"ORTA ŞƏRQ"İN VİRUSU
Sünni-şiə mübahisəsi islam tarixinin birləşməsinə əngəl olan ilk problemdir. 2 böyük məzhəbin bir-birinə düşmən olmasının başlanğıcı İslam peyğəmbəri Məhəmmədin ölümündən sonra başlayır. 4 böyük xəlifənin arasında gedən xilafət davası özündə şiə-sünni bölgüsü yaradır.
Bu gün islam dininə inanların 80-85%-i sünni, 15-20%-i isə özünün şiə olduğunu deyir. Şiələrin daha çox yayıldığı ərazilər İran, İraq, Azərbaycan, Bəhreyn əhalisinin böyük əksəriyyəti şiədir.
Müxtəlif dövrlərdə bu 2 məzhəb arasında mübahisələr düşmüş, zamanla bu meydan savaşına dönmüşdür. Bunlara bir çoxunu, ən məşhurunu “Kərbəla döyüşü”nü misal göstərmək olar. Daha sonra Səfəvilərin tutduğu ərazilərdə şiəliyi müdafiə etməsi, Osmanlıya qarşı sünni-şiə münahisəsini önə çəkməsi bu mübahisəni daha da böyütdü. Bu mübahisəni sonlandırmağa çalışan şəxslər oldu müxtəlif dövrlərdə, amma nəticə əldə edə bilmədən öldülər, ya da öldürüldülər. Nadir şah. Şiə-sünni mübahisəsini bitirməyə çalışmış, istəyinə nail ola bilmədən ölmüşdür. Digər maraqlı şəxs isə Əbülqasim Xoyidir. Xoyi əslən azərbaycanlı olmuş, İraqda yaşayırdı. İran-İraq savaşını bitirməyə çalışmışdı. İraq əhalisində şiələr üstün olsa da, rəhbərliyində sünnilər var idi. Xoyi də, Xomeyni də şiə olsa da, araları yaxşı deyildi. Xoyi Xomeynini müdafiə etməmişdi. Xoyi şiələr arasında ondan daha çox hörmət görür, daha çox sevilirdi. Xoyinin ölümü 18 avqust olarkən, 20 avqust da İran-İraq savaşının bitdiyi tarix olmuşdu. Xoyi Amerikaya qarşı çıxış edən şəxs idi. Xoyinin tələbəsi və davamçısı olan Ayətullah Sistani də bu mübahisəni davam etdirmiş, Xomeyniyə, daha sonra da Xamaneiyə qarşı olmuşdur. Birbaşa mübahisələri olmasa da, verdikləri qərarlara iradları ilə bəzən gündəmə gəlmişlərdir. Bu gün belə aralarındakı ayrılığına görə şiələrin bir hissəsi Sistani tərəfdarı olaraq, onu müdafiə edirlər.
Həmçinin İran-İraq savaşının dəstəkçi ölkələrini də nəzərə alsaq, bu baş vermiş ən böyük məzhəb müharibələrindən biri idi. Zamanla İraqa girən Amerikanın da bundan istifadə etməsi, şiələrin gücünü gördükdən sonra onlarla savaşmaq əvəzinə danışığa getməsi strategiyasının uğurlu parçası oldu. Barzani, Talabani kimi İraqa qarşı savaşmış kürt komandirləri ilə də razılaşmağa çalışmış, onların gücündən istifadə etmişdir. (Barzani və Talabani İraq-İran savaşı zamanı İran tərəfindən savaşırdılar). Səddamın Amerikaya qarşı savaşında Amerikanın yanında olmuş, Səddam Hüseynin ölümündə payı olmuşdur. Bölgədəki kürtlərin İranı müdafiə etməsinin ayrı bir səbəbi İraq sünni hökümətinin yanaşması və Türkiyənin də sünni olması idi. Anlayırdılar ki, zamanla sünni-şiə münaqişəsində şiələr daha güclü olmalıdılar ki, Türkiyəni bu münaqişədə qarşı tərəfə qoya bilsinlər və ona qarşı olan savaşda olsunlar. İraq-İran savaşında və daha sonrası Səddamın hakimiyyətdən düşməsilə Türkiyənin bölgədəki gücü getdikcə itmişdir. Amerikanın yanında savaşa girməsi belə Türkiyəni bu savaşda qazanan edə bilməmişdi. Nəticədə bu savaşda gücün təsirinə görə üstün tərəf şiə gücü olmuşdu.
İranın güclənməsi və zamanla yaratdığı digər təşkilatlar müxtəlif bölgələrdə İranın təbliğatını aparmağa kömək göstərmişdir. Azərbaycan isə onun üçün çətin cəbhə idi. Sovet, ateizm. Sovet dövründə Azərbaycana təsiri nə qədər az olsa da, müstəqillik qazandıqdan sonra dinin azad olması təsiri artırmağa şərait yaratdı. İranda təhsil alan din adamlarının Azərbaycanda yayılması və bu məzhəbin dərinliklərini xalqa çatdırmasına çalışması sürətləndi. Bu yarışda Türk sünni din alimləri çalışsalar da, buna nail ola bilmədilər. İstər İranın basğısı, istər Azərbaycandakı təməli olan şiə təriqəti, istərsə də, hökümətin mövqeyi sünniliyi ölkədə zəif saxlatdı. Müxtəlif zamanlarda təhsil, mədəniyyət vasitəsiylə təsir gücünü göstərməyə çalışsa da, şiələr qədər olmadı.
“I Qarabağ Savaşı” zamanı yadımızda qalan “onlar şiə, biz sünniyik” bəyanatı, həmin dövrün prezidenti olan Əbülfəz Elçibəyin yardım göstərilməməsindən şikayətlənməsi şiə-sünni münaqişəsinə də öz təsirini göstərmişdir.
İranın müdafiə etdiyi qəribə olsa da, sünni bir təşkilat daha var. “HAMAS”. İsrailə qarşı “cihad” etdiklərini deyən, Səudiyyə Ərəbistanla yanaşı, İranla da əməkdaşlıqları mövcuddur. İsrailin müstəqilliyini tanıyan “Fələstin Azadlıq Hərəkatı”la arasında münaqişə mövcuddur və 2005-ci ildən dövlət idarəsində də söz haqqına sahib olmuşdur. Bu gün istifadə etdiyi silahların, mərmilərin böyük hissəsi İran tərəfindən təmin olunmaqdadır. İranın maliyyələşdirdiyi digər təşkilat “Hizbullah”da HAMAS-a dəstək dayanır, İranın bölgədəki mövcudluğunu onun əliylə hiss elətdirir.
Kimisinə görə HAMAS İsraillə savaşsa da, bunun görünməyən tərəfi HAMASın həm də, Fələstin hakimiyyətinə qarşı olmasıdır. Onun tərəfini saxlamaq isə sadəcə bölgədəki münaqişədən pay qoparmaq və İsrailin gücünün qarşısını ala bilməkdir.
İran və Hizbullah. Bu adlar təəssüf ki ölkəmiz üçün yad ifadə deyil. Sayları günü-gündən artmaqda olan “Hüseyniyyun”, ya da qısaca Hüseynçilər olaraq adlandırılan təşkilatın təşkilatçısıdılar. Bu ad sizə tanış gəlməyə bilər, səbəbi özlərini ortada çox göstərməmələri, gizlin təşkilatlanmağı üstün tutmalarıdır. Tohid İbrahimli. Bu ad sizə bəlkə 2018-ci ildəki Gəncə hadisəsindən tanış gələr. İranda təhsil almış, Suriyada savaş təlimləri keçmiş birisidir.
Araşdırma zamanı diqqətimi çəkən bir neçə maraqlı fakt da oldu. Onlardan biri “Hizbullah” hərəkatını təmsil edən heyətin Moskvada hökümət adamlarıyla görüşü oldu. Livan parlament nümayəndə heyəti tərkibində gələrək Suriya gündəmi müzakirə olunmuşdu. Bənzər hadisə, yaxın zamanda Taliban təşkilatının heyətinin Moskvada görüşləri oldu. Əfqanıstanın yaxın zamanda böyüyən təhlükə olduğunu görmək çətin deyil. Rusiya, əlbəttə, reallığı görür, buna uyğun addım atmağa çalışır. Yeni ərazilər bölünür və Rusiya bu bölgüdə daha passiv vəziyyətdə olan tərəfdir.
Hizbullahın daha təhlükəli bir addımı da 2000-ci illərin əvvəlində Türkiyədə olmuşdur. İran Türkiyəyə öz dini adamlarını göndərərək, Türkiyədən adamları aparıb, İranda yetişdirib, geri göndərək daxili nizamsızlıq, daha sonra çevrilişə cəhd planları hazırlamışdır. Nəticə verməsə də, böyük xaos qoparmış, dövlət üçün çətin dövr olmuşdur.
Orta Şərqin birinci problemi olan “məzhəb davası” yenidən alovlanacaq kimi dayanır. Bu mübahisələrdən pay almamış ölkələrə olacaq təsir də nəzərə alınmalı, buna uyğun addımlar atılmalıdır. Ən maraqlı mübahisə isə Azərbaycanın “qardaş ölkə” olaraq gördüyü Türkiyənin arasında da bir şiə-sünni münaqişəsi hər an partlaya bilər və bu bölgədə 2 qardaş dövlətin arasında bölücülük yaradar. Ümumiyyətlə, Azərbaycanla Türkiyənin arasını vurmağın 2 asan yolu var. Məzhəb mübahisəsi və birləşib, vahid dövlət yaratmaq istəyi. İlk yolu dindarlar arasında salmaq, daha sonra bunu “kim daha üstündür”ə gətirmək olar. Nəticədə bağlı olan insanlar arasında ilk körpü qırılacaq. İkinci yol millətçilər arasında dövlətləri birləşdirmək istəyi olacaq ki, bu zaman da üstünlüyü təşkil edəcək Türkiyənin hegemonluq göstərməyə çalışması Azərbaycan hissəsində xoş qarşılanmayacaq, münasiqəşə formalaşdıracaq. Birləşmək əvəzinə daha da parçalanma yaradacaq. Bu münaqişədə ən karlı tərəf isə İran olacaq. Çünki şiə təriqətinin başçısı olaraq Azərbaycanın onlardan asılı qalmasını istəməklə yanaşı, Azərbaycanı öz parçası olaraq görür, Azərbaycanın güclənəcəyi təqdirdə Cənubi Azərbaycan əyalətində ayaqlaşma başladaraq ayırmağa çalışacağını anlayır. Buna görə Azərbaycanla Türkiyənin arasının dəyməsi ən çox onların işinə yarayır. Müxtəlif Türkiyə əleyhinə çıxışların, onlara qarşı aparılan propaqandaların arxasında bir İran əli mövcuddur. Həmçinin İsraillə əlaqələrdən də narahatdır. Bir sitatla bunu göstərmək olar. 2011-ci ildə Ruhllah Becani mühafizəkarların ən radikal qanadı olan Ənsar Hizbullah axımına bağlı Əhmədijeta müraciət edərək Azərbaycanın daxili işlərinə qarışmalı olduqlarını, Təbrizdəki konsulosluğun İsrail kəşfiyyatına işlədiyini iddia etmişdir.
Amerikanın yavaş-yavaş Orta Şərqdən çəkilməsi burda yeni güclərin yaranmasına səbəb olacaq, ya da Amerikanın razılaşılmış “əraziləri dəyişək” planı olub ki, bu zaman xəritələr yenidən çəkilir demək olar.
Əsas sual. Azərbaycan bu planların harasındadır? II Qarabağ savaşı sadəcə bir ərazi bütövlüyünü bərpa etmək uğrunda gedən savaş deyildi. Özüylə bir çox şeyin xəbərçiliyini gətirdi.