyər deyə qorxuya salmışdı.

Şövgi son vaxtlarda işsizlikdən şikayətlənirdi. İnsanların ev tikmək istəməməsi, istəyənlərin də şirkətlərdən çağırdıqları ustalara təhvil verməsi “qul bazarı”nın ustalarını işsiz buraxmışdı. Şirkət işçilərinin həm peşəkar olduğlarına, həm də işi səhv görsələr onların məsuliyyət daşıdığını, haqlarını tələb edəcək yerlərinin olduğunu düşünürdülər. Şövgi hər gün gedər, sabahdan axşama qədər iş çıxması ümidi ilə gözləyərdi. İş olarsa gedər, 3-5 manata bir iş görər, tapmazdısa da evə gələrdi.

Bir dostu rayonda imkanlı birisinin bağ evini təmir etdirdiyini, bir həftə - on günlük iş olduğunu, yaxşı da pul verdiyini dedi. İş yox idi deyə geri çevirə bilməzdi. Məcbur qəbul elədi. Qısa zamanlıq da olsa pul qazanardı. İş üçün bura köçmüş, burda da qarın toxluğuna yaşayırdı. Hətta onu belə əldə edə bilməyəcək dərəcəyə çatmışdı. Boş oturmaqdan ki, yaxşıdı. Əlindəki bütün pulu evə xərcləmələri üçün qoydu.

Bu bir həftə Xədicə üçün əsl azadlıq idi. Anasının onu axtarmayacağını bildiyindən hal-hazır ki, sevgilisiylə bərabər şəhərə çıxmaq qərarına gəlir. Planları dərsin sonuna yaxın qayıtmaq olsa da, filmə getmələri saatı uzatdı. Həyatında ilk dəfəydi filmə gedirdi. Oğlan isə təcrübəl idi. Özünü rahat aparmasından və zamanlamalarından bir neçə dəfə gəldiyi görülürdü. İşıqlar sönüb, filmdən biraz keçəndən sonra Xədicənin əlini tutdu, sonra sağ əlini Xədicənin ayağlarının arasına endirdikdən sonra başını çevirib Xədicənin dodağlarından öpdü. Xədicə biraz öpüşdükdən sonra geri çəkilib ətrafa baxmağa başladı. Kimsə görmüşdümü, kim baxırdı onlara tərəf deyə həyəcanlandı. Sevgilisi isə çox rahat idi. Hər şey planı üzrə gedirdi.

İlk dəfəydi birisiylə öpüşürdü. Oğlanın yediyi yeməkdən deyəsən ağzına bir parça keçmişdi. Ürəyi bulansa da, bildirmədi. Üstündən su içdi.

Evə gələndə anası hardaydın?-dedi.

-Dərsdəydim. –desə də, anası dərsə getməkdən boyun qaçırdan qızının dərsdə əlavə vaxt keçirtdiyinə təbii ki, inanmadı, amma məsələni çox da uzatmadı.

Qonşunun özünü saxlaya bilməyib, niyə qızının başını buraxmısan, nəzarət eləmirsən, elədiklərini ki, görürsən. Heç olmasa söz de – desə də anası – həyatını yaşasın, gləcək də yaşayacağlarına görə yox, yaşamadığlarına görə peşman olmasın. Sərbəst olmağı, azadlığın dadını bilsin. Bilsin ki, kimsə onu kölə etməyə çalışsa azad günlərini xatırlayıb həmin günlər üçün mübarizə aparsın. Ardıyca da -əlimdən gəlsə çoxşey edərəm, təki həyatın dadını çıxartsın. Dünyanı tanısın.

Qonşunun bunun üstünə deyəcək sözü yox idi.

Şövginin iş üçün getməsindən dörd gün keçmişdi. Gecə saat üç olardı, Səkinə və Xədicə bir otağda yatmışdılar. Şövginin evdə olmadığını bilən qəsəbə avaraları evə girib oğurluq etmək istədilər. Heç olmasa “nəşə” almağa pul çıxsa bəsləri idi. Pəncərələr bağlıydı deyə qapıdan girməyə məcbur qaldılar. Biraz əlləşdikdən sonra qapını aça bildilər. İçəri keçib pul axtarsalar da nə pul, nə də dəyərli bir şey tapa bildilər. Otağları gəzərkən yataq otağına girib onların yatdığını görüb səssizcə otağda pul axtarmağa çalışsalar da əvvəl Səkinə, sonra anasının səsisə Xədicə oyandı. Səsləri çıxmasın deyə üstlərinə atlayıb ağızlarını tutdular. Ciblərindən bıçaq çıxartıb səslərini çıxartacaqları halda onları öldürəcəklərini dedilər deyə ikisi də susdu. Səslərini çıxartmadan evdəki bütün pulu onlara verməsini istədilər. Xədicə oğrulardan birini tanıyırdı. Məktəbin yanında görmüşdü bir dəfə. Onu sevdiyini, sevgili olmaq istədiyi xəbərini göndərmişdi ona, Xədicə də düşünmədən yox deyib, geri çevirmişdi. Səkinə pulun yerini göstərib onları buraxmasını istəsə də onların fikri başqa yerə getmişdi. Xədicənin yox dediyi oğlan hey gözünü ondan çəkməyərək ona baxırdı. İndi “yox”un heç bir faydası yox idi. Bir zamanlar sadəcə sevgili olmaq istədiyi qız, indi əlinin altında idi. Nə istəsə edə bilərdi. Dostuna işarə edərək qızı götürdüyünü desə də, dostu ilk o etsin deyə israr etdi. Əl çəkməyəcəyini görüb, anasını götürməsini istədi, sonra dəyişərik deyə onu razı saldı. Dostunu qırmaq istəmirdi, sonra nə fərqi var deyə qəbul etdi. Hər ikisi işini gördükdən sonra partnyorlarını dəyişəndə oğlan qızın anasına dəyməyib otağdan çıxartıb otağa girməsinə mane oldu. Dostunun işi qurtardığdan sonra evdən götürə bildikləri başqa kiçik əşyaları da qoltuğlarına vurub evdən çıxdılar. Oğrular gedən kimi qaçıb qızını qaldırıb qucaqladı. Ağlamağdan gözü qızarmışdı. Əynində paltar qalmamışdı. Hamısını cırıb kənara atmışdılar. Yorğanla üstünü örtüb nə etməli olduğunu düşünürdü. Polisə zəng edə bilməzdi. Bu halda Şövgini də çağıra bilməyəcəkdi. Səhəri gözləmək qərarına gəldi.

Səhər yuxudan ayılanda istədikləri tək şey  var idi –dünən baş verənlərin qorxunc bir yuxu olması.

Xədicə məktəbə getmək istəmirdi. Bədəni sızıldayır, ağrıyırdı. Səkinə Şövgiyə zəng elədi. Axşam evə oğrunun girdiyini, pulu və bəzi əşyaları oğurladığını dedi. İşi yarımçıq buraxıb axşama gələcəm dedi. Telefonu söndürəndən sonra Xədicəyə dünən olanları unutmasını dedi, atasına bu barədə heç nə deməyəcəklərinə söz verdilər. Şövgi axşam saat 10-da evə çatdı. Əsəbi və həyəcanlı idi. Tez-tez suallar verir, nə olduğunu, necə olduğunu soruşurdu. Polisə getmək istəsə də, Səkinə qarşı durur, üzlərini görmədik, həm üç-beş manat idi, dəyməz ona görə - desə də, Şövgi, yox, bir dəfə gələn yenə gələr, ən azı başqasının evinə girməsin deyə səhər polisə gedəcəyini dedi. Ana-qızın içində isə qorxu var idi. Ya üstü açılarsa nə edəcəkdilər?

Günorta Şövgi polisə getmək üçün hazırlaşarkən qapı döyüldü. Polis əməkdaşı idi gələn. Evlərinə girən oğrunu tutduğlarını, evə girdiyini etiraf etdiyini deyərək onları polis bölməsinə çağırdı. Oğruların başqa evə girərkən tutulduğunu və başqa girdiyi evlər sırasında buranı da göstərdiyini dedi. Şövgi onun da hadisədən axşam xəbər tutduğunu, birazdan şikayət üçün gələcəyini dedi. Polislə bölməyə getmək üçün evdən çıxarkən polis ailənin digər üzvlərinin də gəlməli olduğunu dedi. Səkinəylə Xədicə getməkdən boyun qaçırtsalar da, Şövgi qorxmamalarını, sadəcə izahat verəcəklərini, sonra evə gələcəklərini deyib polislə bərabər bölməyə yollandılar. Oğrular Səkinə və Xədicənin onlara təcavüz etdiklərini dediyini düşündüklərindən açıb hamısını danışmışdılar. Polisin açıb olanları danışdığdan sonra Şövgi eşitdiklərinə inana bilmirdi. Nəfəsi az qala gedəcəkdi. Boğulacaqmış kimi hiss elədi. Səkinəylə Xədicə isə utancından qızarıb ağlayırdı. Atasının nə zamansa məktəbdə etdiklərini öyrənib onu danlayacağından, ona nəsə etməkdən qorxmayan Xədicə indi utancından nə edəcəyini bilmirdi.

İzahat verdikdən sonra taksiyə minərək evə gəldilər. Yol boyu heç kəs kəlmə də kəsmədi. Evə çatdığlarında belə səssizcə taksidən çıxıb evə girdilər. Şövgi onları evə qoyduğdan sonra geri dönüb taksiyə minərək getdi. Anası qızına, qızı anasına baxır, amma heç nə danışmırdılar. Səkinənin düşündüyü Şövginin nə edəcəyi idi. Sevərək evlənməsələr də evləndikdən sonra bir-birilərini sevmişdilər. Onları öldürərdimi? Bunu etməsə özünə nəsə edərdimi? Hər şeyi unudub başqa yerə köçsələr? Bir-birilərinə baxdığlarında həmin günün səhnələrini görməməzlikdən gələ biləcəkdilər? Əllərindən gələn təkcə oturub gözləmək idi.

Saatlar keçir, Şövgi isə gəlmək bilmirdi. Səkinə qalxıb yemək hazırladı. Xədicənin qabağına qoydu. İstəmədiyini sadəcə boşqabı əli ilə itələyərək bildirdi. Səkinənin də iştahı yox idi. Saat on bir oldu. Qapı açıldı. Şövgi gəldi. İçmişdi. Ayaqüstündə güclə dururdu. İçkinin iyi evə girən kimi bütün evə yayılmışdı. Evə girməmişdən qabaq ağlamışdı deyəsən, burnu axır, dəqiqə başı burnunu çəkirdi. Üzü hirsli bir öküz qədər qızarmışdı. Əvvəl Səkinəyə, sonra da qızına başını çevirib baxdı. Cibini eşələyib bir paket dərman çıxartıb masaya qoydu. Bağışlayın məni –deyərək evdən çıxdı. Həyətə düşüb ağlayırdı. Bunu edəcəkdilər?-deyə düşünürdü. Etməsələr nə edəcəkdi. Onlara heç nə edə bilməyəcəkdi. Əlindən onlara nəsə etmək gəlməzdi. Siqaret paketini çıxartıb bir saat siqareti-siqaretə calayıb çəkdi. Bir saatın tamamında ayağa qalxıb evə girdi. Qapının ağzında dayanıb içəri girmək üçün özünü hazırladı ilk öncə. Bu mənzərəni görməyə hazır idimi? Hansı daha pis idi? Onları sağ görməkmi, yoxsa ölü görməkmi? Cəsarətini toplayıb qapını açıb içəri girdi. Evdəki mənzərə heç ürək açan deyildi. Boş dərman qutusu, masaya sərilmiş həyat yoldaşı, stuldan yıxılmış qızı cansız halda yatırdı. Yavaş atdımlarla onlara yaxınlaşırdı. Əvvəl Səkinənin yanına gəlib saçını tumarladı. Necə günahsızca yatırdı. Heç bir günahı olmadığı halda, hətta hadisənin qurbanı olduğu halda cəzanı o çəkirdi. Qızına yaxınlaşıb özünü yerə buraxdı. Dizləri ağrısa da dizlərini düşünəcək deyildi. Qızının başını qaldırıb dizləri üstünə qoydu. Gözləri açıq qalmışdı. Dərman içərkən boğulmuşdu bəlkə də. Ya nəfəsi tutulub. Dərmanın necə təsir etdiyini bilmirdi. Tək bildiyi tez bir zamanda öldürdüyü idi.

-Bağışlayın məni, bu cür yaşaya bilməzdim. Nə də sizi bu əzabla yaşada bilməzdim. -ağlayır.

Nə etməli idi? İndi nə edəcəkdi? Kimi köməyə çağırmalı idi? Düşünə bilmirdi. Ən yaxın bildiyi və bura yaxın qalan köhnə dostu idi. Uşaqlıq dostu idi. Kömək edərdi yəqin. Telefonu götürüb ona zəng elədi. Təcili bizə gəlməlisən dedi, dostu nə olub desə də, heç nə demədi. Təcili gəlməli olduğunu, başının bəlada olduğunu dedi. Dostu da başqa söz demədən yaxşı deyərək dəstəyi asdı.

Nə oldu indi? Namusu qurtuldu? Günahlarını ölərək təmizlədilər? Nə oldu indi? Cansız iki bədənə baxırdı. Ağlaya da bilmirdi. Gözündəki yaş damcıları qurumuşdu. Kişilər ağlamaz deyə bu günəcən ağlatmayan həyat bu gün son damlasına qədər ağlatmışdı onu. Qızının saçını tumarlayır. –Bağışla məni, qızım, bağışla atanı...