Kim seçir? Nəyi seçir?

Baş verən heç bir hadisə ədalətli deyil. Hər bir qərarın, seçimin arxasında insan faktoru rol oynayır. Yaxşı, həmin qərar verən insanın seçimi nə qədər düzgündür? Kimə görə düzgündür? Bir nəfərin seçimi ilə kimin doğru, kimin səhv olduğu ayırdılır. Bir nəfərin fikrinə, əsasən, kimin qalib olduğu seçilir. Bəzən demokratik olsun deyə bunu bir yox, bir neçə şəxsdən ibarət heyət edir.  Bu daha pisdir. Artıq sən bir qrup şəxsin öz düşüncəsindən asılı olaraq qalacaqsan. Onların verdiyi qərar, seçim sənin həyatını bəlirləyəcək. Heç bir mükafat, heç bir qərar, heç bir iş buna görə doğru deyil və heç bir məntiqə aid deyil. Bu gün pislənən, lazımsız bilinən bir şey illər sonra ali mərtəbəyə qalxacaq. Mütləq qalxacaq. Bir zamanlar Kafkanı yıxıb sürüyən, Goghun bacarıqsız olduğunu deyən insanların heç birinin sağ olmadığını, adlarının belə bilinmədiyi halda, Kafkanın da, Goghun da yaşadığını görür və bununla belə bir nəticə çıxardırıq. Heç bir qərar düzgün deyil. Heç bir baxış açışı düzgün deyil. Bir yazıçının Nobel alması onu ali etməz. Ya heç kitab satmayan yazıçının lazımsız birisi olması da düzgün baxış deyil. Əslində, bunları müqayisə etməyin özü belə məntiqən düzgün deyil. Dünya bir paradoks, biz isə içində özünü öldürmək üçün keçmişə gedib atasını öldürməyə çalışan atanın özləriyik.