Səməd Şıxı - Savaşların başlanğıcı (nağıl)
Bu nağıl dünyanın necə
bu günə gəldiyini göstərir.
I Hökmdar
İlk dövlət qurulması insanlara qəribə gəlmişdi. Dövlət nədir?-deyə düşünürdülər. Bu nə işə yarayacaq? Dövlətin var olması bizə xeyirmi verəcək, zərərmi verəcək? -sualı hər kəsin beynində dolaşırdı. Özünü dövlətin başçısı elan etmiş şəxs isə taxta çıxdıqdan bir müddət sonra özünü tək söz sahibi şəxs, sonra isə bütün bəşəriyyətin tək hakimi elan etdi və onun onun hakimiyyətini yayılması üçün işğallara başlamağı qərar verdi. Bütün bəşəriyyətin onun hakimiyyəti altında olması lazım idi. Dünyada ədalətin olması və tanrının yanında güclü görünmək üçün bunu etməliyik. Tanrı yoxsa bizi sevməz deyərək onları qorxuzmağa başlamışdı. Yağmayan yağışın səbəbkarını da, doğmayan qadının günahını da xalqdan bilir, siz hökmdarınız üçün çalışmırsınız, buna görə də cəzalandırılırsınız deyərək xalqı hökmdardan asılı hala salmağa çalışırdılar. Hökmdarın vəzifə və qızıl vədi ilə öz tərəfinə çəkdiyi şəxslər isə hökmdarın daha da qüvvətlənməsi üçün canla-başla çalışırdı. Təbii ki, burada ki, ali məqsəd hökmdar deyə gördükləri şəxsin tanrılıq iddiasına inanmaları deyildi, daha çox qızıl və söz ixtiyarına sahib olma istəyi idi. Hökmdarın qazanması, onların da qazanması demək idi. Ölkənin hər yerində onlara hörmət edir, onlardan çəkinirdilər. Hər istədiklərini rahatlıqla edə bilirdilər. Təbii ki, bu güclərini qorxudan alırdılar. Qarşı çıxanı öldürmək, onlara qarşı dura biləcək heç kimin qalmaması ilə nəticələnmişdi. Ölkədə 3 təbəqə formalaşmışdı. Hakim təbəqə, onlara xidmət edən şəxslər və onlardan qorxub, hər istədiklərini etməyə razı olan insanlar. Müxalif heç kəs qalmamışdı.
Savaşsa onların tək gəlir yeri idi. Başqa ərazilərə gedir, onların əlindəki torpaqları, evlərini sahiblənir, qadınlarını, hətta kişilərini belə özləri ilə gətirib, onları kölə edirdilər. İşğalçılıq anlayışına isə bəraət qazandırmaq ən asan hissəsi idi. Onlar bizim dövlətimizin tərkibində daha gözəl yaşayacaq, təhlükəsiz olacaqlar. Bizim ordumuz, güclü dövlətimiz var - kimi sözlərlə özlərinə yalanları ilə haqq qazandırırdılar.
Dövlətin güclənməsi və getdikcə ərazilərini böyütməsi başqa ərazilərdə də özünü müdafiə xarakterli dəstələrin yaranması ilə başlanıb, ardıyca formalaşan dövlətçilik ənənələri ilə eyni tipli dövlətlərin yaranması tez bir zamanda sürətlə artdı. Dövlətlərin sayının artması və işğa etdikləri ərazilərin bəzən toqquşması bu dövlətlər arasında münaqişələrin yaranmasına səbəb oldu. Bəzən qarşısındakı dövlətin gücündən qorxub geri çəkilir, bəzənsə savaşmadan təslim olmayacaqlarını deyirdilər.
Bu zamanlarda birinci hökmdar ölmüş, onun yerinə övladı gətirilmişdi.
II Hökmdar
Bu hökmdarın biraz əhli-kefliyi və siyasətdən başının çıxmaması atasının işğal etdiyi torpaqları yavaş-yavaş itirməsi ilə nəticələndi. İşi-gücü ancaq yatmaq, əsir götürdükləri gözəl qadınlarla yatmaq idi. Ölkədə qarşı durmaların sayının artması və dövləti bölüb, yeni dövlətlər yaratmaq istəyi yaranmışdı. Bir zamanlar var-dövlət üçün hökmdara sadiq olan insanlar indi öz dövlətlərini qurmaq istəyirdilər.
II Hökmdarın dövrü çox az çəkdi. Övladının cəsarəti, ağılı hər kəsdə dövləti əvvəlki gücünə qaytarsa-qaytarsa bu qaytaracaq düşüncəsini yaratmışdı. Bir zamanlar işğalçılığı ilə tanınan dövlətin indi sərhədlərinə nəzarət etmək mümkün deyildi. Adi quldur dəstələri ilə belə savaşa bilməz hala gəlmişdilər.
III Hökmdar
II Hökmdarın ömrünün son dövrlərində heç bir iş görməyəcəyini, hər gün daha da ölkəni fəlakətə sürüklədiyini görüb sui-qəsdlə öldürdülər, amma övladından belə gizlətdilər. Ölümün təbii yollardan olduğuna hər kəsi inandırdıqdan sonra tək qalan III Hökmdarı taxta çıxartmaq və itirdikləri gücü yenidən bərpa etmək idi.
İlk başda xalqdan dəstək almaq, ordunun sayını daha çox artırmaq üçün kəndliləri də orduya yığmağa çalışdı. Xalqa mülayim yaxınlaşmağı tərcih edən III Hökmdar atalarının etdiyi səhvi etmək fikrində deyildi. Onları dili ilə razılığa gətirmək istəyirdi. Bu halda heç kəs ondan gücünə görə qorxmaz, zəif düşməsini gözləməz, tam tərsi ona güvənər, onu sevər, onun yanında olardılar. Tez-tez xalqın arasına çıxar, onlarla söhbət edər, özünü sevdirməyə çalışardı.
Xalq isə atalarından çəkdiyi bəlaya təzdən düşməmək üçün savaşa qarşı çıxırdı. III Hökmdar isə bu savaşın yalnız qənimət, torpaq məsələsi olmadığını deyib onları qaza gətirməyə çalışırdı. Atalarının atdığı doğru addımı görüb, dəyərləndirmək istəyirdi. İşğal etdiyi ərazilərə öz dillərində danışan insanları köçürtmüş, orda yaşayıb və çoxalmaları üçün yardımlar etmişdi.
-Bu savaş bizim mənəvi savaşımızdır. Bu savaş orada yaşayan insanlarımız üçündür. Oralar bizim torpağımız olub. Oralar Vətəndir. Oralar əzəldən bizim olub, bizim də olmalıdır. Bizim torpağımızı alıb, insanlarımızı sürgün edir, əsir götürür, onlara işgəncə verirlər -deyərək insanları qaza gətirməyə çalışırdı.
-Biz dügün olan tərəfik. Tanrı bizimlədir. Tanrı bu savaşı istəyir və qazanacağımıza əmindi. Bu savaşda uduzan yalnız qarşı tərəf olacaq - deyə davam etdi
-Bizə oradakı insanlarımızı ölməkdən qurtarmaq üçün savaşmalıyıq deyirsiniz, bəs, biz ölsək nə olacaq? - deyə xalqdan bir səs qalxdı.
-Savaşdır bu. Mən belə ölə bilərəm. Amma ölməyən yalnız dövlətimiz və xalqımız olacaq. Savaşda ölənlər müqəddəsdir. Onları tarix heç zaman unutmayaq. Onların ölümdən sonrakı həyatı da çox gözəl olacaq.
III Hökmdar atası yaşadığı dövrdə Vəzirin qızı ilə evlənmişdi. Qız çox gözəl və ağıllı idi. Siyasi görüşlərinə görə ərindən heç də kənar qalmazdı. Tək fərqi onun savaşmağa qarşı çıxması idi.
“Nə üçün savaşırsız? Bir taxt üçün? Torpaq üçün? Vətən üçün? Vətən dediyimiz nədir? Bizim işğal edib bizimdir dediyimiz torpaq deyil? O torpaq nədir? Ona necə sahib oluruq? Bir sərhəd çəkməklə bu bitirmi? Torpağa sahib olmaq həqiqətən mümkündür? Bu savaşlardan ötrü ölən onlarla, minlərlə insanın canı bu qədərmi dəyərsiz? Hər kəs qarşı tərəfin məğlub olması üçün dua edir. Acizlikdir. Bir insanın ölməsini istəmək, ölməsi üçün dua etmək, öldüyünə görə sevinmək iyrənclikdir. Bu cür insanlar heç yerə gedə bilməz. Belə gələcək olmaz. Belə mehribanlıq olmaz. Belə sülh olmaz. Belə xoşbəxtlik əldə edilməz” -deyərdi hər dəfə savaş planı qurularkən.
III Hökmdarın isə fikri başqa torpaqlarda idi. Savaş taktikaları yaradar, yeni silahların hazırlanması üçün əmrlər verər, “Tanrının məndən öyrənəcəyi çox şey var” deyə gördüyü işlərlə qürurlanardı. İtirdiyi torpaqları geri almış, hətta geri qalan dövlətləri də öz ərazisinə qatmışdı. Yerinə öz övladını hazırlaşdırırdı. Tək qorxduğu onun anası kimi hisləri ilə davranması idi.