2020 XATİRƏLƏRİ

2020-ci ilin səs-küylü il olacağını bilirdik, amma bu qədər xatirələrinin olacağını düşünmürdük. Qeyd etdiyim hadisələri ardıcıllıqla yazmağa çalışdım. Unutduqlarım varsa, üzrlü sayın. 

3 yanvar - İranlı Qasım Süleymani qətlinə görə İran-Amerika savaşı astanası. Qasiminin yeni prezident namizədi kimi görülməsi və bunun məqsədli edilməsi şübhəsi
9 fevral - Azərbaycanda Parlament seçkiləri. Seçki saxtakarlıqlarıyla yadda qaldı
25 fevral irandan keçən şəxsdə ilk qeydə alınmış yoluxma, eyni gündə Gürcüstan sərhəddində qeydə alınmadan sonra sərhədlər bağlandı
24 mart - xüsusi karantin rejiminə keçid (övladından qaçan valideyn, bir telefondan, digərinə sms göndərərək 3 saatlıq icazə alanlar-daha sonra söhbəti tutub, şəxsiyyətlə yoxlamağa başladılar. 2 gün çölə çıxma qadağası. Marketdə, bankda sıralar. 190 manat. Rəqəmləri süniliyi. Polisdən qaçan insanlar. Rayonlardan gediş gəliş problemi. Gizlin postlardan keçməyə çalışanlar. Dərmanlarda qiymət artımı. Pulla korona yazdırma. Modul tipli xəstəxanalar. Maskanın ön plana çıxması
30 mart - Ayasosiyanın muzeydən məscidə çevrilməsi. Dünya reaksiyaları
20 aprel - Neft- 0 dollar - NY, London birjasında neft 0 dollar səviyyəsinə qədər düşdü
İyun - Avrtraliyada meşə yanğınları
8 iyun - Yasamal hadisəsi. Evdən zorla aparılan insanlar. Polisə qarşı reaksiyalar. Yumuşaltmaq üçün şəhərin müxtəlif yerlərində sakinlərin mahnı oxuması. Üstü açılan "Dönər-Cola" musiqi ansamblı
12 iyul - Tovuz döyüşləri. Polad Həşimovun ölməsi və ya öldürülməsi. 
15 iyul - Parlament önündə əsgərə dəstək mitinqi. Parlamentə girənlər. Həbs olunmuş müxalifət üzvləri. Polisin "10 min nəfər idiz, ancaq 150 səfərbərliyə yazılma var deməsi. 
16 iyul - Evdən işləyən XİN vəzifəsindən uzaqlaşdırıldı
Rusiya, ABŞ, Ukrayna, Avropada azərbaycanlılarla ermənilər arasında çaxnaşmalar. LA-da 50 azərbaycanlıya qarşı minlərlə erməninin vəhşiliyi
30 iyul - Marsa səyahət 
4 avqust - Livan, Beyrutda güclü partlayış
Ardıyca əlaqəsinin olub-olmadığı bilinməyən Sumqayıtda zavodunda, Hacıqabulda SOCAR-qaz kəmərində, Xırdalan təkər zavodunda partlayış
10 avqust - Belarusiyada Lukaşenko əleyhinə mitinqlərin başlaması
Tovuzda qazılmağa başlayan səngərlər. Savaşa hazırlıq prosesləri
18 avqust - Malidə hərbi çevriliş
19 avqust -Kəramət Böyükçölün həbsi
20 avqust - Ramiz Mehtiyevin nəvəsinə toy etməsi
2 sentyabr - BNA vahid qiymət tarifi təklifi. (kasıbın taksidə nə işi var söhbətləri) Taksi monopoliyasına cəht?
Gömrük rüsumlarının dəyişməsi. Limit 300 dollar oldu
3 sentyabr - qalmaqal yaradan Müsavatçı Tofiq Yaqublunun həbsi və azadlığı üçün mitinqlər. aclıq aksiyası
9 sentyabr - QMİ Allahşükür Paşazadənin Nobel sülhə namizəd göstərilməsi
12 sentyabr - Çingiz Abdullayevin rus dili qalmaqalı yaradan müsahibəsi. gedən rus sektoru söhbətləri
13 sentyabr - Ankarada toz tufanı
21 sentyabr - Şəmkirlə Tovuz arasında erməni PUA-sının görülməsi
1 şəhid xəbəri. səfərbərliyə qeydə alınmada yeni aktivlik
22 sentyabr - Pikabı olanlardan maşınların yığılıb, siyahısının tutulması
26 sentyabr - Türkiyə-Yunanıstan ada münaqişəsinin qızışması
Ukrayna və Çində hərbi təyyarə qəzası
27 sentyabr - atəşkəsin pozulmasıyla başlayan II Qarabağ savaşı. Füzuli və Murovdağdan postların alınma xəbəri
28 sentyabr- Komendant saatının qüvvəyə minməsi
sosial medialar qadağa oldu. hər kəs VPN-dən istifadə etməyə başladı
1 oktyabr - Füzulinin mərkəzinə çatdılar, Kəlbəcər, Ağdərə, Cəbrayıl əhatəyə alınıb
2 oktyabr - Yeravan səmasında vurulan PUA-nın müəmması
4 oktyabr - Gəncənin raketlə vurulması
6 oktabr - Qırğızıstanda prezident seçkiləri. Mitinq. Prezident sarayı və parlamentə girənlər
10 oktabr - İlk humanitar atəşkəs
Türkiyə, Hatayda meşə yanğınları
11 oktyabr - Gəncədə yeni raket hücumu. 7 ölü, 37 yaralı
15 oktyabr - Kəlbəcər -Ermənistan sərhədinin Ermənistana düşən ərazisində mövqe vuruldu
Qırğızıstan prezidenti istefaya getdi
Koronanın sürətli olaraq günlərlə artması (90-130-260-530...)
16 oktyabr - Ordubadı raketlə vurdular
17 oktabr - Gəncə və Mingəçevir vuruldu
Füzuli şəhəri azad edildi
18 oktyabr - II Humanitar atəşkəs
Pakistanda terror. Bakıda təxribat cəhtləri
Kuzey Kıbrıs prezident seçkiləri. Türklər qazandı
20 oktyabr - Osetiya, Krım, Abxasiya azad olma planları. Rusiyaya qarşı çıxışlar
21 oktyabr - Zəngilan azad edildi
Gürcüstan, Zuqdididə banka basğın. 20 girov xəbəri
24 oktyabr - yaxın dostumun şəhid xəbəri
25 oktyabr - Qubadlı azad edildi
26 oktyabr - 3 cü Humanitar atəşkəs
27 oktyabr - Çilidə hakimiyyətin dəyişməsi və Neo-liberalistlər hakimiyyətdən getdi
28 oktyabr - Bərdəyə 2 raket hücumu. 21 ölü, 60+ yaralı
29 oktyabr - Notr Dam'da terror hadisəsi
30 oktyabr - İzmirdə zəlzələ
1 noyabr - Gürcüstanda parlament seçkiləri. Saakaşvilinin partiyasının seçilib, seçilməməsi söhbəti
2 noyabr - Flippində qasırğa. 16 ölü
3 noyabr - Avstriya, Viana. Yəhudi sinaqoquna hücum. 7 ölü. şəhərdə çölə çıxma qadağası. İŞİD üstləndi
İspaniya, Barselonada mitinq. Terror cəhti
5 noyabr - Biden ilk nəticələrə görə ABŞ prezidentidir
7 noyabr - Azərbaycanın Xarkovdakı konsulosluğuna silahlı hücum
8 noyabr - Şuşanın azad olunması
Ukrayna Donetskə girir
9 noyabr - Naxçıvan, Ermənistan, Türkiyə sərhəddində rus təyyarəsi vuruldu
10 noyabr - Bakının vurulması. Bəyanat imzalanması. savaş qurtardı
Şəhərdə kütləvi bayram sevincləri
11 noyabr - Ermənistanda Paşinyan əleyhinə mitinqlər
Rus qoşunları Laçındadır
13 noyabr - rus qoşunları gəlməyə davam edir. Arayiklə Rüstəm Muradovun görüşü
14 noyabr - Hindistan-Pakistan Kəsmir savaşı başladı
İranın əsgərləri savaş zamanı Araz boyu yığılmışdı. 3 əsgəri öldü
15 noyabr - Kəlbəcər boşaldılmalı idi, 10 gün də istədilər
Rusiya Monqolustan sərhəddinə ordu yığır
İlham Əliyev KKTC prezidentini Bakıya dəvət etdi
2o noyabr - Ağdam boşaldıldı
Küçədə də maskayla gəzmək məcburiyyəti qüvvəyə mindi
21 noyabr - Moldova hakimiyyətinə gələnlər Rusiyanın sülhməramlısını ölkədən çıxarmağa başladı. Parlamentdəki rusmeyillilər qarşıdı
23 noyabr - Nigeriyada gənclərin kütləvi həbsi
Çində SARS təhlükəsi. 14 min insan karantinə alınmağa çalışıldı
25 noyabr - Fransa Parlamenti Artsakhın müstəqilliyini tanıdı
Kəlbəcər boşaldıldı
26 noyabr - İsrail və ABŞ İranla savaş hazırlıqları görür xəbəri yayıldı. Ukrayna da Rusiyayla
29 noyabr - Fransa küçələrində xalq hökümətin qərarlarına etiraz edir. Polislərlə mitinq iştirakçıları arasında insident
1 dekabr - Laçın boşaldıldı. Amma Laçın şəhəri və dəhliz rusların nəzarətindədi
2 dekabr - İsrail-Türkiyə yaxınlaşma xəbərləri
3 dekabr - 10 noyabr "Zəfər bayramı" edildi deyə Azərbaycan və Türkiyədə kütləvi etirazlar Atatürkün ölüm günüdür deyə. Gün dəyişərək 8 noyabr edildi
8 dekabr - karantinin sərtləşəcəyi, SMS icazə sisteminin yenidən bərpa olduğu xəbəri təsdiqləndi
İsrailin ext. Təhlükəsizlik rəhbəri Hayim Eşedin "yadplanetlilərin var olub, hələ gizlədildiyi" paylaşımı sensasiya yaratdı
9 dekabr - Hadrutda Azercellin əməkdaşının öldürülməsi xəbəri. Azercell inkar etsə də, sonra təsdiqlədilər
10 dekabr - Hərbi Zəfər Paradı
14 dekabr - Hadrutda təxribat. 4 şəhid. ruslar bəzi əraziləri nəzarətə keçirdi
16 dekabr - Zəngilana hücum. 100+ erməni əsiri. Daha sonra rus sülhməramlılarına təhvil verildi
22 dekabr - Ceyhun Bayramovun Josep Fontelleslə Avropa Birliyi görüşləri
Yeni növ korona virus xəbəri. İngiltərə, İtaliya, C.Afrikada görülüb
Hərbiyə olan yardımların satışı xəbəri

TƏBİB-in vaksin olanlara pasport veriləcək xəbəri

Məktəb direktorları qalmaqalları

27 dekabr -Türkiyə və Çin arasında Uyğurları qaytarmaq haqqında razılaşmaya gəldilər

31 dekabr - hələki ilin bitməsinə 3 saatdan daha artıq var. Nəsə baş verməz deyə ümid edərək ili tamamlayıram. Bayramınız mübarək.