Dovşanıstan
Avtoritar rejimdə idarə edilən dövlətdə xalq yardımı dövlətdən, polisdən istəməz. Gedər "qanuni oğru" timsalında hüququ həll edən şəxslərdən yardım istəyər. Sovet dövründən o sistemi xalqa yeritmişdilər onsuz da, amma indən belə polisin, dövlətin xalqın gözündə yeri sadəcə zor tətbiq edən, "duninka masajı" edən, söz danışanı alçaldaraq "dovşan"a bənzədib, azadlığından 15 il alaraq içəri atmaqla məşğul olan qurum və şəxslərdən başqa heç nə olmadığını göstərdi. İçəri girən şəxslər öz aləmində zorbakarlığı, qeyri-hüquqi yollara baş vurmağa başlayacaq. Beləliklə, elitalaşmaq üzrə olan bir xalq deyil, xuliqanlaşan, hər şeyə qarşı kobud reaksiya verən, təhqir edən "şəxsiyyət" lər yaranacaq. Sonra isə bunun qarşını almaq nəki çətin, qeyri-mümkün olacaq. Ha himniyə fərəqət dur, ha öz çörəyini başqasına ver, ha evə dərman daşı alınmayacaq.
Maraqlıdır, bu şəxslərin həyat yoldaşları nə düşünür? Həyat yoldaşlarının gördüyü işlərə haqq qazandırmağa bəhanələri varmı? Ya övladları? Bir dostu atan nə işləyir deyərkən, qürurlamı, yoxsa utanaraq peşəsini səsləndirir? Atasına baxarkən niyə həmin şəxsi övladlarının qarşısında alçaltdın deyirmi? Əyninə bir şalvar geyinsə, dünyamı dağılardı? Ya üstünə atılan bir salafan bu qədərmi alçaltdı səni? Mitinqlərdə dubinka ilə öldürəsiyə döydüyün şəxslər alçalarkən heç nə demirdilər, aparıb tualet təmizlətdiyin şəxs heç "talpa" yığıb üstünə gəlmədi. Həqiqətən də e, bu şeyə bənzəmədi? Məhoədə sözün çəp düşər, özündən böyüyə döyülərsən, sonra gedib nə qədər dost, tanış, qardaş, qohumun varsa, yığıb gəlib onları döyərsən. Eynisi deyil?
Dovşanıstanda daha nələr görəcik deyə həyəcanlıyam. Hər sahabı əsəb, belə şey olar?; bu nə rahatçılıqdı, bu nə özbaşınalıqdı deyə açmağa öyrəşmişəm. Sakit keçəndə qəribsəyirəm. Heç 30 illik bir ömürü olmayan dövlətə sizcə də, çox şey sığdırmamışıq?!