Səməd Şıxı-Belaşda qəribəliklər (ardı)

(hekəyənin iki hissədən ibarət olmasının səbəbkarı mən deyil, saytın həcm problemidir. Onu aradan qaldırana qədər hekayənin davamı ayrı (burada) olacaq). 

Əslində bu gecə Xədicə ilə qəşəng gecə keçirtsə idi heç pis olmazdı. Nədə olsa o bir kişi idi. Bəs, Belaş?! Şəhər onu təmiz dəyişib özünə oxşatmışdı. Əvvəl ki, kimi qadınlardan xoşlanmaq onlarla yaxınlıq qurmaq əvəzinə onlardan qaçır, yaxınlıq qurmaq belə istəməyirdi. Şəhərin dindar olan məhəlləsinə getmişdi bir dəfə. İstədiyi bir şeyi almaq üçün həmən küçədən biraz aralı yerdə mağazaya girmiş çıxandan sonra yolunu itirmişdi. Dönə- dönə həmən dindar məhəlləyə gəlmişdi. Burada dindar qadınlar ibadət edirdilər. Kişilər isə başlarına atdığları başlıq kimi qəribə bir şeylə örtmüşdülər.

Kənan yeməyi hazır etmişdi ki, qapı döyüldü. Xədicə özü ilə bərabər şampanda gətirmişdi. Kənan onu masaya buyur elədikdən sonra mətbəxə keçərək yeməyi gətirdi. Xədicə şampanı bir nəfəsə içir, Kənanıda içməsi üçün təsir göstərirdi. Yeməyin ortasında yavaşlayaraq söhbətə başladılar. Daha çox Xədicə xanım danışar, suallar verər Kənanda qısa cavablarla kifayətlənərdi. Yemək qurtardıqdan sonra Kənan süfrəni topladıqdan sonra çay gətirdi. Kənan Xədicə xanımın getməsini gözlədiyi halda o getməməkdə israr edirdi. Kresloda oturub söhbət edərkən Xədicə yaxınlıq elədi. Kənan artıq onun niyyətini başa düşmüşdü. Uzaqlaşaraq ona cavabını bildirsə də Xədicə öz istəyində israrlı idi. Sonunda Kənan dözməyərək onun getməsini istədi. Xədicə ağzını büzərək çıxıb getdi. O gedəndən sonra Kənan qapının döyüldüyün və qapının qarşısında Əhmədin dayandığını gördü.

-Buyur, Əhməd.

- Yox keçməyəcəm. O, kim idi?

- Burdan çıxan şəxsi deyirsən? Müdürüm idi, yeməyə gəlmişdi.

 - Sənin evə kimi gətirib, kiminlə nə elədiyin məni maraqlandırmayır amma burası bir binadı və baş verənlər hər kəsi ən çoxda qonşunu narahay edir. Hər gün evinə bir qadın gəlib- gedəcəksə bu başdan deyirəm buna icazə vermərəm.

- Sən nə danışırsan?

- Mən xəbərdarlığımı edim.

Əhməd geriyə dönərək öz mənzilinə girdi.

Kənanın əsəbi pozulmuşdu. Bir müdürünün, hətta bir qadının elədiyi həərkət, ikincisi isə qonşusunun dediyi sözlər. Sabahacan işdən çıxmağı fikirləşsə də nə edəcəyini, necə dolanacağını fikirləşirdi. Ən yaxşısı geri dönmək idi. Çıxıb getməli idi bu şəhərdən. Səhər işə gəldikdə Xədicə xanım hələ gəlməmişdi. Əli isə partlamağa hazır olan bomba kimi ortalığda gəzirdi. Kənanı görən kimi isə əsəbi daha artdı.

-Salam, Əli. Xədicə xanım gəlməyib ki?

- Mən haradan bilim. Sənləydi, sən bilərsən bilsən?

- Necə yəni mən bilərəm? Yeməyi nəzərdə tutursansa yedi sonra getdi.

- Məndə yedim bunu.

-Əli, nə demək istəyirsən?

- Özün başa düşdün.

- Xəstəsiz hamınız.

- Otur gözdə, gələr birazdan.

- Səni niyə bu qədər qıcıq tutub? Yoxsa oyuncağını əlindən almışam?

- Səni əlimdən alan olmaz. Burada səni ikiyə ayıraram görərsən.

- Canınız cəhənnəmə. Çıxıb gedirəm. Onu deməyə gəlmişəm.

Kənan qapını çırparaq mağazadan uzaqlaşdı. Xədicəni gözləyib son maaşını istəyəcəkdi guya, yalan oldu o da. Binanın girişində iki qadın qarşısını kəsdi. –Dördüncü mərtəbə tək yaşayan kişi sənsən? – Adım Kənandı, dördüncü mərtəbə də yaşayıram dediyiniz mənəm onu bilmirəm.

-Bizdə bu bina da yaşayırıq. Nə xoş, istəyiniz nə idi?

- Hərəkətlərinə fikir ver.

- Başa düşmədim.

- Sən bizim nə demək istədiyimizi çox gözəl başa düşdün.

- Çəkilin qabağımdan. Xəstə yığını.

Kənan onları itələyərək getmək istəsə də qadınlar qolundan tutaraq onu binanın anbarına salaraq onu döyməyə başladılar. Qadınlardan biri söyür, digəri isə onu yumuruq və təpiklə əzişdirirdi. Biraz sonra azğınlaşıb təcavüzədə keçmək istəsələr Kənan səsini birazda qaldırdıqdan sonra buraxıb qaçmaq qərarna gəldilər. Kənan öz mənzilinə qədər sürünməyə məcbur oldu. Yanından keçən adamlar olsa da, hətta səsini belə eşidən olsa da heç kəs ona yardım əlini uzatmadı. Mənzilinə çatıb içəri daxil oldu. Hamama özünü çatdıraraq əl- üzün yuduqdan sonra qonaq otağına gəlib uzandı. Olanların stresindən qurtula bilməmişdi. Başına gələnlərə hələ də inana bilməyirdi. Qərar vermişdi, buradan qurtulacaqdı. Hətta bu dünyadan qurtulacaqdı. Nə kişilərin nə də qadınların əzildiyi bir dünyada yaşamağı istəməyirdi.  Belaşdan çıxıb getsə də olanları unuda bilməyəcəkdi. Öz şəhərində hər yoldan keçən qadına söz atılanda, hər yaşamaq üçün çalışan qadın görəndə Belaş yadına düşəcəkdi. Ən yaxşısı bir dəfəlik qurtulmaq idi ki, bununda yeganə yolu var idi.

Gündəliyində son qeydlərini apararaq son məktubu yazarcasına vidalaşdı.

Sevgili gündəliyim,

Bu sənə yazdığım son sətrlərdi. Bundan sonra səni tək buraxmalı olacağam. Gedirəm, incimə məndən. Inan mümkün olsa idi səni də özümlə aparardım. Amma bu mümkün deyil. Bu dünyada yaşamaq bir kişi olaraq çox asan imiş, bunu Belaşa gələndə anladım. Bura isə sənə danışdığlarımdan daha pis bir şəhərdi. Sənə danışdığlarım yarısı belə deyil. Kaş mən gördüklərimi səndə görə biləydin, ya da yaxşı ki, görməmisən.

Nə yaşadığımı, necə yaşadığımı anlamıram. Bu şəhərin varlığına inanmağım belə gəlməyir. Sanki bir yuxudu və mən öləndən sonra yuxudan ayılacam və hələ də yolda olduğumu, qatarla bu şəhərə təzə gəldiyimi görəcəm. Bəlkə də bir işarə olacaq ki, gəlməyim, geri dönüm. Nəysə, gedirəm. Gəlib məni tapanda bu vərəqi kim oxuyacaqsan ona da bir sözüm var. Siz XƏSTƏSİNİZ.”

 

Kənan özü üçün hazırladığı ipi otağının lüsturuna bərkitdi. Evinə son bir dəfə baxdıqdan sonra stolu çəkərək özünü azadlığa buraxdı.

Hadisədən bir neçə gün sonra qonşularından polisə şikayət olunmuş və polislər qapını döydüklərində içəridən səs gəlmədiyi üçün içəri qapını qıraraq girmişdilər. Kənan artıq neçə gün idi ki, ipdən asılı qalmışdı deyə bədəni çürüməyə başlamışdı. Polis hadisə ilə bağlı istintaq aparmağa başladı. Amma istintaq zamanı polislərə qəribə gələn bir çox faktla qarşılaşdılar. Gündəliyinə yazdığı Belaş şəhəri, sonra qəribə cümlələr, hansı ki, onlarda qadınları kişi, kişiləri isə qadın kimi vermişdi. Qonşuları ilə danışarkən isə onları Kənanı həftədə bir- iki dəfə gördüklərin, qəribə birisi olduğunu, bütün günü evdə oturduğunu, arabir mənzilindən qəribə səslər gəldiyini dedilər. Polis Kənanın qeyd elədiyi iş yeri ilə maraqlansada onun haradasa işlədiyinə rast gəlmədilər.  Polislər işə psixoloq dəvət elədilər. Psixoloq Kənanın şizofren xəstə ola biləcəyini, öz xəyal dünyasında yaşadığını və bu dünya da özü üçün yaratdığı fəlakətlərdən bezdiyindən intihar edə biləcəyini dedi. Tək bir sual qalırdı ki, son qeyd elədiyi döyülmə ilə əlaqədar bədənindəki göyərmələri harda və necə etmişdi.