İlk bloqum
Bu mənim ilk bloq yazımdı.
Yazmağı sevdiyimdən və nəşriyyatların "sən gəncsən, yazmaq üçün hələ çox yol keçməlisən" kimi sözləri ilə başımı aldadıb, kitablarımı nəşr elətdirmək istəməmələri, ya da öz hesabına nəşr elə deməsi məndə öz saytımı yaratmaq istəyi yaratdı. Şeiri qəzetdə çıxmayan hər şairin öz qəzetini yaratmaq istədiyi kimi mən də öz ixtiyarımda olan bir məkan yaradım dedim. burda yazdığlarıma görə kimsə hərf səhvi tuta bilməz (tutsa da marağlı olmayacaq), kimsə bu pisdi dərc eləmirəm deyə bilməyəcək, kimsə day-day istəyə bilməyəcək, kimsə tanış gəzməyəcək.
Sizdən də oxuduğunuz yazılarımda hərf səhvlərini deyil, ideası, məzmunu, fikri bəyənmədiyiniz hissələr haqqında irad bildirməyinizi xahiş edirəm. Fikir bildirmək, irad bildirmək, münasibət bildirmək gözəl və bir hekayə yazmaq qədər çətindi. Bunu bacaracağınıza inanıram.