İntihar etmək cəsarət tələb edir
İntihar etməyin pis bir şey olduğunu demək, insanları güclə yaşamağa məcbur etmək zülmdür. İnsan öz istəyi ilə dünyaya gəlmir, normal ölümü belə öz istəyinə uyğun olmur. Tək bacardığı intihardı. Öz həyatına insan özü qərar verməlidi. Əgər yaşamaq istəmirsə, həyatla bağlı heç bir ümidi, hədəfi yoxdursa, niyə güclə özünü sürüsün?! İntihar etmək cəsarət tələb edir. Hər insan bacarmır. Son anda fikrini dəyişən insanlar ya həyatdan son şans istəyər, ya ölümdən qorxub, yaşaya bilməyəcəyi bu həyatı sürünərək başa vurar.
Həyatı bərbad olan, bəlalardan qurtulmayan insanların uğur hekayələri çox zaman "ən güclü" olmaqla bitir. Ya istəmirsə? Ya yaşadığı, gördüyü bu dünyanı bəyənmirsə? Ölüm necə bir şeydir, bilmirik. Ölənəcən də bilməyəcik. Öldüyümüz günəcən ölümsüzük. Amma, amma bəzən ölüm belə qurtuluşdur. Düşmənə əsir düşməmək üçün intihar edən əsgərin qəhrəmanlığı kimi cəsarətli görülməlidir. Cəhənnəmdə yanacağı qorxusu ilə güclə yaşamağa məcbur etməkdir əsl ona cəhənnəmi bu dünyada yaşatmaq.
İntihar anlayışı şəxsin öz istəyi ilə yaşamaqdan imtina etməsinə verilən izahdır. İnsanların savaş zamanı öləcəyini bilərəkdən meydana çıxmasına da intihar demək olar. İntihar adını almaq üçün ilk şərt intihar edən şəxsin şüurunun yerində olması, əqli probleminin olmaması lazımdır. İntiharın müxtəlif üsulları var. Dərman içərək, asılaraq, silah və hündür yerdən atlayaraq edilir. Bunları insanın daha az əzab çəkməsindən, daha ağırlı ölümünə qədər sıralasaq mənə görə ən ağırı yaşamaqdır. İnsanın sevmədiyi həyatı yaşaması hər gün ölümü deməkdir. İnsanın qalxdığı hər günü xoşbəxtliyə dair ümidi olmursa, o insanın yaşamla bağlı bağlantısı qopmuşdur.
Tibbdə “Evtanaziya” üsulu ilə yaşamağa çətinlik çəkən, xəstəliyi ağır olan insanların ölümünü gerçəkləşdirmək mümkündür. Bu bir çox ölkədə qəbul edilsə də, dünyaca xoş görülmür. Dinlərin kök saldığı cəmiyyətlərdə isə, ümumiyyətlə, intihar anlayışı günahdır və cəzası ağırdır.
İntiharla bağlı araşdırma apararkən qarşıma çıxan başqa bir maraqlı fakt isə, Skandinaviya ölkələrində insanların keçmişdə yaşlandığı zaman intihar etməsidir. Onlara görə normal ölüm utanc verici imiş və yaşlanan insanlar ölümün yaxınlaşdığını hiss etdikləri zaman hündür təpəyə çıxaraq özlərini atarlarmış. Bununla bağlı izlədiyim bir filmdə də rastlaşmışdım (filmin adı: Midsommar).
Nə qədər yaşayaram, neçə ili xoşbəxt olaram bilmirəm, bildiyim tək şey insanın neçə il yaşaması deyil, necə yaşamasıdır önəmli olan. Həyatdan yapışmaq və son bir dəqiqəyəcən çabalamaq mənasızdır. Bu fikir biraz sərt səslənsə də, mən də qəbul etməsəm də özündə gerçəkliyi daşıyan “mənasız həyat”ın intihar edən insanın həyatından daha qorxaqcasına olduğu gerçəyidir. Boş yaşamaq, düz yaşamaq -nə deyirsinizsə deyin, heç nə etmədən yaşayan insanların varlığı xeyirdən çox zərərdir dünya üçün. İnsanın dünyaya gəlməyində bir məqsəd var. Sadəcə öz doğrumuzu tapmaq və dünyaya qarşı olan vəzifə borcumuzu ödəməliyik. Ona görə bir insana “uzun ömür yaşa” demək əvəzinə, “mənalı yaşa” deməyi tərcih edin