AYAQ SƏSLƏRİ
Sizin ətrafınızda bir hadisənin baş verməməsi o hadisənin olmadığı mənasına gəlmir. Hər kəs sizin kimi şanslı deyil. Ya mən yaşamıram deyə mənə aidiyyatı yoxdur da demək doğru deyil. Sabah siz yaşasanız birbaşqasının da vecinə olmayacaq ki, mənim başıma gəlməyib ki. Ona görə ictimai mövzulara passiv yanaşmayın. Siz yaşayırmış kimi yanaşın. Braziliyada meşəmi yanır? Bunun da sizə aidiyyatı var. Çünki hər kəsin özünə məxsus dünyası yoxdur. Ya yaşadığımız dünyanın alternativi yoxdur. Eynilə insanlar kimi. Dünyanın bir ev olduğunu, bizim sadəcə otaqlardan birində qonaq olduğumuzu unutmayın. Qonşu otaqda baş verən hər hadisə bizə də sıçraya bilər.
2021-ci ildə Azərbaycanda 1500-ə yaxın qadın cinayəti baş verib ki, bunun da təxmini yarısı əri tərəfindən törədilib. Geriyə qalan faiz nisbətinə də ata, qardaş, qohumlar aiddir. Niyə görə bu qətllər baş verib? Niyəsi önəmli deyil, cinayətə səbəb olmamalıdır, amma gəlin bir baxaq. Ailə-məişət zəmini deyə dəyərləndirdiyimiz bu çərçivənin özü belə bir asılılığa görədir. Qadının ərinə qarşı olması və s. kimi bəhanələrdən, ya xəyanət etdi deyə gətirilən səbəbdən baş verir. Azərbaycan mühafizəkar toplumdur və qoruduğu dəyərlər, adətən, cinsiyyət və qeyrət prinsipləri üstündədir. Bu dəyərləri təhsilə görə qiymətləndirmək mümkün deyil, hansıki ən "ziyalı" kimi özünü təqdim edən şəxslər də bu dəyərləri qoruyur. Hətta bunu milli dəyər kimi göstərir, dövlət tərəfindən qoruyurlar.
Cəmiyyətdəki hadisələrə reaksiya verilməməsinin əsas səbəblərindən biri budur. Gördüyü qurbanlardan birinə çevrilmək istəmir. Buna görə susmalı, boyun əyməli olur. Bəzən tanış mühitimdən hansısa qadının məni sosial mediada dostluğundan çıxardığını görəndə sataşmaq üçün "xoşbəxt ol" yazmağım onları əzmək üçün olur. Çünki heç zaman xoşbəxt olmayacağını bilirəm. Xoşbəxt olduğunu düşünərək bədbəxt olacaq. Evliliyi, münasibəti asılılıq kimi görən fərdlər istər kişi olsun, istər qadın sadəcə köləlik aktı imzalayırlar. Bu aktı pozmağa cəsarət toplayanda isə sonları 1500+1 olur.
Mənim əsas gördüyüm və ürəyimin yandığı erkən nikahdır ki, bununla bağlı addımların atılmaması və insanların marifləndirilməməsi, qanunların qəbul və icra edilməməsi ən kövrək filmi izləyərkən belə məni təsirsiz buraxır. Çünki təhsil alması üçün qapısına getdiyim zaman qapının arxasında ümid dolu gözüylə mənə baxan qıza qarşı aciz qalıb, geri dönmüşəm. O səhnənin üstünə 1500 "Green Mile" qoyun, "Schilder's list"in qoyun, mən bir insanın həyatını qurtara bilmədikdən sonra özümü ən dəyərsiz insan kimi görəcəm və heç bir hadisə, film, drama mənə təsir etməyəcək.
15 yaşlı qızın toyuna gedib, əl qaldırıb, oynayan insanların "xoşbəxt ol" sözündən sonra xoşbəxtlikdən qorxacam. Birisi mənə xoşbəxt ol deyəndə özümü 15 yaşında özümdən 10-15 yaş böyük birisini tək, qaranlıq otaqda gözləyən qız kimi təsəvvür edirəm. Bunun nə hiss olduğunu düşünə bilirsiniz? Yoldaşları sabah dərsə getmək üçün başını yastığa qoyanda həmin qızın üstündə vəhşi birisi olacaq. Sabahı utancla, göz yaşıyla açacaq.
Zorakılıq yalnız şiddətlə baş vermir. Bəzən humanizmlə baş verir. Qadının zərifliyi, incəliyi səbəb göstərilərək bir çox sahədən, işdən uzaqlaşdırmaq, misalçün. Ya ağır bir əşyanın daşınması zamanı kişilərin önə çəkilməsi də zorakılığın bir növüdür.
Kişilərin burda nə kimi rolu ola bilər? Nə etməliyik ki, patriarxizmdən uzaqlaşaq. Buna görə ilk öncə streotiplərimizi qırmalıyıq. Qadınların azadlığını sanki biz bəxt etmişik kimi ritorikadan uzaqlaşmalı, onlara qarşı zorakılıq etməməyimizi bir bəxşiş kimi göstərməməliyik. "Bu belə olmalıdır" kimi yanaşılmalıdır. Əgər sən bərabər hüququ tələb edirsənsə, eyni yanaşmanı qoymalısan. Özünü şah, qarşındakını azadlıq bəxş etdiyin birisi kimi görməməlisən. "Qadına əl qaldırmaq kişiyə yaraşmaz" heç də düzgün ifadə deyil, misalçün. Bu heç də bərabərliyi səsləyən fikir deyil, öz eqosunu nümayiş etdirən "şah" obrazlı patriarx düşüncənin məhsuludur. Öz iqtidarını nümayiş etdirər, güc bizdədir, amma etməməliyik tərzi deyimdir. Həmçinin “atalar sözləri” ni də bura aid etmək olar. Seksist ifadələrlə heç də bərabərliyi təmin etmiş sayılmırıq. Ya bu bizim dəyərlərimizdir, bu dəyərlərlə qadını müdafiə edirik demək də sadəcə “patriarx qoxulu” sözlərdir. Biz kim? Kim müdafiə edir? Niyə bütün dünyanın yükünü kişilər öz üzərinə götürməyi istəyir? Bunu istəyən tək kişilər deyil, bu yükdən qurtulmaq istəyən qadınlar da bunun tərəfdarıdır. Çünki məsuliyyət tələb edən şeylər əziyyət istəyir, zəhmət istəyir, çətinliklə mübarizə istəyir. Pulu yalnız kişi qazanar, savaşı kişilər aparar, maşını kişilər sürər kimi anlayışların mövcud olduğu yerdə hələ çox danışacıq bu qətllərdən, haqsızlıqlardan. Çünki kişilərin üstünə yüklənmiş bu missiyalar onları yorur və bunun qarşılığında bir rəhbər anlayışı yaradır. Bu qədər işin qarşılığında mükafat gözləməyə başlayır. Görmədiyi halda isə bunu güclə almağa çalışır. Bunun onun haqqı olduğuna inanır. Bunun üçün sabahdan axşama qədər çalışmış, əlinə silah alıb, ölümlə üz-üzə gəlmişdir. Onun yanında olmayan qadını heç zaman bərabər görməyəcək.
Bərabərliyə əngəl digər səbəb isə, şübhəsiz dindir. Dinlərin də patriarx sistem üzərində qurulması qadın üzərində haqq tələb etdirir. Burda iki baxış yaratmaq olar. Dinlər doğrudursa, tanrının da kişi olduğuna inanmalı, “allah baba” deyib, qadınları kişilərə xidmət etsin deyə yaratdığı mifini qəbul etməliyik, ya da bu mifləri kənara qoyub, bunların gerçək olmadığını, tanrının əgər bərabərlik anlayışının tərəfdarı olsaydı, o qədər peyğəmbəri arasında 1-2 dənə də qadın peyğəmbər qoymasını gözləyərdik deyib, bu düşüncədən insanları uzaqlaşdırmalıyıq.
Bizim hələ kişi-qadın bölgüsü etməkdə çətinlik çəkdiyimiz dünyada yeni bölgülər aparılır. Onlara çatmaq üçün pilləkənləri 3-3 atlamalıyıq. Sürətli olmalıyıq. Saat əqrəbi istiqamətinə doğru irəliləməliyik…